Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Azərbaycan İslam Ensiklopediyası

    İslamda qeyri-müsəlmanlara dəstək

    3 May 2025 12:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    FOTO: Michael Burrows

    Tarixçi Con Morris Roberts qeyd edir ki, müsəlmanlar “idarəetməni ələ keçirdiyi cəmiyyətləri inanc cəhətdən heç vaxt narahat etmədilər”. Xocson isə həzrət peyğəmbər dövründən etibarən qeyri-müsəlmanların öz muxtariyyətlərini istədikləri kimi təşkil etməkdə azad olduqlarını vurğulayır.
    İslam Musəviliyə və Xristianlığa səhv bir din nəzəri ilə baxmamışdır. Fəth edilən ölkələrin hökumətləri yenə də öz vəzifələrini icra edir, eyni zamanda əhali məişətini, iş həyatını olduğu kimi davam etdirirdi. Müsəlman idarəçilər Bağdadda ticarətə nəzarəti öz əlində tutan iranlı və yəhudi iş adamlarını əsla narahat etmirdilər.

    Uzun müddət keçdikdən sonra İslam tarixinin ən faciəvi dövrü olan Monqol işğalında müsəlmanlara məxsus ərazilərin böyük bir hissəsi xarabalığa çevrilmişdir. Lakin eyni monqollar daha sonra könüllü şəkildə İslamı seçdilər. Bəs bunun səbəbi nə idi? Bu sual əsrlər boyu tarixçiləri düşündürmüşdür.
    Xristianlar müsəlman torpaqlarına hücum edən monqolların istilasını dəstəkləyirdilər. İlk dəfə monqollarla birlikdə müsəlmanları yox etmək üçün ittifaq yaratmaq istəyən tərəf xaçlılardır.

    Papa çox sayda keşişlə birlikdə monqolları xristianlaşdırmaq üçün cəhd göstərmişdir. Monqollar həm xristian təlimlərinə səmimi şəkildə maraq göstərir, həm də müsəlmanlara qulaq asırdılar. Uzun müddət bütün hadisələr monqolların Xristianlığı seçəcəyinə işarə edirdi.

    Lakin bir dinin həqiqi kimliyinin dərk olunması üçün onun haqqında danışmaq, onu izah etmək kifayət etmir. Bir dinin əsl dəyəri gündəlik həyatda meydana çıxır və İslam bu barədə böyük bir üstünlüyə sahib idi. Monqollar müsəlmanların həyat tərzinə şahid oldular. Uşaqlarını göndərə biləcəkləri çox sayda alternativ məktəbləri var idi və onlar müsəlmanlara aid təhsil ocaqlarını, mədrəsələri seçdilər.
    Müsəlman memarlıq və incəsənətindən təsirləndilər. Nəticədə monqollar İslam dinini qəbul etdilər. Daha sonra digər müsəlmanlarla bir çox mövzuda yarışdılar. Elm və incəsənəti inkişaf etdirdilər, məscid və məktəblər inşa etdilər. Orta əsrlərdə Böyük Monqol İmperiyası İslam mədəniyyəti və sivilizasiyasının yaranmasında xüsusi rol oynadı .

    Müsəlmanlar mədəni davranışları ilə də fərqlənirdilər. Hər bir fərd və cəmiyyətə, eləcə də yəhudilərə qarşı incə, nəzakətli və dürüst idilər. İslamın yayıldığı ilk əsrdə xristianların yəhudilərə qarşı zülm və əziyyəti davam edirdi. Məsələn 694-cü ildə İspaniya kralı Egikanın əmri ilə yəhudilər qul elan edilmiş və mülkiyyətləri müsadirə olunmuşdur.
    Buna görə də İspaniyanın fəthində yəhudilər müsəlmanlarla birlikdə döyüşmüşdülər. Xristianların zülmündən qaçan yəhudilər ancaq müsəlman ölkələrdə sığınacaq tapa bilirdilər.

