Əsas səhifə » May ayında Türkiyənin polad ixracı 6 milyard dolları keçib(ÖZƏL)

May ayında Türkiyənin polad ixracı 6 milyard dolları keçib(ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-may aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 6 milyard 832 milyon 941 min dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1 milyard 504 milyon 857 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 3,6 faiz artaraq” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 16 milyard 372 milyon 120 min dollar məbləğində polad ixrac edib.

Digər Kateqoriyalar

2025 © Azervoice