Bakı,VOA
İsrail ordusu oktyabrın 8-də başlayan müharibənin üçüncü həftəsindən etibarən Hizbullaha qarşı “təhlükəsizlik müharibəsi” strategiyasını həyata keçirir və bu müddət ərzindəə hava zərbələri ilə 10-a yaxın liderə sui-qəsd edə bilib.
“Hizbullah”ı “şəhid lider” adlandırdığı birinci dərəcəli lider Vissam Əl-Tavil və Talib Abdullahdır.
İsrail ordusu çərşənbə günü Talib Abdullanı və başqa 3 döyüşçünü öldürdüyünü təsdiqləyib. Talib Abdullahın 55 yaşı var idi və “Müqavimətə Sadiqlik” blokunun üzvü, millət vəkili Həsən Fədlallah onu “heç vaxt arxa sıralarda olmayan cəsur ürəkli” kimi xarakterizə edib. O, "iyul müharibəsi zamanı Bint Jbeil briqadasının komandiri" olub.
Amerika Birləşmiş Ştatlarının İsrailə Livanın cənubunda genişmiqyaslı hərbi əməliyyat keçirməsinin qarşısını almaq üçün təzyiq göstərdikdən sonra İsrail Hizbullah liderlkərinə qarşı qarşı sui-qəsd siyasəti həyata keçirməyə başladı. Maraqlısı odur ki , İsrail rəsmiləri də bunu gizlətmirlər.
İsrail KİV-in xəbərinə görə, Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq üçün hələ qərar verilməyib və buna görə də liderlərinə sui-qəsd qərarı verilib.
Kollektiv Qərbin və ABŞ-ın təzyiqi nəticəsində İsrail Livana müdaxilə etmədi ,lakin Hizbullah rəsmiləriə qarşı əməliyyat çekirməyə də mane olmadı.
İsrail Hizbullah liderlərini məhv etmək üçün əsasən hava qüvvələrinə arxalanır və onları İsraillə cənub sərhədindən 10 kilometrdən 30 kilometrədək olan ərazilərdə vururdu.
Qətllərin dinamikasını izlədikdə, gprmək olar kı İsrail ordusu üçün bu bir o qədər də çətin olmayıb. Digər bir tərəfdən öldürülən Hizbullah liderləri “ön cəbhədə olan” səhra konadirləridir.
İsrail öldürülən Hizbullah liderlərinin əksəriyyəti haqqında nəhəng bir məlumat bankına malikdir və onların hərəkət trayetkroiyasını yüksək texnoloji imkanlara malik Tel-Əvivin “2006-cı ildən bu yana rabitə siqnallarını izləyərək toplayıb. Bu texnoilogiya tam 17 il ərzində İsrialə hədəf siyahısında olan liderlərin evləri, onların avtomobilləri və ünsiyyət qurduqları insanlar haqqında məlumat toplamaq imkanı verib. İsrail “məlumatı çeşidləmək və təsnif etmək üçün yüksək texnologiyalı casusluq və süni intellekt vasitələrindən istifadə edir və buna görə də hər hansı elementin ifşası onun ünsiyyətdə olduğu qrupun təqib edilməsinə və öldürülməsi elə də çətin deyil.
