BAKI, AzerVoice, Nailə Babazadə
Türkiyə 2025-cü ilin avqust ayında Qazaxıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz azalaraq, 4 milyon 800 min 79 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Qazaxıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz artaraq, 38 milyon 766 min 12 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 137 milyon 420 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 1 milyard 477 milyon 735 min dollar məbləğində dəri ixrac edib.