BAKI, AzerVoice, Nailə Babazadə
2025 -ci ilin iyulunda Qazaxıstandan Türkiyəyə 128 min 609 turist səfər edib ki, bu da 2024-cü ilin iyulu ilə müqayisədə 17,34 faiz azdır.
Bu barədə AzerVoice -a Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı 1,85 faiz təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında Qazaxıstandan Türkiyəyə 462 min 264 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,68 faiz azdır.
2025-ci ilin yanvar-iyul aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Qazaxıstan vətəndaşlarının payı isə 1,63 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2025-ci ilin iyulunda Türkiyəyə 6 milyon 969 min 546 turist səfər edib ki, bu da ötən ilin iyulu ilə müqayisədə 4,97 faiz azdır.
2025 -ci ilin yanvar-iyul aylarında 28 milyon 369 min 330 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,10 faiz azdır.