Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər

    16 Noyabr 2025 18:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Cinin varlığı Qurani-Kərim və Sünnə ilə sabitdir. Quranda cinlərlə bağlı ayrıca bir surə nazil olmuşdur. Səhih hədislər və təvatür dərəcəsində möhkəm xəbərlər də cinlərin varlığını təsdiqləyir. Cinin varlığını inkar edən, məlum ayələri inkar etmiş sayılacağı üçün İslam ümmətindən çıxmış olar. Allah bizi belə aqibətdən qorusun.

    Lakin “cinlər görünür, yoxsa görünmür?” – bu məsələni düzgün başa düşmək lazımdır. İmam Şafii (r.a.) buyurur: “Kim ‘mən cin gördüm’ deyərsə, onun şahidliyi qəbul olunmaz.”

    Çünki bu ifadə Allah-Təalanın Əraf surəsindəki bu kəlamına ziddir: “Həqiqətən, o (şeytan) və onun tayfası sizi, sizin onları görə bilmədiyiniz yerlərdən görürlər.”
    (Əraf, 27)

    Bu ayə göstərir ki, cinlərin əsl mahiyyəti görünməzdir. Onlar yalnız təcəssüm edib maddi şəkil aldıqda görünə bilərlər. Ən çox qara it, pişik, inək, qoyun, dəvə, ilan, əqrəb və ya insan surətində təzahür edirlər.

    Müxtəlif məqamlarda cinlərə ammar, ərvah, şeytan, ifrit kimi adlar da verilir. Cinin insan surətində görünməsi həm ayə, həm də hədislə sabitdir. Məsələn, Bədr döyüşü zamanı şeytan Suraqə ibn Malik surətində Qureyşlilərə gəlmiş və “mən sizin dostunuzam” demişdi. Yenə, Peyğəmbəri (s.ə.s.) öldürmək üçün toplananların yanına şeytan Nəcdli qoca qiyafəsində gəlmişdi.

    Hədislərdən dəlillər

    Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s.) buyurdu: “Dünən namazımı pozdurmaq üçün mənə bir ifrit hücum etdi. Allahın izni ilə onu tutdum və məscidin sütunlarından birinə bağlamaq istədim ki, hamınız səhər onu görün. Lakin Süleyman (ə.s.)-ın, ‘Ya Rəbbim, məndən sonra heç kəsə verilməyəcək bir mülk bəxş et’ duası yadıma düşdü. Allah o ifriti məndən rüsvay halda uzaqlaşdırdı.”
    (Səhihi Buxari)

    Başqa bir hədisdə Rəsulullah (s.ə.s.) buyurur: “Bir gün namaz qılırkən şeytan mənə hücum etdi. Onu tutub boğazından sıxdım və ağzından gələn yaşlığı hiss etdim.”

    Bu hədislər göstərir ki, cin görünəndə maddi cisim halına keçmiş olur. Bu, cinlərin bəzən cisim halına girməsinə açıq dəlildir.

    Rəvayətlərdə cinlərin üç sinfə bölündüyü bildirilir:

    Qanadlı olanlar - quş kimi havada uçurlar
    İlan, əqrəb və digər yer heyvanları surətində olanlar
    Hesab və cəza ilə mükəlləf olan başqa bir sinif

    İbn Abbas (r.a.) buyurur: “İlanları Allah o şəkildə yaratdı, onların əsli cindir. Necə ki, Bəni-İsraildə bəzi insanlar meymun və donuz şəklinə çevrildilər.”

    Peyğəmbərimiz (s.ə.s.) bəzi səhabələrinə belə buyurmuşdur: “Mədinədə bir qrup cin müsəlman oldu. Evdə görünən birinə rast gəlsəniz, üç dəfə xəbərdarlıq edin. Əgər çəkilib getməzsə, o zaman öldürün. Çünki xəbərdarlıqdan sonra görünən ya şeytandır, ya da kafir cindir.”(Buxari)

    #Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər #Cinlərin varlığı #Quranda cinlər #Cinlərin surət dəyişməsi #Ifrit nədir #Şeytanın təcəssüm etməsi #Müsəlman cinlər #Evdə cin görmək #Peyğəmbərin ifriti tutması #Cin və heyvan surətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər

    16 Noyabr 2025 18:50

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Körfəz müharibəsindəki ən böyük tank döyüşü

    15 Noyabr 2025 07:39

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    Yəmən: Tarixi İrs, Coğrafiya və Müasir Reallıqlar

    10 Noyabr 2025 09:00

    Dünyanın İlk Universitetinin Qurucusu Müsəlman Qadın: Fatimə əl-Fihri kim idi?

    9 Noyabr 2025 22:00

    Zahran Mamdani kimdir?

    5 Noyabr 2025 07:54

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Kolonial Amerikada Din

    26 Oktyabr 2025 23:00
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb (VİDEO)

    Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb (FOTO)

    Cinlərin insan və heyvan surətində görünməsi barədə hədislər

    İstinca olmadan namaz qılmaq olar? - Fiqhi izah

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)

    Mişel Obama deyir ki, ABŞ hələ qadın prezident seçməyə hazır deyil

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    Türkiyədən İrana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

    Türkiyənin Ambarlı limanı 16 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    Adi Qranth nədir?

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.