Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    31 Dekabr 2025 17:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Fatimə Elizabet Keyts 5 yanvar 1865-ci ildə doğulub. Ehtimal olunur ki, Fatimə Liverpulda İslamı qəbul edən ilk qadın idi. O, 1887-ci ildə Abdullah Quilliamın (1856–1932) vasitəsilə İslama gəldi.Liverpulun ilk müsəlman çevrəsinin bir çox üzvü kimi, Fatimə də həm yerli əhalinin dözümsüz davranışı, həm də öz ailəsinin təzyiqi qarşısında heyrətamiz dözüm və cəsarət göstərirdi.

    O, həmçinin qurucularından biri olduğu “Liverpool Muslim Institute” ( Liverpul Müsəlman İnstitutu) fəaliyyətində aparıcı rol oynayırdı. Fatimə həm insanları İslama dəvət etməkdə, həm də institutun milli və beynəlxalq səviyyədə təmsil olunmasında böyük fəallıq göstərirdi. O, Britaniyada məscidin ilk qadın xəzinədarı olmuş və 1887–1894-cü illər arasında səkkiz il bu vəzifəni icra etmişdir.

    Gənclik illəri və İslama aparan yol
    Onun islamdan öncəki adı, Frensis Elizabet Murraydır. O, erkən yaşlardan müstəqil düşüncəsi və araşdırmaq marağı ilə seçilirdi. 1870-ci il Təhsil Aktı ilə yaradılan yeni sistem üzrə təhsil alan ilk uşaqlar arasında idi.

    İyirmi yaşlarının əvvəlində Frensis ayıqlıq (teetotal) hərəkatının yerli şöbəsinin katibi olaraq çalışırdı. Bu hərəkat spirtli içkilərin istehlakının məhdudlaşdırılması və tamamilə dayandırılması üçün mübarizə aparırdı. Məhz bu fəaliyyət çərçivəsində Frensis, 1887-ci ilin iyununda Quilliamın Peyğəmbər Məhəmməd (s.ə.s) haqqında çıxışını eşitdi.

    Onun bir sıra sualları qalmışdı, lakin Quilliam ona Qurani-Kərimi oxumağı və qərarı özü verməyi məsləhət gördü. Ailəsinin bütün səylərinə baxmayaraq, Frensis cəmi bir neçə həftə içində İslamı qəbul etdi və Fatimə adını aldı. 1887-ci ilin iyulunda Fatimə, Quilliam və digər müsəlman olmuş britaniyalı Əli Hamilton ilə birlikdə “Liverpool Muslim Society” ( Lİverpul Müsılman Cəmiyyəti) - ni qurdu. Onlar “Mount Vernon Temperance Hall”un ikinci mərtəbəsində bir otaq icarəyə götürmüşdülər.

    İlk iki il ərzində onların fəaliyyətləri nəticəsində daha on bir nəfər İslamı qəbul etdi. Halbuki görüşləri pozmağa çalışan dəstələr də olurdu; bir neçə dəfə Fatimənin üzünə at nəcisi belə sürtülmüşdü. Lakin o, sarsılmaz idi.

    1889-cu ilin dekabrında icma daha geniş binaya Brougham Terrace 8 ünvanına köçəndə Fatimə institutun simasına çevrildi. Onun Beynəlxalq profili xüsusilə Britaniya Hindistanında artdı. Fatimənin şeirləri və məqalələri “Allahabad Review” jurnalında dərc olunurdu. Ailə etrazlarına baxmayaraq, o, bacıları Klara və Enneni də İslama gətirməyə nail oldu.

    Həmçinin bir sıra başqa qadınları da İslama dəvət edərək onların müsəlman olmasına nail oldu. Onların arasında Alis “Amina” Bertha Bowman, Hannah “Fatma” Rodda Robinson, Leah “Zuleyxa” Banks və Amy “Amina” Mokaiesh kimi qadınlar var idi. Bu qadınların hamısı sonradan ya müsəlman toplumundan olan kişilərlə, ya da başqa müsəlman olmuş britaniyalılarla evləndilər.

    Ağır sınaqlar və gizli nikah

    Fatimənin ən böyük uğurları əslində onun ən çətin sınaqları zamanı baş verdi. Evliliyinin ilk iki ilində o, zorakı və bir neçə dəfə ölümcül hücuma cəhd etmiş həyat yoldaşının əzablarına məruz qalırdı. 1891-ci ilin dekabrında boşanma üçün məhkəməyə müraciət etdi, lakin yalnız bir il ayrılıq qərarı alındı. Faktiki olaraq evlilik bitmişdi və onlar 1895-ci ildə ərinin dənizdə ölümü ilə tam ayrılmış oldular.