    Yəhudilər İspaniya xalqını da, bölgəni də yaxşı tanıyırdılar. Müsəlmanlar çox vaxt yəhudilərə tanıdıqları bölgəni idarə etmək vəzifəsi verirdilər. Hittinin verdiyi məlumata görə, bir yəhudi olan İbn Naqdela (Samuel ibn Naqdela) Qranadadakı müsəlman hakimiyyətində “demək olar ki, ən böyük gücə” malik şəxs idi. Abba Eban İslamı mədh edir və müsəlmanları tarix boyunca yəhudilərə qarşı ən ədalətli cəmiyyət kimi təsvir edirdi.
    O bu fikirləri ilə bir çox insanı, xüsusilə də müsəlmanları təəccübləndirmişdir. Həmçinin Eban yəhudilərin müsəlmanların hakimiyyətindəykən azad və sərbəst olduqlarını bildirir. Müsəlman idarəsi əsnasında Yəhudilər “yaradıcı enerjinin, ədəbi zərifliyin, estetik gözəlliyin və mənəviyyatın zirvəsində idilər”.

    Yəhudilər İslam dünyasında, əsasən də Qüds, Bağdad, Qahirə və müsəlman İspaniyasında yaşayan millətlərini qorudular. Müsəlmanların ictimai həyatında da fəal iştirak etdilər, idarəetmədə və elmi müəssisələrdə vəzifə tutdular. Elm sahəsində tarix boyunca əldə edə bilmədikləri fürsətlərə qovuşdular. Bəziləri xəlifələrin vəzirlik vəzifəsini yerinə yetirdi, bir çoxu müşavir kimi xidmət göstərdi. Hətta bir yəhudi on yeddi il boyunca müsəlman ordusunda komandirlik etdi. Samuel İbn Nagdela yalnız ibri və ərəb dilinə vaqif bir insan deyildi, həm də gözəl şair və yəhudi hüququnu çox yaxşı bilən alim idi.

    Yəhudi alimləri dini və fəlsəfi elmlərdə əldə etdikləri ən mühüm uğurlara müsəlmanların hakimyyətində olduqları dövrdə nail oldular. Şərq alimləri arasında Sadia bin Cozefin mühüm bir yeri vardır. Yəhudi diasporunun intellektual lideri kimi o, ibricə Kitabi-Müqəddəsi ərəb di- linə tərcümə etmiş, həmçinin ibri dili haqqında üç kitab yazmışdır. Abba Eban onu “böyük bir vasitəçi, elmin və dinin qayda-qanunları ilə ərəb kulturası və yəhudi inancı arasında əlaqə yaradan insan” kimi təsvir edir.

    Elm adamları ümumilikdə paytaxt şəhərlərin ətrafında toplaşırdılar və müsəlman İspaniyası musəviliyin elmi mərkəzi idi. Eban “yəhudilərin mədəni inkişafının” müsəlman İspaniyasında Şərqi çox arxada qoyduğunu bildirir.
    Kordovalı bir yəhudi olan Hasday bin Şaprut yəhudi kulturasının inkişafında çox mühüm rol oynamışdır. III Əbdürrəhman Kordovanı fəth etdiyi zaman Hasday bin Şaprutu özünə müşavir və özəl həkim təyin etmişdi. Şaprut hökmdarın elçiliyi və gömrük müfəttişliyi vəzifəsini öhdəsinə götürmüşdür.
    III Əbdürrəhmanın oğlu Hakim də onu özünə vəzir və xüsusi həkim təyin etmişdir. Sarton “onun fövqəladə cəhdləri sayəsində İsrailin intellektual mərkəzi Babilin məktəblərindən Kordovaya gətirilmişdir” sözləri ilə Hasdayın əhəmiyyətini ifadə edir. Müsəlman İspaniyasındakı digər yəhudi alimlər arasında bu adları saymaq olar: ispaniyalı yəhudi xalqının ən böyük şairi Süleyman bin Cebirol, filosof və şair Musa bin Ezra, şair, din fəlsəfəçisi və həkim olan İuda xa-Levi, Qərbdə Maymonid olaraq tanınan Musa bin Meymun. İbn Meymun Kordovada anadan olmuşdur. Birincisi öz şəhərindən, ikincisi isə Mərakeşdən olmaqla iki dəfə yaşadığı yerdən qaçmağa məcbur olmuşdur. Nəticədə Misirdə məskunlaşmış, orada Səlahəddin Əyyubinin həkimi kimi fəaliyyət göstərmişdir. Musəviliyin müqəddəs terminləri və fəlsəfəsi ilə əlaqəli çox sayda əsər yazmışdır.
    Ağılla dini uzlaşdırmaq məqsədilə ərəb dilində yazdığı Guide for the Perplexed (Azanlar üçün bələdçi) adlı əsəri məşhurdur. Öldüyü zaman Misirdə üç gün yas elan edilmişdir.

