Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    BMT Əfqanıstana təcili yardım üçün qlobal dəstəyə çağırıb

    2 Sentyabr 2025 14:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK) sözçüsü Babar Baloch, Əfqanıstanda baş verən dağıdıcı zəlzələdən sonra insani yardım imkanlarının tükəndiyini bildirib və beynəlxalq ictimaiyyəti təcili dəstəyə çağırıb.

    AzerVoice xəbər verir ki,Cenevrədə keçirilən həftəlik BMT mətbuat konfransında çıxış edən Baloch bildirib ki, 31 avqust tarixində Əfqanıstanda baş verən zəlzələdə min nəfərdən çox insan həlak olub, minlərlə insan yaralanıb və BMMYK zərər çəkmiş ərazilərə yardım üçün bütün mövcud resurslarını səfərbər edib.

    “Bəzi kəndlər tamamilə yerlə bir olub. Şərqi Əfqanıstan zəlzələdən ən çox zərər görən bölgədir. Sağ qalan insanlar evlərinin uçduğunu görüb və gecəni çöldə keçirməyə məcbur olublar,” – deyə Baloch bildirib.

    Zəlzələdən sonra yolların dağıldığını, bir çox insanın hələ də dağıntılar altında qaldığından narahat olduqlarını bildirən Baloch, itkilərin artmasından ehtiyat etdiklərini də əlavə edib.

    Baloch əlavə edib ki, zəlzələ ilə yanaşı, ölkə həm də şiddətli quraqlıq və qonşu ölkələrdən geri dönən milyonlarla miqrantın yaratdığı təzyiqlərlə qarşı-qarşıyadır, “Əfqanıstan bu il ərzində 2,5 milyondan çox miqrantı cəmiyyətə inteqrasiya etməyə çalışır. Apreldən bu yana yalnız Pakistandan 478 mindən çox əfqan geri dönüb. Onlardan 337 mini zəlzələnin episentrinə yaxın olan Torkham sərhəd qapısından keçib. Onların təxminən 24 faizi ən çox zərər çəkmiş əyalətlərdən biri olan Nangarhar ərazisinə yerləşdirilib.”

    Zəlzələdən zərər çəkənlərin tibbi və psixoloji yardım ehtiyacının çox yüksək olduğunu bildirən Baloch, səhiyyə sisteminin vəziyyətə cavab verməkdə çətinlik çəkdiyini qeyd edib.

    Qeyd edək ki, Əfqanıstan Qızıl Aypara Cəmiyyəti zəlzələdə min 124 nəfərin öldüyünü, 3 min 251 nəfərin isə yaralandığını bildirib.

    ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) məlumatına görə, zəlzələnin episentri Pakistan sərhədi yaxınlığındakı Cəlalabad şəhərinin 27 kilometr şimal-şərqində, yerin 8 kilometr dərinliyində yerləşib və maqnitudası 6 olub.

    Yerli hakimiyyət orqanları bu zəlzələni Əfqanıstanı vuran ən dağıdıcı təbii fəlakətlərdən biri kimi qiymətləndirib.

    BMT-nin Humanitar Əlaqələndirmə Ofisi (OCHA) ilkin mərhələdə 12 min insanın birbaşa zərər çəkdiyini açıqlayıb.

    #BMT #Pakistan #zəlzələ #Əfqanıstan #Cenevrə #SeysmikFəaliyyət #Zəlzələ Xəbərləri #Zəlzələ diplomatiyası #seysmik hadisələr #Seysmik aktivlik #zəlzələ fay xətti #zəlzələ qorxusu #Zəlzələ xəbəri #6 bal gücündə zəlzələ #Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMMYK)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mediada İnklüziv Dildən İstifadənin Təşviqi mövzusunda seminar keçirilir

    18 Dekabr 2025 11:22

    Səudiyyə Ərəbistanının Şərq bölgəsində zəlzələ baş verib

    17 Dekabr 2025 15:26

    İran MAQATE rəhbərini BMT Baş katibi vəzifəsinə uyğun hesab etmir

    16 Dekabr 2025 12:37

    Dövlət Komitəsinin sədri BMT-nin tədbirlərində iştirak edib

    16 Dekabr 2025 12:12

    Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansı arasında əməkdaşlıq müzakirə olunub

    16 Dekabr 2025 10:26

    Türkiyədə 4,2 bal gücündə zəlzələ baş verib

    15 Dekabr 2025 14:19

    Qəzzanın bərpası üçün 70 milyard dollar tələb olunur

    15 Dekabr 2025 12:53

    Adil Kərimli UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edib

    15 Dekabr 2025 09:51

    Mədəniyyət naziri Adil Kərimli BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumunda iştirak edir

    14 Dekabr 2025 15:17

    Adil Kərimli BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir

    13 Dekabr 2025 17:50

    İstanbul üçün ciddi xəbərdarlıq - Zəlzələlər şəhərə doğru addım-addım irəliləyir

    13 Dekabr 2025 13:59

    Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

    13 Dekabr 2025 13:18
    Demo
    XƏBƏR LENTİ

    Sərhədləri aşan baxış: Türkiyə kəşfiyyat qaydalarını yenidən yazır

    Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub

    Türkiyənin Güllük limanı 5 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    İsrail döyüş təyyarələri Livanın cənub və şərq bölgələrinə hava zərbələri endirib

    TDT çərçivəsində əməkdaşlıq dezinformasiyaya qarşı kollektiv mübarizə üçün möhkəm zəmin yaradır - Əhməd İsmayılov

    Bakıda II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

    Ankarada Türk Dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

    Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 markalı benzin yola salınıb

    Türkiyədən Özbəkistana tekstil ixracı azalıb (ÖZƏL)

    Türkiyənin müdafiə və aviasiya sənayesi ixracı 8,5 milyard dollara çatıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.