Əsas səhifə » Türkiyədən İraqa tekstil məhsulları ixracı artıb (ÖZƏL)

Türkiyədən İraqa tekstil məhsulları ixracı artıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin İraqa tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz artaraq, 118 milyon 175 min 12 dollara bərabər olub.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə İraqa 12 milyon 791 min 57 dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 14 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7,8 milyard dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 842 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 9 milyard 426 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib.

Digər Kateqoriyalar

2024 © Azervoice