BAKI, AzerVoice, Nailə Babazadə
2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 artaraq, 26 milyard 546 milyon 824 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə 2 milyard 732 milyon 652 min dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,3 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 40 milyard 238 milyon 31 min dollar məbləğində avtomobil ixrac edib.