Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    İsrail ilin sonuna qədər İranla yeni müharibəyə başlayacaq - Rufiz Hafizoğlu

    25 Avqust 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    2025-ci ilin iyununda İran və İsrail arasında illərlə davam edən gərginlik açıq müharibə müstəvisinə keçib.

    AzerVoice Modern.az-a istinadən məlumat verir ki, İsrailin İrandakı hərbi və nüvə obyektlərinə hava zərbələri endirməsi regionda vəziyyəti daha da gərginləşdirib. İran cavab əməliyyatı təşkil edərək İsrailə yüzlərlə raket və dronlarla hücum edib.

    Tərəflər atəşkəsə razılaşsa da, münaqişə regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İyun döyüşləri göstərdi ki, hər iki ölkə istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Hazırda isə atəşkəs kövrəkdir və yeni eskalasiya riski real olaraq qalır.

    Siyasi şərhçi Rufiz Hafizoğlu iki ölkə arasında yenidən müharibə başlayacağını düşünür. O, Modern.az-a açıqlamasında yeni müharibənin ilin sonunadək başlayacağını və iyunda baş verən 12 günlük müharibədən daha qanlı olacağını bildirib.

    Ekspert vurğulayıb ki, yeni müharibənin olması üçün çox sayda əsaslar var:

    “İsraillə İran arasında 12 günlük müharibənin başa çatmasına baxmayaraq, mən ilin sonuna qədər yeni və daha acı nəticələrə səbəb olacaq müharibənin baş tutacağını düşünürəm. Bunun üçün çox sayda əsaslar var. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə hər zaman bildirir ki, İran xalqını azad etmək üçün sona qədər mübarizə aparacaq və bunun üçün müxtəlif vasitələr hazırlanıb. İsrailin digər rəsmilərinin İranla müharibənin qaçılmaz olduğu ilə bağlı açıqlamaları mövcuddur.

    Müharibə ən azı ona görə qaçılmazdır ki, Yaxın Şərqi qanla yenidən şəkilləndirən İsrail hökuməti üçün 100 ildə bir ələ düşən fürsət var. Bu fürsət nədən ibarətdir? 12 günlük müharibə ərzində, bəli, hər iki ölkə bir-birilərinə qarşı raket hücumları etdilər, İranın müəyyən infrastrukturu dağıdıldı, bəzi generalları məhv oldu. Amma İran islam inqilabından bu günə qədər heç vaxt indiki kimi zəifləməməşdi. Təbii ki, bu İsrail üçün önəmli fürsətdir".

    Qeyd edək ki, İsrailin hücumları nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və SEPAH komandanı Hüseyn Salami da daxil olmaqla bir neçə general, nüvə alimi öldürülüb.

    Rufiz Hafizoğlunun sözlərinə görə, İsrail hökuməti bu tarixi fürsəti heç bir halda əldən vermək istəmir:

    "Digər bir tərəfdən regionda yaranan yeni reallıq ondan ibartətdir ki, İranın Yəmən və İraq istisna əvvəlki təsir mexanizmləri qalmayıb. Fələstində vəziyyət aydındır, HƏMAS hər nə qədər sünni ideologiyasında olsa da, İrana bağlı hesab edilir və olduqca acınacaqlı vəziyyətdədir. Hizbullah seçim qarşısındadır. Təşkilat istəyir ki, silahları versin, Livan ordusuna və ölkənin siyasi həyatına inteqrasiya etsin. Geridə Yəmən qalır. Burada hələ də Husilərin mövcudluğu var. Digər təhlükəli vəziyyət İraqdadır. İraq bu gün sözün əsl mənasında İranın qalası hesab edilir. Lakin inanıram ki, bu qala içəridən dağılacaq. Yaxın aylarda ideoloji, siyasi şiə qarşıdurmasının şahidi olacaq. Mübarizə İraq şiəliyi ilə İran şiəliyi arasındadır ki, bunun üçün artıq çox ciddi fundamental işlər aparılır. Bəli, İsrail bütün bunları nəzərə alır. O, İranın zəifləməsini diqqətdən qaçırmır. İran da bunu çox yaxşı bilir. İran da bu müharibənin qaçılmaz olduğunu dərk edir. Kimin qalib gələcəyini əvvəlcədən söyləmək yanlış olardı. Amma hərbi üstünlük İsraildədir. Digər yandan gəlin etiraf edək ki, İran rejimini dağıtmaq da asan məsələ deyil”.

