BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz azalaraq, 10 milyon 297 min 87 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq, 67 milyon 648 min 1 dollara bərabər olub.
Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz artaraq, 3 milyard 818 milyon 939 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 588 milyon 946 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 7 milyard 917 min 969 dollar məbləğində mebel ixrac edib.