25
BAKI, AzerVoice
2025-ci ilin yanvar-may aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 7 milyard 54 milyon 275 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 1 milyard 676 milyon 818 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 12,2 faiz artaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 79 milyon 234 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.