Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    İqtisadiyyat

    Sabiha Gökçen hava limanında sərnişindaşıma 14 milyon nəfəri keçib (ÖZƏL)

    9 May 2025 15:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    2025-ci ilin aprel ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 14 milyon 107 min 870 nəfər olub.

    Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə dəyişməyərək, 5 milyon 982 min 752 nəfər, beynəlxalq reyslər üzrə isə 19 faiz artaraq 8 milyon 125 min 118 nəfər təşkil edib.

    2025-ci ilin aprel ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 156 min 284 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin aprel ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 45 min 750 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 16 faiz artaraq, 110 min 534 ton təşkil edib.

    Məlumata əsasən, hava limanından 2025-ci ilin aprel ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin aprel ayı ilə müqayisədə 8 faiz artaraq, 82 min 154 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 3 faiz azalaraq, 34 min 186, beynəlxalq reyslər üzrə isə 17 faiz artaraq 43 min 328 olub.

    2025-ci ilin aprel ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 64 milyon 197 min 713 nəfər, yük daşınması isə 1 milyon 431 min 519 ton təşkil edib.

    Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

    #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Sabiha Gökçen Hava limanı #sərnişin daşıma #Türkiyədə hava nəqliyyatı 2025 #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Türkiyədə beynəlxalq uçuşlar #Hava nəqliyyatı innovasiyaları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    12 Fevral 2026 11:00

    Dalaman Hava Limanında uçuş sayı 45 faiz azalıb (ÖZƏL)

    12 Fevral 2026 10:00

    2026-cı ilin ilk ayında 4 mindən çox gəmi limanlara yan alıb (ÖZƏL)

    11 Fevral 2026 17:04

    Adnan Menderes Hava Limanında sərnişin sayı 1 milyona yaxınlaşır (ÖZƏL)

    11 Fevral 2026 15:27

    Türkiyə limanlarında rekord yük axını – 32 milyon tonu keçdi

    11 Fevral 2026 12:00

    Ankara Esenboğa Hava Limanında yanvar rekordu: Beynəlxalq sərnişin sayında 30 faiz artım

    10 Fevral 2026 18:00

    Kocaeli limanında gəmi sıxlığı: 2025-ci ilin statistik rəqəmləri

    10 Fevral 2026 10:39

    İstanbul Hava Limanında yanvar rekordu: 6.9 milyondan çox sərnişin

    10 Fevral 2026 09:00

    Sabiha Gökçen Hava Limanında rekord artım: yanvar ayında 4 milyondan çox sərnişin

    9 Fevral 2026 16:22

    Keçən il Türkiyənin İskenderun limanı 61 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    9 Fevral 2026 10:10

    Keçən il Türkiyənin Aliağa limanı 72 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 16:00

    Keçən il Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    8 Fevral 2026 14:00
    XƏBƏR LENTİ

    Nottinqem Forest baş məşqçisi ilə yollarını ayırdı

    Azərbaycanda kibertəhlükəsizlik kadrlarının qiymətləndirilməsində yeni dövr: İntellektual sistem tətbiq olunur

    İtaliyadan Türkiyəyə 3,3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    İŞİD-in Suriya prezidentinə qarşı sui-qəsd planı ifşa edildi

    Qırğızıstan parlamentinin sədri istefa verdi

    İranda etirazlarda ölənlərin sayı 7 mini keçib

    NATO Qrenlandiyada mövqeyini gücləndirir

    SOCAR-ın “Elm və təhsil fondu”ndan elmi müəssisələrə böyük dəstək: Qaliblər elan olundu

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    Dalaman Hava Limanında uçuş sayı 45 faiz azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.