BAKI, AzerVoice
Cari ilin iyun ayında Çinin ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 325,2 milyard ABŞ dollarına çatıb.
AzerVoice xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat verib.
İdxal isə 1,1 faiz artaraq 210,4 milyard dollar təşkil edib. Bu, cari ilin əvvəlindən bəri ilk artımdır.
"Trading Economics"in məlumatına əsasən, analitiklər orta hesabla ixracın 5 faiz, idxalın isə 1,3 faiz artacağını proqnozlaşdırırdılar.
Daha əvvəl Çin Dövlət Statistika İdarəsi məlumat vermişdi ki, ölkədə istehlak qiymətləri indeksi (CPI) iyun ayında illik ifadədə 0,1 faiz artıb. Bu, yanvar ayından bəri qeydə alınan ilk artım idi.
Trading Economics portalının yaydığı analitik proqnozlara əsasən, iyun ayında qiymətlərin dəyişməz qalacağı gözlənilirdi. Lakin faktiki rəqəmlər inflyasiyada mülayim artımı göstərib.