    “Müsəlman İspaniyasındakı Yəhudilərin vəziyyəti Qər- bi Avropanın hər hansı bir bölgəsində yaşayan yəhudilər- dən daha yaxşı idi”, - Norman Kantor belə qeyd edir. Vivian B. Mannın sözlərinə görə isə müsəlman İspaniyası “Yəhudilərin qızıl dövrü”dür. Müsəlmanlar hakim olduqları torpaqların xalqlarına qarşı nümayiş etdirdikləri ədalətli və sülhpərəst davranışla, insanların dinindən asılı olmayaraq elmi inkişafı üçün təmin etdikləri imkanlarla yəhudilər və digər xalqlar üzərində inanılmaz bir təsirə sahib idilər. Müsəlman idarəçilər yəhudilərə həm sığına biləcəkləri etibarlı bir məkan vermiş, həm də mədəni və intellektual inkişafları üçün mühit yaratmışdır.

    #İslam irsi #islam #müsəlman #islamofobiya #İslam mədəniyyəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İslam Hüquq Təfəkküründə İlk Böyük Metodoloji Ayrım: Əhl-i Rəy və Əhl-i Hədis

    19 Dekabr 2025 09:43

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Məkkə: Kəbənin yerləşdiyi müqəddəs şəhərin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    24 Noyabr 2025 20:00

    Vəhyin kainatla vəhdəti - Səsli Kitab

    17 Noyabr 2025 18:02

    İslam elminin Avropaya keçidi: gizlədilmiş həqiqətlər, tərcümələr və elmi mirasın mənimsənilməsi

    16 Noyabr 2025 18:00

    Ali İmran surəsindən qeydlər

    15 Noyabr 2025 18:07

    Məmlüklər kim idi? Tarixi güc mərkəzinə çevrilmiş hərbi zümrənin hekayəsi

    15 Noyabr 2025 07:51

    Osmanlı sultanının azərbaycanlı şəxsi həkimi

    11 Noyabr 2025 20:00

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    3 Noyabr 2025 16:38

    Əbu Muhəmməd Həsən əl-Azəri

    2 Noyabr 2025 21:00

    İslam Mətbəxi Avropanı Necə Dəyişdirdi?

    2 Noyabr 2025 19:00

    Səmimiyyət - itməkdə olan dəyər

    31 Oktyabr 2025 08:00
    Demo
    XƏBƏR LENTİ

    Azərbaycan Orta Dəhlizin əsas dayaqlarındandır - Cevdet Yılmaz

    Cevdet Yılmaz: Azərbaycan böyük siyasi çağırışlara baxmayaraq iqtisadi artımı təmin edib

    AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası təqdim olunub

    AZAL təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib - İlham Əmirov

    İki beynəlxalq reys Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib

    Qarabağ və Şərqi Zəngəzurda Türkiyə sərmayələri üçün geniş imkanlar var - Əli Əsədov

    Günəş Rəqqada və Həsəkədə doğacaq: Hələbdə mülki əhali hədəfdə

    Donald Tramp Kasım-Jomart Tokayevə hədiyyələr göndərib

    BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişi üzrə iclas keçirəcək

    Türkiyədə mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat keçirilib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.