BAKI, AzerVoice
Türkiyə 2025-cü ilin iyun ayında Misirə dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 113,7 faiz artaraq, 939 min 55 dollara çatdırıb.
Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Misirə dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 88,6 faiz artaraq, 5 milyon 913 min 71 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azalaraq, 717 milyon 307 min dollara bərabər olub.
“Bu ilin iyun ayında Türkiyə 90 milyon 711 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 8,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 1 milyard 494 min 771 dollar məbləğində dəri ixrac edib.