    Bu dövrdə Fatimə institutdakı fəaliyyətini azaldır, səyahət edir (böyük ehtimalla Beyruta) və Cənubi İngiltərədə mənzərə fotoqrafiyası ilə məşğul olurdu.

    1900-cü ilin oktyabrında institutun “The Crescent” qəzetində Fatimənin ölümü elan edildi. Qəzetdə onun “tənha bir dul” kimi West Kirby sahil qəsəbəsində yaşadığı və orada oğlu Hubert Haleem ilə birlikdə pansion işlədiyi yazılsa da, bu doğru deyildi.

    Ölümündən 122 il sonra, 4 noyabr 2022-ci ildə Fatimənin Anfield qəbiristanlığındakı adsız məzarı nəhayət mərmər başdaşı ilə işarələndi. Bunun üçün vəsaiti yerli müsəlman qadını Amirah Scarisbrick toplamışdı.

    Başdaşında Fatimənin öz şerindən aşağıdakı misralar yer alır:

    Allahın sadiq bəndəsi
    Fatima Elizabeth Cates

    #Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi #Fatimə Elizabet Keyts — Qərbdə ilk müsəlman qadın liderlərdən biri #Liverpool Muslim Institute-un qurucusu: Cəsarət və iman tarixçəsi #Фатима из Ливерпуля: история первой англичанки #принявшей ислам #Фатима Элизабет Кейтс — одна из первых женщин-лидеров мусульманской Британии #Основательница Ливерпульского мусульманского института и её тайная история #Fatima of Liverpool: The story of Britain’s first female Muslim convert #Fatima Elizabeth Cates — a pioneering woman in early British Islam #The hidden history of Liverpool’s Muslim pioneer #Liverpool Muslim Institute #Britaniyada İslamı qəbul edən ilk qadın kim idi? #Fatimə Elizabet Keytsin müsəlman olmaq hekayəsi #Liverpool Muslim Institute necə yaranıb? #Viktorian dövründə britaniyalı qadınların İslama keçidi #Abdullah Quilliamın təsiri və Liverpulun müsəlman icması #Britain’s first Muslim female convert: rediscovering Fatima Cates #The remarkable life of Fatima Elizabeth Cates
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    31 Dekabr 2025 17:04

    Bu gün edam edilən Səddam Hüseyn kimdir?

    30 Dekabr 2025 14:17

    Bu gün sui-qəsd nəticəsində öldürülən Benazir Bhutto Kimdir?

    28 Dekabr 2025 18:00

    Hondurasın ərəb əsilli yeni prezidenti Tito Asfura kimdir?

    27 Dekabr 2025 12:00

    Ənvər Sədat - Misirin dövlət başçısı və taleyüklü lideri...Bu gün onun doğum günüdür

    25 Dekabr 2025 12:00

    Təyyarə qəzasında ölən Liviya ordusunun Baş Qərargah rəisi Məhəmməd Həddad kimdir?

    24 Dekabr 2025 09:53

    Avropanın fərqli səsi: Viktor Orban və böyük güclər arasında balans

    21 Dekabr 2025 18:00

    Qızıl Topu qazanan ərəb: Benzemanın qalmaqallar, uğurlar və rekordlarla dolu həyatı

    20 Dekabr 2025 18:00

    UFC-nin ən güclüsü - İslam Mahaçev kimdir?

    19 Dekabr 2025 21:00

    Bu gün onun doğum günüdür - Papa Fransisk kimdir?

    17 Dekabr 2025 09:00

    Əmir Teymur kim idi? Fateh, imperiya qurucusu və tarixdə iz buraxan şəxsiyyət

    14 Dekabr 2025 11:35

    Bu gün onun doğum günüdür - Şuhada Davit kimdir?

    8 Dekabr 2025 10:00
    Demo
    XƏBƏR LENTİ

    Fatih Sultan Mehmed zəhərlənmişdimi? Tarixi iddialar və faktlar

    Liverpulun Fatiməsi: Britaniyada İslamı qəbul edən ilk qadının hekayəsi

    Türkiyədə 10 ədəd elektrikli avtobus alınacaq

    Səlib yürüşləri dövründə tibb: Müsəlman həkimləri və Qərbin böhranı

    Türkiyə limanları ilə 12 milyon tondan çox kənd təsərrüfatı məhsulları daşınıb (ÖZƏL)

    Bizans–Osmanlı toqquşması: 1302-ci ilin həlledici döyüşü necə baş verdi?

    Türkiyədən Səudiyyəyə kimyəvi maddə ixracı 258 milyon dolları keçib (ÖZƏL)

    İstanbulda 135 işyeri tikintisi üzrə tender elan edilib

    Yunanıstandan Türkiyə limanlarına 6 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    Türkiyədə BƏƏ Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.