Əsas səhifə » Ötən il Azərbaycanla Türkmənistan arasında 400 milyon ABŞ dollarına yaxın ticarət əməliyyatları aparılıb

Ötən il Azərbaycanla Türkmənistan arasında 400 milyon ABŞ dollarına yaxın ticarət əməliyyatları aparılıb

Bakı. AzerVoice

Ötən il Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 383,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə AzerVoice Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 390,2 milyon ABŞ dolları və ya təqribən 2 dəfə azdır. Hesabat ilində Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,81%-i həcmində olub.

Ötən il Azərbaycandan Türkmənistana 80,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2023-cü ildəki göstərici ilə müqayisədə təqribən 5,9 milyon ABŞ dolları və ya 6,8% azdır.

Həmçinin 2024-cü il ərzində Türkmənistandan Azərbaycana 303,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 384,3 milyon ABŞ dolları və ya təqribən 2,3 dəfə azalma deməkdir.

Təkcə 2025-ci ilin yanvar-may aylarında isə Azərbaycanla Türkmənistan arasında ticarət əməliyyatlarının həcmi 118,5 milyon ABŞ dollarına bərabər olub. Bu isı 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 84,5 milyon ABŞ dolları və ya 41,6% azdır. Hesabat dövründə Türkmənistan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,56%-i həcmində olub.

Cari ilin yanvar-may aylarında Azərbaycandan Türkmənistana 19,2 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 12,8 milyon ABŞ dolları və ya 39,9% azdır.

Həmçinin 2025-ci ilin yanvar-may aylarında Türkmənistandan Azərbaycana 99,2 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 71,8 milyon ABŞ dolları və ya 42% azalma deməkdir.

Digər Kateqoriyalar

2025 © Azervoice