Əsas səhifə » İraqlıların Türkiyədə əmlak alışı artıb (ÖZƏL)

İraqlıların Türkiyədə əmlak alışı artıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar-aprel aylarında İraq vətəndaşları Türkiyədə 344 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9 obyekt çoxdur.

Bu barədə AzerVoice -ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında İraq vətəndaşları Türkiyədə 70 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 38 obyekt çoxdur.

Qeyd edək ki, 2025-ci ilin aprel ayında Türkiyədə 118 min 359 mənzil satın alınıb ki, bu da 2024-cü ilin aprel ayı ilə müqayisədə 56,6 faiz çoxdur.

Məlumata görə, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyədə 454 min 145 mənzil satın alınıb.

"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27,9 faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.

2025-ci ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara min 440 mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz çoxdur.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6 min 18 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azdır.

Digər Kateqoriyalar

2025 © Azervoice