Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Hizbullahın hansı silahları var?

    7 İyun 2024 08:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice

    Livanda “Dövlət içində Dövlət” hesab edilən Hizbullah qruplaşması Hizbullah dünyanın ən ağır silahlı qeyri-dövlət qruplarından biridir. Bu qruplaşma Yaxın Şərqdə İran tərəfindən dəstəklənir.  İran bu  qruplaşmanı İslam Müqavimət qruplaşması kimi göstərməyə çalışsa da, Hizbullahın Suriyada minlərlə dinc insanın öldürməsi haqda yetərincə dəlillər var.

    Bəziləri hesab edir ki , Qəzza zolağında müharibə ilə başlayan səkkiz aydan artıq davam edən münaqişə zamanı Hizbullah əlində olan bütün silahları “nümayiş” etdirə bildi, lakin bəzilə isə bunu inkar edərək Hizbullahın heç də əldə olan bütün silahları “nümayiş” etdirmədiyini düşünür.

    Hizbullahın hərbi qüdrətini dəstəkləyən böyük raket arsenalı var. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) dünya ölkələri haqqında məlumat toplayan “The World Factbook” məlumatlarına görə, Hizbullahın müxtəlif model və diapazonlu 150 minə yaxın raket və raket başlığına sahib olduğu təxmin edilir.

    Hizbullah deyir ki, onun İsrailin bütün ərazilərini vura biləcək raketləri var. Bu raketlərin əksəriyyəti idarə olunmayan olsa da, Hizbullahın tank əleyhinə, təyyarə və gəmi əleyhinə raketləri, həmçinin dəqiq raketləri və pilotsuz uçuş aparatları (PUA) var.

    İran Hizbullahın əsas dəstəkçisi və silah tədarükçüsüdür. Ekspertlər İranın İraq və Suriya vasitəsilə Hizbullaha silah göndərdiyini hesab edirlər, Hizbullah əsasən İran, Rusiya və Çin istehsalı olan silahlara malikdir.

    Hizbullahın baş katibi Həsən Nəsrullah 2021-ci ildə qruplaşmanın 100 min üzvü olduğunu açıqlayıb. CIA World Factbook-a görə, 2022-ci il üçün hesablamalar Hizbullah üzvlərinin sayının 45 min nəfər olduğunu göstərir ki, onlardan təxminən 20 mini müntəzəm, 25 mini isə ehtiyatdadır.

    Hizbullah 2006-cı ildə İsraillə müharibədə idarə olunan tank əleyhinə raketlərdən geniş istifadə edib. O, həmçinin son münaqişələrdə idarə olunan raketlərdən istifadə edərək, İsrailin sərhəddəki mövqelərini bombalayıb. Hizbullahın tank əleyhinə raketləri arasında Rusiya istehsalı olan Kornetlər də var.

    İrana yaxınlığı ilə tanınan “Al Mayadeen” telekanalının xəbərinə görə, Hizbullah son qarşıdurmalar zamanı ilk dəfə İran istehsalı olan “Elmas” adlı idarə olunan tank əleyhinə raketdən istifadə edib.

    İsrailin ALMA Tədqiqat və Tədris Mərkəzinin aprel ayında dərc etdiyi hesabatda “Almaz” raketi, görmə nöqtəsindən kənarda olan hədəfləri vura bilən, trayektoriyasını dəyişən və şaquli hücum edə bilən tank əleyhinə raket kimi təsvir edilib.

    Hesabatda Elmas raketinin İranın İsrailin “Spike” model raket ailəsinə əsaslanaraq tərs mühəndislik üsulu ilə istehsal etdiyi raket ailəsinin bir hissəsi olduğu və bunun Hizbullahın əlində İran müdafiə sənayesi tərəfindən istehsal edilən “ən əhəmiyyətli silah” olduğu ifadə edildi.

    Keçən oktyabrın 29-da Hizbullah tərəfindən edilən açıqlamada İsrailə məxsus PUA-nın Livanın cənubunda yer-hava raketi ilə vurulduğu bildirilmişdi. Hizbullah uzun müddətdir arsenalında olduğu düşünülən bu tip silahdan ilk dəfə istifadə etdiyini açıqlayıb.
    O vaxtdan bəri Hizbullah İsrail təyyarələrini, o cümlədən Hermes 450 və Hermes 900 model PUA-ları yer-hava raketləri ilə dəfələrlə hədəfə alıb.

    Hizbullah son münaqişələr zamanı bir neçə dəfə İsrailə partlayıcı yüklü pilotsuz təyyarələr göndərib.

    Hizbullah PUA-lardan bəzən daha mürəkkəb hücumlarda, bəzən İsrailin hava hücumundan müdafiə sistemini vurmaq üçün, bəzən də hədəflərini birbaşa vurmaq üçün istifadə edirdi.

