Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    Xəzər dənizində 93 min kvadrat kilometr yeni quru ərazi üzə çıxa bilər

    10 Sentyabr 2025 16:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Hazırkı dövrdə Xəzər dənizi mürəkkəb ekoloji və hidroloji dəyişikliklərlə üzləşir. Son 30 ildə aparılan müşahidələr dəniz səviyyəsində əhəmiyyətli azalmanı göstərir ki, bu da sahilyanı ərazilərə və iqtisadi fəaliyyətlərə təsir göstərir.

    AzerVoice xəbər verir ki, bunu Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun Su və meliorativ proseslərin modelləşdirilməsi sektorunun müdiri Kəminə Ağayeva Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı Su Həftəsi) çıxışı zamanı deyib.

    O bildirib ki, son 30 ildə Xəzər dənizində suyun səviyyəsi 2,5 metr, son 10 ildə 1,5 metr, son 5 ildə 0,93 metr azalıb, ümumilikdə isə hər il Xəzər dənizdə suyun səviyyəsi 20-30 sm azalır: "Xəzər dənizinin şimal hissəsi çox dayazdır (orta dərinlik 5-6 metr). Səviyyənin bu qədər enməsi həmin hissənin qismən və ya tam qurumasına səbəb ola bilər. Bu, nərə balıqları, suitilər və şimaldakı bataqlıq ekosistemləri üçün ciddi təhlükədir. Sosial baxımdan suyun geri çəkilməsi Volqa deltasına, balıqçılığa və sahilyanı kənd təsərrüfatına zərbə vurur".

    "NASA-nın Qlobal Su Monitorinqin tərəfindən bir neçə peykdən toplanan radar altimetriya məlumatları əsasında aparılan hesablamalara əsasən 21-ci əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər ki, bu da dənizin təxminən 1/4 sahəsini itirməsinə və 93 min kvadrat kilometr yeni quru ərazinin üzə çıxmasına səbəb olacaq. Yeni yaranacaq torpaqların çoxu Xəzərin şimal hissəsində formalaşacaq", - deyə K. Ağayeva qeyd edib.

    #Xəzər dənizi #Xəzər #elmi tədqiqat #qlobal ekoloji problemlər #Water Week #Baku Water Week
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Alkoqol xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir

    19 Oktyabr 2025 13:45

    Yeni elmi tədqiqat süni səs klonlarının real səslər qədər inandırıcı olduğunu göstərib

    19 Oktyabr 2025 12:00

    Şəxsiyyət xüsusiyyətləri uzunömürlülüyün açarı ola bilər

    11 Oktyabr 2025 12:00

    Qadınlar niyə kişilərdən daha uzun ömürlüdür?

    5 Oktyabr 2025 15:30

    Baş nazir Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib

    30 Sentyabr 2025 17:22

    Türkiyədə Zəngəzur Dəhlizinin dəmir yolu hissəsinin təməli qoyulub - Uraloğlu

    30 Sentyabr 2025 16:41

    117 yaşlı ispan qadının uzunömürlülük sirri açılıb

    28 Sentyabr 2025 13:00

    Bakı 2025-ci ildə 13-cü Beynəlxalq “Caspian Energy Forum”a ev sahibliyi edəcək

    26 Sentyabr 2025 15:07

    Orta Dəhliz: qlobal ticarətin polad arteriyası və Bakının artan önəmi

    24 Sentyabr 2025 12:24

    Xəzər dənizində zəlzələ baş verib

    22 Sentyabr 2025 22:54

    Dünya üzrə milyonlarla insan diabetdən xəbərsizdir

    14 Sentyabr 2025 14:58

    NASA Araşdırması - Kosmosa səyahət bioloji qocalmanı sürətləndirir

    13 Sentyabr 2025 13:30
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Türkiyəyə məxsus CENK-T yük gəmisinin Odessa limanı yaxınlığında vurulduğu iddia olunub

    BMT Qəzzaya humanitar yardımların daxil olması ilə bağlı qətnamə qəbul edib

    Ruben Vardanyanın məhkəməsinin növbəti iclasının vaxtı açıqlanıb

    Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.