Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    40 min ölü - Qəzzada atəşkəs zamanı

    2 May 2024 08:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    UNICEF/UNI448902/Mohammad Ajjour
    7 yaşlı Amal qonşu evlər yerə yıxıldıqdan sonra öz məhəlləsini düşünür. Onun gördüyü dağıntıları heç bir söz təsvir edə bilməz.

    Bakı,AzerVoice

    ABŞ dövlət katibi Antoni Blinken İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının əldə olunması üçün İsrail liderləri ilə görüşüb və bildirib ki, girovları azad edəcək və Qəzzada təxminən 7 ay davam edən müharibəyə fasilə verəcək razılaşmanın  tam "vaxtıdır" .

    AzerVoice xəbər verir ki, Blinken oktyabr ayında başlayan müharibədən sonra bölgəyə yeddinci səfərini edir və məqsədi İsrail və HƏMAS arasında 1,4 milyon fələstinlinin sığındığı Qəzzanın cənubundakı Rəfah şəhərinə İsrailin müdaxiləsinin qarşısını ala biləcək çətin razılaşmanı təmin etməkdir.

    Danışıqların hazırkı raundu ciddi görünür, lakin tərəflər arasında sülh məsələsində ciddi fikir ayrılığıl var.

    İlkin, qısamüddətli atəşkəs və girovların qismən azad edilməsinə razılıq verməzdən əvvəl HƏMAS bütün girovların azad edilməsinin İsrailin hücumunun dayandırılmasını və Qəzzadan tam çıxarılmasına dair təminat istəyir. 

    İsrail isə qıssa müddətli fasilə tələb edir və bildiri ki, yenidən müharibəyə başlayacaq və HƏMAS-I məhv edəcək.İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü Blinkenlə danışıqlarda Rəfaha hücum etmək əzmini təkrarlayıb.

    Blinken HƏMAS-a təzyiq göstərərək, razılaşmanın əldə olunmadığı  təqdirdə bunu  məsuliyyətinin HƏMAS-da olacağını söyləyib. HƏMAS verdiyi açıqlamada, ehtimal ki, cümə axşamı son təklifə cavab verəcəyini bildirib.

    Blinken Təl-Əvivdə keçirilən deyib ki, “Biz girovları evlərinə qaytaracaq atəşkəs əldə etmək əzmindəyik və buna yeganə əngəl HƏMAS-dır”.

    Blinken bildirib ki, bu razılaşma həm də müharibənin humanitar böhrana səbəb olduğu və ərazi əhalisinin çox hissəsini köçkün vəziyyətinə saldığı Qəzzaya çox ehtiyac duyulan qida, dərman və suyun daxil olmasına imkan verəcək.

    Görülən odur ki, hər nə qədər Bliken HƏMAS-ı sülh istəməmkdə günahlandırsa da , sülhə əngəl İsrailin aşırı radikal hakimiyyətidir.

    Çərşənbə günü Netanyahunun ofisi bildirib ki, "Rəfəhdəki əməliyyat heç nədən asılı deyil. Rəfaha hücüm ediləcək.”

    Buna baxmayaraq, rəsmi Vaşinqton deyir ki, o, böyük bir hücuma qarşıdır, lakin İsrail hücum edərsə, ilk növbədə mülki insanları təxliyə etməlidir.

    Rəfahda, İsrailin potensial işğalından qorxan fələstinlilər, aylarla bildirilən yaxın sövdələşmələrdən sonra bu dəfə atəşkəsin əldə ediləcəyinə ümid edirdilər.
    Yüz minlərlə insan Rəfah ətrafında bir vaxtlar boş olan əraziləri dolduran geniş çadır düşərgələrində yaşayır.

    Yerli səhiyyə rəsmilərinin bildirdiyinə görə, Qəzzadakı müharibə 34 mindən çox fələstinlinin ölümünə səbəb olub. Müharibə Qəzzanın 2,3 milyonluq əhalisinin təxminən 80%-ni evlərindən didərgin salıb, bir sıra qəsəbə və şəhərlərdə böyük dağıntılara səbəb olub və Qəzzanın şimalını aclıq həddinə çatdırıb.

    40 min ölü - Qəzzada atəşkəs zamanı
    #Qəzza
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail ordusu Qəzzada atəşkəs rejimini növbəti dəfə pozub

    14 Fevral 2026 12:38

    Fələstin xalqının məhvinə son qoyulmalıdır - Aİ

    14 Fevral 2026 12:00

    İsrailin Qərb Sahilində addımları beynəlxalq hüquqa ziddir - BMT

    11 Fevral 2026 12:46

    İndoneziya Qəzzaya ordu göndərir: 8 minədək hərbçi hazırlıqlara başlayıb

    10 Fevral 2026 14:37

    Qəzzada atəşkəs dövründə 573 nəfər həlak olub

    10 Fevral 2026 14:23

    İordan çayının qərb sahilində iqtisadi çöküş: 100 min fələstinli işsiz və ac qalıb

    10 Fevral 2026 10:17

    Türkiyə və müttəfiqlərindən ortaq bəyanat: İsrailin qanunsuz qərarları beynəlxalq hüquqa ziddir

    9 Fevral 2026 15:31

    İsrail atəşkəs dövründə Qəzzada 1500-dən çox hücum həyata keçirib

    9 Fevral 2026 13:22

    Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

    7 Fevral 2026 17:36

    İlin əvvəlindən bəri Qəzzada 37 fələstinli uşaq həyatını itirib - UNICEF

    7 Fevral 2026 13:12

    İsrail ordusu atəşkəsə baxmayaraq Qəzza zolağında hücumlarını davam etdirir

    7 Fevral 2026 11:57

    Rəfah keçid məntəqəsində məhdudiyyət: 4 gündə yalnız 21 nəfər Qəzzaya qayıda bildi

    6 Fevral 2026 14:42
    XƏBƏR LENTİ

    Misirdən Türkiyəyə 1 milyondan çox ton yük daşınıb (ÖZƏL)

    FHN-də WUF13-lə bağlı hazırlıq toplantısı keçirildi

    İslamda ruhun mahiyyəti: Quran və hədislər işığında sirlər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniyaya səfərindən görüntülər paylaşılıb

    Prezident İlham Əliyev: Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya ilə münasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur

    Prezident İlham Əliyev Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

    Türkiyənin Kocaeli limanında gəmi hərəkəti artıb (ÖZƏL)

    AFAD 30-dan çox generator satın alacaq

    Türkiyədən Qırğızıstana xalça ixracı 23 faiz artıb (ÖZƏL)

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.