Əsas səhifə » Türkiyədə Özbəkistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

Türkiyədə Özbəkistan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi artıb (ÖZƏL)

BAKI, AzerVoice

2025-ci ilin yanvar- iyun ayında Türkiyədə Özbəkistan kapitalı ilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15 şirkət çoxdur.

Bu barədə AzerVoice -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Özbəkistan şirkətlərinin məcmu kapitalı 61 milyon 900 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 16 milyon 560 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar - iyun ayında Özbəkistan şirkətlərinin əksəriyyəti İstanbulda (30) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Özbəkistan şirkətlərinin ümumi kapitalı 39 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin yanvar - iyun ayında Türkiyədə Özbəkistan kapitalı ilə 17 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Digər Kateqoriyalar

2025 © Azervoice