Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Türkiyə limanları ilə 8 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    26 Avqust 2025 12:46
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından 8 milyon 50 min 582 ton kənd təsərrüfatı məhsulları daşınıb.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən bildiriblər ki, daşınan yüklərin 159 min 118 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 7 milyon 891 min 464 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.

    “Bu ilin yanvar- iyul ayında Türkiyə limanlarından tranzit olaraq kənd təsərrüfatı məhsulları yük daşınmayıb”- deyə nazirlikdən bildiriblər.

    Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

    2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #yük daşıma #kənd təsərrüfatı #Türkiyə yük daşımaları #Türkiyə limanları yükləmə #Türkiyə bayrağı altında gəmilər #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik #Türkiyənin kənd təsərrüfatı məhsulları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Payızlıq əkin subsidiyalarının ödənişinə başlanılır

    12 Fevral 2026 14:56

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    Dalaman Hava Limanında uçuş sayı 45 faiz azalıb (ÖZƏL)

    12 Fevral 2026 10:00

    2026-cı ilin ilk ayında 4 mindən çox gəmi limanlara yan alıb (ÖZƏL)

    11 Fevral 2026 17:04

    Türkiyə limanlarında rekord yük axını – 32 milyon tonu keçdi

    11 Fevral 2026 12:00

    Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

    10 Fevral 2026 18:00

    Kocaeli limanında gəmi sıxlığı: 2025-ci ilin statistik rəqəmləri

    10 Fevral 2026 10:39

    Sabiha Gökçen Hava Limanında rekord artım: yanvar ayında 4 milyondan çox sərnişin

    9 Fevral 2026 16:22

    Keçən il Türkiyənin İskenderun limanı 61 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    9 Fevral 2026 10:10

    Keçən il Türkiyənin Aliağa limanı 72 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 16:00

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 14:00

    Keçən il Türkiyənin Ambarlı limanı 4 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 12:00
    XƏBƏR LENTİ

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dairəvi əl xalçasının kəsilməsi mərasimində iştirak edib

    Qırğızıstan parlamentinin yeni sədri bəlli olub

    Rəşad Nəbiyev Əbu-Dabi Əmirliyinin Bələdiyyələr və nəqliyyat departamentinin sədri ilə görüşdü

    Çin Venesuela neftinin idxalını bərpa edib

    Ərdoğan CHP-ni parlamentdəki davranışlara görə tənqid edib

    Azərbaycan və Türkmənistan atçılıq sahəsində əməkdaşlığı genişləndirir

    Türkiyənin D-8 idxalı azalıb, ixrac isə yüksəlib (ÖZƏL)

    SOCAR-ın qaz hasilatı 1,4 faiz artıb

    Güclü külək Fransada 850 min evi işıqsız qoyub

    Dövlət Komitəsi Çağrı Mərkəzini istifadəyə verib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.