BAKI, AzerVoice
Avropa qitəsi sıxılmış təbii qazın (STQ) idxalını rekord həddə davam etdirir.
AzerVoice xəbər verir ki, "Gas Infrastructure Europe" (GIE) təşkilatının iyun ayı üçün olan yenilənmiş məlumatlarına əsasən, bu ilin aprelində istilik mövsümünün başa çatmasından bəri Avropaya 45 milyard kubmetrdən çox STQ tədarük olunub.
Avropa İttifaqı (Aİ) ölkələrinin yeraltı qaz anbarlarına (YQA) iyulun 12-də vurulan qazın həcmi 427 milyon kubmetr təşkil edib. Bu günlərdə anbarlardan çıxarılan qaz miqdarı isə 23 milyon kubmetr təşkil edib. Ümumilikdə, YQA-larda olan qaz həcmi hazırda 68,6 milyard kubmetrdir ki, bu da iyul ayı üçün müşahidə olunan ən yüksək yeddinci göstəricidir.
Qeyd edək ki, hazırda Avropanın YQA-ları 62,58 faiz doludur – bu, son beş ilin eyni tarixinə olan orta göstəricidən 9,14 faiz bəndi aşağı, ötən ilin müvafiq dövründəki 80,6 faizlik göstəricidən isə xeyli azdır. Avropa Komissiyasının tələbinə əsasən, hər il noyabrın 1-nə qədər bu anbarlar ən azı 90 faiz dolu olmalıdır. Bu tələbin özü də Avropa qaz bazarında qiymətlərin artmasına əlavə təkan verir.
Əlavə edək ki, bu həftənin Avropada əvvəlki həftəyə nisbətən xeyli daha isti keçəcəyi gözlənilir. İyunda elektrik enerjisi istehsalında külək enerjisinin payı orta hesabla 15 faiz, iyulda isə təxminən 12 faiz olub. Avropada qazın orta alış qiyməti iyun ayında min kubmetr üçün təxminən 439 dollar, iyulda isə 415 dollar təşkil edib.