22
BAKI, AzerVoice
2025-ci ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz azalaraq, 6 milyard 929 milyon 98 min dollara bərabər olub.
Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin may ayında Türkiyə 1 milyard 520 milyon 390 min dollar məbləğində hazır geyim maddə ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 7,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2024-may 2025) Türkiyə 17 milyard 446 milyon 977 min dollar məbləğində hazır geyim ixrac edib.