    Hizbullah bu yaxınlarda hədəflərinə uçmaq əvəzinə Livana geri dönən və bomba atan PUA-larla hücumlar həyata keçirdiyini açıqlasa da, PUA-ların nə daşıdığını açıqlamayıb.Hizbullah da Livanda yığılan Eyüp və Mersad model PUA-larının olduğunu bildirir. Mütəxəssislərin fikrincə, sözügedən PUA-lar olduqca uzuc başa gəlir və təçkilatın arsenalında bu PUA-lardan çoxdur.

    Hizbullahın 2006-cı ildə İsraillə apardığı son müharibədə onun raket arsenalının əksəriyyəti idarə olunmayan raketlərdən ibarət idi. Hizbullah 2006-cı il müharibəsində İsrailə təxminən 4000 raket atdı ki, bunların əksəriyyəti Rusiya istehsalı olan 30 kilometr mənzilli Katyuşa raketləri idi.

    Hizbullahın baş katibi Nəsrullah bildirib ki, 2006-cı ildən bəri Hizbullahın arsenalında ən böyük dəyişiklik dəqiq idarə olunan raket sistemlərinin genişləndirilməsidir.

    Nəsrullah Hizbullahın minlərlə raketi 2022-ci ilə qədər onları dəqiq raketlərə çevirəcək istiqamətləndirmə sistemləri ilə təchiz etmək imkanlarına malik olduğunu açıqlayıb.

    “Hizbullah”ın İran istehsalı olan “Raad”, “Fəcr” və “Zilzal” kimi raketləri də “Katyuşa” raketlərindən daha güclü və uzun məsafəli raketlərə malikdir.

    Ötən ilin oktyabr ayından Qəzzada davam edən müharibə zamanı Hizbullah İsrailə çoxsaylı raket hücumları həyata keçirib, o cümlədən 300-500 kiloqram partlayıcı yüklü Katyuşa və Burkan model raketləri.
    2016-cı ildə Nəsrullah Hizbullahın İsrailin şimalındakı Hayfa liman şəhərində ammonyak konteynerlərini vuracağı ilə hədələmişdi. Belə bir hücumun nəticəsinin nüvə bombası effekti verəcəyini  təsəvvür etmək çətin deyil.
    Hizbullah gəmi əleyhinə raketlərə malik olduğunu ilk dəfə 2006-cı ildə sahildən 16 kilometr aralıda İsrail hərbi gəmisini vuraraq, dörd israillini öldürərək gəmiyə ziyan vuranda sübut edib.
    Hizbullah 2006-cı ildə istifadə edilənlərdən daha çox gəmi əleyhinə raketlərə malik olduğunu göstərən videolar da yayımlayıb.

    Hizbullahın hansı silahları var?
    #Hizbullah
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahunun yeni müharibə strategiyası bölgəni necə dəyişəcək?

    25 Noyabr 2025 09:00

    İsrail Beyrutda Hizbullahın qərargah rəisini hədəf alıb

    23 Noyabr 2025 20:04

    Livana edilən hava zərbəsində 13 HƏMAS üzvü öldürülüb - İsrail ordusu

    21 Noyabr 2025 21:28

    Hizbullah zəiflədikcə Səudiyyə–Livan yaxınlaşması güclənir

    14 Noyabr 2025 12:45

    Makron yaman narahatdır - Livana görə

    13 Noyabr 2025 15:00

    İsrailin hücumları və ABŞ-ın təzyiqi davam etdikcə, Livanda sabitlik olmayacaq - Hizbullah

    11 Noyabr 2025 20:57

    ABŞ İranın Hizbullaha maliyyə axınını kəsməyə hazırlaşır

    10 Noyabr 2025 21:02

    Livanda İranın Hizbullaha maliyyəsini kəsmək üçün tarixi imkan yaranıb – ABŞ rəsmisi

    9 Noyabr 2025 18:28

    Hizbullah İsraillə yeni müharibəyə girə bilərmi?

    8 Noyabr 2025 07:11

    Livanın İsraillə danışıqlardan başqa yolu yoxdur - Aun

    3 Noyabr 2025 23:17

    Livanda itirilən fürsət - müharibə qapıdadır

    2 Noyabr 2025 15:00

    İran, İsrailə qarşı Türkiyə–Səudiyyə–İran ittifaqı yaratmağa çalışır

    31 Oktyabr 2025 21:45
    Demo
    XƏBƏR LENTİ

    Bayramlarla əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq

    Retro vaqonlar yenidən İçərişəhərdə nümayiş etdiriləcək

    Mədəniyyət xadimlərinə dövlət təltifləri təqdim olunub

    Mədəniyyət naziri Adil Kərimli akademik Nailə Vəlixanlını yubileyi münasibətilə ziyarət edib

    Yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib

    Ermənistan vətəndaşlarının məhkəməsində məhkəmə baxışı başa çatıb

    Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ANİMAFİLM Studi-onun qonağı olub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva uşaqlar üçün təşkil olunan bayram şənliyində iştirak ediblər

    Üçtərəfli Komissiya növbəti iclasını keçirib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.