    R.Hafizoğlu qeyd edib ki, İran rejimini dağıtmaq üçün İsrailin müəyyən planları var:

    “Hesab edirəm ki, İsrail İran rejimini çökdürmək üçün müxtəlif vasitələrə əl atacaq. Onlardan 4-nü qeyd etmək istərdim. Əvvəla, rejimin əsas siyasi rəhbərliyi, o cümlədən Xamaneinin aradan qaldırılması hədəfə qoyulub. Yəni İsrail tərəfdən İran daxilində çevrilişin təşviqi aktiv şəkildə planlaşdırılır. Digər bir plan isə xaricdə İran rejiminə müxalif qrupların hazırlanması və onların rejimə alternativ olaraq çöküş olacağı təqdirdə ölkəyə göndərilməsi hədəfdədir. Və bir plan da azərbaycanlılar istisna olmaqla etnik azlıqların-kürdlərin,ərəblərin, bəlucların separatçı meyillərə təşviq edilməsidir. İranın da təbii ki, əks tədbirləri olacaq. Bu gün İranın qarşısında duran prioritetlərdən də bəhs etmək istərdim. Rejimin məqsədi davamlılığını qorumaq, nüvə proqramını və ballistik raket proqramını davam etdirməkdir. Dolayısı ilə müharibə qaçılmazdır. Amma hər iki tərəfin atacağı addımlar var”.

    #İsrail #İran #Benyamin Netanyahu #Rufiz Hafizoğlu #Yəmən #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #Yəməndə İranın təsiri #İranın Yəməndə hərbi dəstəyi #İsrailin İran hücumu #İsrailin İran hücum planı #İran-İsrail qarşıdurması #İranın yüksək rütbəli hərbçilərinin İsrail hücumu ilə öldürülməsi #İsrail və İran #İranla İsrail arasında növbəti müharibə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tehran danışıqların davamı üçün balanslı mövqe istəyir

    13 Fevral 2026 14:42

    Tramp və Netanyahu İran məsələsində yekun razılığa gələ bilmədi

    12 Fevral 2026 10:21

    ABŞ İranla bağlı ikinci aviadaşıyıcının Yaxın Şərqə göndərilməsini nəzərdən keçirir

    12 Fevral 2026 09:59

    Pezeşkian ABŞ-la danışıqlarda Türkiyənin roluna görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

    11 Fevral 2026 13:44

    İran rejimi və nüvə təhlükəsi: regional gərginlikdə yeni mərhələ

    11 Fevral 2026 12:59

    Netanyahu Vaşinqtona yollanır - İsrail ABŞ-dan İranla daha geniş razılaşma tələb edir

    10 Fevral 2026 11:15

    İran ABŞ-la nüvə danışıqları barədə region ölkələrini məlumatlandırıb

    10 Fevral 2026 10:11

    İran ali liderinin müşaviri Əli Laricani Omana rəsmi səfər edəcək

    9 Fevral 2026 14:10

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İran raket proqramı üzrə danışıqlara getməyəcək - Əraqçi

    7 Fevral 2026 14:51

    İran ABŞ-la Maskat müzakirələrini dəyərləndirdi, Vaşinqton yeni sanksiyalar elan etdi

    6 Fevral 2026 21:36

    İran ABŞ-la Maskat dialoqunu müsbət qiymətləndirib

    6 Fevral 2026 20:12
    XƏBƏR LENTİ

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Prezident İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibə verib

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.