Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Vatikanda Dairəvi Masalar və Dəyişən Dünya Düzəni: Tramp, Zelenski və Arxa Plan Mesajları

    28 Aprel 2025 11:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

    Son günlərdə Vatikan divarları arasında baş verən bir səhnə dünya siyasətinin arxa planındakı dərin mesajları oxumağı bacaranlar üçün kifayət qədər aydın idi. ABŞ-ın keçmiş prezidenti Donald Tramp ilə Ukrayna prezidenti Vladimir Zelenskinin bərabər səviyyədə, eyni dairəvi masada üzbəüz əyləşdirilməsi təsadüfi deyildi. Bu, sadəcə diplomatik etiketin bir tələbi deyildi. Bu, bir rəmz idi: "Oyunun qaydalarını biz yazırıq, səhnəni də biz qururuq."

    Dairəvi salon seçimi təsadüfi deyildi. Dairə – başlanğıcı və sonu olmayan bir formadır. Bir mərkəzdən idarə olunan, kənardan baxıldığında sonsuz görünən bir düzəni simvollaşdırır. Sanki bir mesaj verilirdi: "Siz bu dairənin içindəsiniz, çıxış yoxdur. Oturacağın səviyyəsini, qarşılaşmanın şəraitini də biz müəyyən edirik. Kim olduğun fərq etməz – super güc rəhbəri ya da yeni dünya siyasətinin piyada fiquru."

    Bu "biz" kimdir? Burada artıq dünya dövlətlərindən deyil, dövlətləri dizayn edən güclərdən danışmaq lazımdır: transmilli maliyyə qrupları, dövlət üstü ailələr, əsrlərdir formalaşan maliyyə imperiyaları. Sözün əsl mənasında, planetin iqtisadi və siyasi düzənini arxa planda idarə edənlər.

    ABŞ-ın Geriyə Çəkilişi: 1913-ə Qayıdış

    Diqqətlə baxıldıqda, ABŞ artıq öz əvvəlki "dünya polisi" missiyasından yorulduğunu nümayiş etdirir. Super güc öz qitəsinə çəkilməyə başlayır. Bu proses təkcə daxili sosial-ictimai təzyiqlərin, iqtisadi problemlərin nəticəsi deyil. Eyni zamanda böyük strateji bir layihənin hissəsidir: ABŞ-ı 1913-cü il öncəsi durumuna – yəni regional bir güc statusuna geri qaytarmaq.

    Transmilli kapital artıq başqa bir mərkəzə – Çinə doğru axır. Bu isə sadəcə iqtisadi dinamikanın dəyişməsi deyil. Bu, dünyanın siyasi xəritəsinin də dəyişəcəyinin ilk işartısıdır. Əgər kapital axını bir yerdən çıxıb başqa yerə yönəlirsə, siyasi güc də onun arxasınca gedəcək.

    Yaxın Şərqdə Yeni Qərarlar: Çin və London Oyunu

    Bu dəyişikliklər ən kəskin şəkildə Yaxın Şərqdə hiss ediləcək. ABŞ-ın İsrail ilə müttəfiqliyi Yaxın Şərqdə ciddi tarazlığı pozmuşdu. Əgər London istəməsəydi, ərəb monarxiyaları – Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ kimi dövlətlər – artıq tarix kitablarının səhifələrinə qarışardı. Çünki ABŞ-ın strategiyası bölgədə başqa dizayn qurmaq idi.

    Ancaq London fərqli düşündü. O, ərəb monarxiyalarını yaşatmaqla bölgədə öz maraqlarını qorudu. Nəticə? London layihəsinə dirənənlər, məsələn İraq, Suriya, Liviya – cümhuriyyətlər – tamamilə çökdü. Misir isə ABŞ ilə yaxın münasibətləri sayəsində bir növ sağ qala bildi, lakin tam müstəqil deyil.

    İndi isə Çin səhnəyə çıxır. Çin təkcə iqtisadi güc deyil, həm də yeni bir beynəlxalq düzən layihəsidir. Və diqqət edin: Çinlə yaxın münasibət quran ölkələrin əksəriyyəti müsəlman ölkələrdir – İran, Pakistan, Əlcəzair, İndoneziya və digərləri. Bu, yeni bir güc xəttinin, yeni bir "Şərq Bloku"nun formalaşmasının əlamətidir.

    Bu gedişat Azərbaycan kimi ölkələr üçün də, bizim üçün də imkanlar yaradır.

    Nəticə: Dairə Hələ Bağlanmayıb

    Vatikandakı dairəvi düzən sadəcə bir görüntü deyildi. O, qlobal siyasətin metaforası idi. Oyunun yeni qaydaları yazılır, yeni güc mərkəzləri formalaşır. ABŞ əvvəlki hegemon rolundan imtina etməyə məcbur edilir. Çin və London birgə yeni bir düzən dizayn edir. Yaxın Şərq yenidən şəkilləndirilir. Müsəlman ölkələri isə bu dəfə oyunun kənarında deyil, içində olmağa namizəddirlər.

    Sonda isə hər kəs bilməlidir: dünya siyasətində təsadüflər olmur. Dairənin içində olanlar ya oyunçu olacaqlar, ya da oyunun obyekti.

    #Azər Hüseynov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

    22 Yanvar 2026 13:51

    Eşq

    19 Yanvar 2026 11:48

    Mədəniyyət, ey müsəlmanlar

    17 Yanvar 2026 09:00

    Gecə İnsan Danışır. Psixo-dini düşüncələr

    16 Yanvar 2026 12:40

    İslam fikri və mədrəsəsi: ziddiyyət və razılıq tarixi

    15 Yanvar 2026 16:12

    Müharibə harada olur olsun dəhşət və qırğındır

    14 Yanvar 2026 10:01

    Öncəliklər fiqhi

    1 Dekabr 2025 16:47

    Quran ilə tanışlıq

    24 Noyabr 2025 14:41

    Xülasə etmək

    21 Noyabr 2025 21:38

    Salam alma mədəniyyəti və "almama" xüsusiyyəti

    19 Noyabr 2025 16:15

    Qəbirlər

    18 Noyabr 2025 16:15

    Fərqliliklər

    17 Noyabr 2025 16:01
    Demo
    XƏBƏR LENTİ

    İsrail Suriyadakı proseslərlə bağlı mövqeyini açıqlayıb: “Amerikalı dostlarımızı dinləyirik”

    Bu gün Madlen Olbrayt ABŞ-ın ilk qadın dövlət katibi oldu

    Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib

    Kuşner “Yeni Qəzza” planını Sülh Şurasına təqdim edib

    Tarixdə bu gün - 23 yanvar

    “Hind Rəcəbin səsi” filmi Oskar yarışına qoşulub

    Türkiyə və ABŞ Baş Qərargah rəisləri arasında görüş keçirilib

    Ukrayna müharibəsi başa çatmalıdır - Tramp

    Suriya rəsmisi YPG/SDQ-nin İŞİD məhbuslarını azad etməsi barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyevin sosial media səhifələrində "Sülh Şurası Nizamnaməsi"nin imzalanması mərasimində iştirakının və ABŞ Prezidenti ilə görüşünün görüntüləri dərc olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.