Əsas səhifə » OPEK+ 2027-ci il üçün neft hasilatı kvotalarının qiymətləndirilmə mexanizmini müzakirə edir

OPEK+ 2027-ci il üçün neft hasilatı kvotalarının qiymətləndirilmə mexanizmini müzakirə edir

BAKI, AzerVoice

OPEK+ ölkələri onlayn görüş zamanı 2027-ci il üçün neft hasilatı kvotalarının müəyyən edilməsinə dair qiymətləndirmə mexanizmini müzakirə edirlər.

AzerVoice-un məlumatına görə, Monitorinq Komitəsinin iclasdan sonra təqdim edəcəyi tövsiyələr, məhz həmin qiymətləndirmə mexanizmi ilə əlaqəli ola bilər. Lakin komitə hələlik heç bir rəsmi tövsiyə təqdim etməyib.

Qeyd edək ki, hazırda OPEK+ razılaşması çərçivəsində neft hasilatı kvotaları 2025 və 2026-cı illər üçün müəyyən olunub. 2027-ci ilə dair qərarların gələcək görüşlərdə formalaşdırılması gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice