Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Ərbakan və Ərdoğan siyasi islamçılığının fərqi

    24 İyun 2025 17:39
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Ərbakanın siyasi islamçılığı siyasi şüarlarında açıq şəkildə görünürdü. Doğrudur, parlament mübarizəsini mənimsəmişdi, lakin siyasi cinahını gizlətmirdi. Ərbakanın siyasi islamçılıq görüşləri hər nə qədər Osmanlı ənənəsinə bağlı idisə də, İxvanın ilk dalğasından və Seyyid Qutbdən təsirlənmişdi. Bu səbəbdən məzhəbüstü düşünürdü.

    Ərdoğan isə siyasi islamçılıq görüşlərində yeni bir cığır açdı. İlk mərhələlərdə daha çox İslami şüarlar səsləndirirdi və siyasi islamçı obrazı verirdi. Lakin sonradan MHP ilə birgəlik onu daha çox dövlət-millətçi bir siyasətçiyə çevirdi. Bu isə daxildə bir çox islami qruplarla məsafənin yaranması ilə nəticələndi. Bununla belə, tam da çıxdığı məhəllə ilə əlaqəsini itirməmək üçün ara-sıra İslami şüarlardan istifadə edir. Bu, praqmatik bir siyasətçi addımıdır. Məsələn, Quranın yandırılmasına şərait yaradan ölkənin NATO üzvü olmayacağını bəyan edir, lakin daha sonra buna razılıq verir. Yəni, siyasi praqmatik yanaşma duyğusal yanaşmanı üstələyir.

    Buradan hansı nəticəni çıxarmaq olar? Bunu xüsusilə dindarlar üçün yazıram: Dini siyasi partiya olmaz. Niyə? Çünki heç bir partiya İslamı təmsil edə bilməz. Bu isə sonda İslamın siyasi istismarına yol açır — xüsusilə sekulyar cəmiyyətlərdə. Müsəlmanlar insana, cəmiyyətə və ölkəsinə fayda vermək istəyirlərsə, ümumbəşəri fəaliyyətlərdə iştirak etsinlər. Dini şüarların siyasi istismarı isə sonunda dindarların öz ziyanına olur.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Türkiyə–İsrail Ehtimali Müharibə Ssenarisi: Hərbi və Hüquqi-Siyasi Çərçivələr

    11 Sentyabr 2025 13:41

    Siyasi İslamçılığın Faciəsi və Çıxış Yolu

    31 Avqust 2025 09:00

    AKP hökumətinin ideoloji dəyişiklik yolu

    30 Avqust 2025 15:23

    Azərbaycan Yaxın Şərqdə diplomatik fəallığını artırır - Azər Hüseynov

    31 İyul 2025 20:00

    İran 1979-2023-cü illərdə (ziddiyyətlər fonunda)

    23 İyul 2025 14:43

    Modern “İslamçılar” AKP və Türkiyə haqqında

    22 İyul 2025 16:03

    Azərbaycan xarici siyasətinin mərkəzi damarı təhlükəsizlikdir

    17 İyul 2025 10:50

    Azərbaycan, Suriya və İsrail: Yeni Geosiyasi Üfüqlər və Bakı Platforması

    13 İyul 2025 14:27

    Azərbaycan Kimliyinin Zəif Halqası: Din və Diasporada Milli İtki Təhlükəsi

    9 İyul 2025 15:10

    Azərbaycan və "Özünü Qoruma Refleksi": Müasir Siyasi Gərginliklər Fonunda Yanaşma

    7 İyul 2025 09:30

    Mediamız və Kripto-İslamofobiyanın Təhlükəsi

    21 İyun 2025 18:00
    Demo
    XƏBƏR LENTİ

    Zəfər xronikası. 18 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Füzulinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib (FOTO)

    Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşü olub

    Bu gün Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür

    44 günlük Vətən müharibəsinin xronikası: 18 oktyabr

    Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

    Tarixdə bu gün – 18 oktyabr

    Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb

    İspaniya cəzalandırılmalıdır - Tramp

    Rusiyada müdafiə sənayesi zavodunda partlayış olub

    Tramp keçmiş müşaviri Con Boltonun həbsi ilə bağlı qalmaqalın mərkəzində

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.