BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 artaraq, 10 milyard 984 milyon 379 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 386 milyon 471 min dollar məbləğində poladixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 16 milyard 384 milyon 31 min dollar məbləğində polad ixrac edib.