Əsas səhifə » İyun ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib (ÖZƏL)

İyun ayında Türkiyə limanları 5 mindən çox gəmi qəbul edib (ÖZƏL)

Bakı, AzerVoice

Bu ilin iyun ayında Türkiyə limanları 5 min 779 gəmi qəbul edib.

Bu barədə AzerVoice-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 61 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 718 olub.

2025-ci ilin yanvar - iyun ayında Türkiyə limanları 29 min 446 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 880, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 564 olub”, - deyə nazirlikdən bildirilib.

Digər Kateqoriyalar

2025 © Azervoice