Əsas səhifə » Zərif seçkilərdə Pezeşkiyan kampaniyasına qoşuldu

Zərif seçkilərdə Pezeşkiyan kampaniyasına qoşuldu

Bakı,VOA

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif “milli maraqlar”, “iqtisadi inkişaf” və dünya ilə “konstruktiv qarşılıqlı əlaqə”yə əsaslanan, eyni zamanda hərbi potensialı və daxili imkanları gücləndirən xarici siyasət baxışını irəli sürən namizəd Məsud Pezeşkianın kampaniyasına rəsmən qoşulub.

Bu addım islahatçı namizədin dövlət televiziyasında 4 saat davam edən ilk debatında, 6 prezidentliyə namizəd arasında İrandakı iqtisadi problemləri müzakirə etdikləri, prezident seçkilərinə hazırlıq zamanı atılılb.

Namizədlərin hamısı sanksiyaların götürülməsinə və islahatların aparılmasına çalışacaqlarına söz veriblər, lakin onların heç biri konkret təfərrüatları açıqlamayıb.Namizədlər korrupsiya ilə mübarizə yollarından əlavə, İranda inflyasiya, büdcə kəsiri və mənzil problemini də müzakirə ediblər.

Altı namizəd Amerika və Qərbin sanksiyaları səbəbindən pisləşən İran iqtisadiyyatının yaxşılaşdırılmasına yönəlmiş təklif və planları müzakirə ediblər. Onların hamısı sanksiyaların götürülməsinə və islahatların aparılmasına çalışacaqlarını vəd etsə də, heç biri konkret təfərrüatları açıqlamayıb. Həmçinin inflyasiya, büdcə kəsiri, mənzil problemi, korrupsiya ilə mübarizə yolları müzakirə olunub.

Seçkilər İranın sürətləndirdiyi nüvə proqramı, Rusiyanın Ukraynaya qarşı müharibəsində dəstəyi, daxili narazılığı boğması və bütün Yaxın Şərqdə “proxy” qrupları dəstəkləməsi ilə bağlı İranla Qərb arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

Mühafizəkar namizədlər iqtisadiyyatın canlanmasında xarici siyasətin rolunu vurğulasalar da, Həsən Ruhaninin administrasiyasının siyasətini günahlandırdılar və pisləşən “nüvə sazişini” müzakirə etməkdən yayındılar. İslahatçı namizəd Məsud Pezeşkian sanksiyaların “fəlakət” olduğunu deyib.

O, 5 dəfə parlamentdə təmsil olunub və keçmiş prezident Məhəmməd Hatəminin dövründən islahatçı hərəkatın bir çox partiyalarından dəstək alıb, lakin televiziya debatlarında ilk çıxışı islahatçıların narahatlığını artırıb.

Pezeşkian dövlət televiziyasında canlı yayımlanan “Söhbət masası” proqramında iştirak edərkən mövqeyini dəyişdirməyə çalışdı və diqqətini xarici siyasət planlarını müzakirə etməyə yönəltdi və keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif Pezeşkianın yanında yer aldı.

Zərif “Danışıq masası” proqramında mühafizəkar namizədləri dəstəkləyən ekspertlərin suallarına verdiyi cavablarda keçmiş prezident Həsən Ruhaninin dövründə xarici siyasəti, xüsusən də nüvə sazişinin bağlanmasını qətiyyətlə müdafiə edib.

Zərif Ruhani administrasiyasının son aylarında ABŞ prezidenti Co Bayden administrasiyası ilə aparılan nüvə danışıqlarına toxunub.

Zərif nüvə sazişinin bağlanmasından sonra İrana qarşı sanksiyaların 800-dən 1500-ə yüksəldilməsi ilə bağlı mühafizəkar namizədlərin dediklərinə toxunaraq, “Sanksiyalar sayla sayılmaz. Cəzaları rəqəmlə saymaq insanları çaşdırmaq deməkdir”-deyib.

Digər Kateqoriyalar

2025 © Azervoice