BAKI,AzerVoice, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran ABŞ-ın birbaşa danışıqlar təklifinə cavab verərkən Vaşinqtonun keçmişdə nümayiş etdirdiyi mövqeləri diqqətlə nəzərə alacaq.
AzerVoice xəbər verir ki, Bəqai qeyd edib ki, son on ildə ABŞ azı iki-üç dəfə diplomatik prosesləri pozub.
Onun sözlərinə görə, bu fakt Vaşinqtonun əvvəlcədən xoş niyyət göstərmədiyini sübut edir.
“Əsasən, ABŞ-la münasibətlərdə nəzərə almalıyıq ki, biz danışıqlar prosesinin ortasında olarkən sionist rejimin ABŞ tərəfindən dəstəklənən təcavüzü ilə üzləşmişik. Keçmiş təcrübələri görmədən gələcəkdən danışmaq mümkün deyil”- deyə o bildirib.
Sözçü vurğulayıb ki, İran nüvə proqramı ilə bağlı mümkün danışıqlarda ABŞ-ın keçmiş addımlarını və pozucu yanaşmalarını əsas göstəricilərdən biri hesab edəcək.