Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Ən səmimi sionist və müsəlman qəfləti

    5 Fevral 2025 22:24
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ prezidenti Donald Trampın Qəzza zolağının sakinlərini Misirə və İordaniyaya köçürmək təklifi, bəlkə də dünyada ən çox müzakirə olunan mövzulardan biridir. Trampın açıqlamaları hər nədər qulağa xoş səslənsə də, olduqca ziddiyət təşkil etməkdədir. Tramp gah Qəzza əhalinsinin burdan çıxarılması təklifi ilə gah da Qəzzanı “Cənnətə” döndərəcəyini deyir. Əslində, Trampın mövqeyini birdən dəyişməsi təzə bir hal deyil.

    Bu, onun idarəetmə və düşüncə tərzini əks etdirir. Bir tərəfdən, o,"şirkət sahibi"dir və onun sahəsi maliyyə qazancı və ticarət müqavilələridir, digər tərəfdən isə, İsrailin ultra-sağ partiyalarını və onları dəstəkləyən ABŞ-ın evangelistlərini razı salmağa çalışır.

    Lakin həqiqət budur ki, Tramp, Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra İsraildəki ultra-sağ partiyalar və onların ABŞ-dakı lobbiləri tərəfindən sərt tənqidlərə məruz qaldı. Onlar onu Qəzza zolağında atəşkəsi dayandırmaq üçün İsraili ədalətsiz şəkildə təzyiq etməkdə ittiham etdilər. Buna görə də, Tramp dostlarının şokunu azaltmaq üçün, İsrailə satılması bomba satışına olan qadağanı ləğv etdi və İordan çayının qərb sahilində fələstinlilərə təzyiq göstərən radikal yəhudilərə qarşı tətbiq
    edilən sanskiyaları ortadan qaldırdı.

    Sonra isə, Qəzza və Qərb sahilindəki fələstinlilərin Misirə və İordaniyaya köçürülməsini təklif etdi. Fələstinliləri köçürmək və ya öz torpaqlarından qovmaq təklifi, əslində, sionist hərəkatı və ekstremist yəhudilər tərəfindən İsrailin yaranmasından bəri bəzən gündəmə gələn bir fikirdir. Hər iki tərəf, heç vaxt fələstinlilərin "transferi"ni tələb etməyi dayandırmamışdır, bununla da İsrailin yəhudi dövlətinin şəxsiyyətini heç bir digər, yəni fələstinli (müsəlman və xristian) tərəfdaş olmadan qurmağa çalışırlar. Buna görə də, 2018-ci ildə İsrailin yəhudi dövlət olaraq elan edilməsini bu transferin reallaşması üçün başlanğıc addımı olaraq görürlər və Trampın təklifi bunu həyata keçirmək üçün ilk addım olaraq qəbul edirlər.

    Çox zaman deyilir ki, İsrail dünyada yeganə dövlətdir ki, sərhədlərinin harada başladığını və harada bitdiyini, nəyə görə əhatə olunduğunu açıqlamır, həmçinin 1948-ci ildə işğal etdiyi torpaqlardan daha geniş ərazilərə sahibdir. Qəzza, Qərb sahili və Qüds, onun müqəddəs “tarixi torpaqlarının” bir hissəsi hesab edilir. Bu sözləri hal-hazırda İsrailin ultra-sağçıları qəbul edir və genişləndirir, onlara görə bu, yalnız bütün fələstinlilərin köçürülməsi, geri qayıtma hüququnun ləğv edilməsi və iki dövlətli həllin sona çatdırılması ilə reallaşacaqdır. Buna görə də, Trampın təklifini tarixi hüququ rəsmi bir layihəyə çevirmək kimi qəbul olunur.

    Bu kontekstdən aydın olur ki, İsrailin 15 ay ərzində Qəzza zolağında apardığı vəhşi müharibənin məqsədi yalnız "HƏMAS" hərəkatını məhv etmək və onun rəhbərlərini öldürmək deyil, həm də fələstinliləri köklərindən qoparıb zolaqdan kənara atmaqdır. Bu, ona iki yükdən qurtulmağa kömək edər: coğrafi baxımdan Qəzza zolağını tarixən İsrailin bir hissəsi etmək və demoqrafik baxımdan isə yəhudi varlığını təhdid edən 2 milyon fələstinlidən xilas olmaq.

    Qəzza sakinləri bu plandan xəbərdar idilər və buna görə çoxu zolağın şimal hissəsini tərk etmədi, israillilərin təxliyə əmrlərinə qarşı çıxdılar və soyqırımı və dağıntı müharibəsinə qarşı müqavimət göstərərək möcüzəvi dözüm və səbir nümayiş etdirdilər. Hətta cənuba köçənlərin çoxu belə, müvəqqəti olsa da Misirə sığınmağa razı olmadılar, çünki onlara israilli plan aydın oldu.

    Bundan əlavə, Misir və İordaniya mövqelərini bildirdilər və fələstinlilərin köçürülməsinə qarşı çıxdılar, bu da israilli köçürmə planının qarşısını almağa kömək etdi. Lakin görünür ki, Tramp və İsrail, Qəzza zolağında atəşkəsin uğurlu olmasından sonra humanitar yardımları bir silah kimi istifadə etməyi və dağıntı fəlakətindən faydalanmağı qərara alıblar. Bəlkə də onlar bərpa prosesini əngəlləməyə çalışacaqlar, yəni soyqırım müharibəsini köçürmə müharibəsi ilə əvəzləyərək, Qəzzalılar üzərində yeni bir reallıq tətbiq etməyə çalışacaqlar. Bu, 7 oktyabr 2023-dən bəri tətbiq olunan kollektiv cəza ilə əlaqəli olaraq, insanların həyatını çətinləşdirəcək, bəlkə də zorla Trampın təklifini həyata keçirməyə yol açacaq.

    Trampın təklifini maneə törətmək üçün yalnız fələstinlilərin dözümü və müqaviməti, həm də bu təklifi əvvəldən rədd edən ərəb ölkələrinin mövqeyinə güvənmək qalır.

    Amma sual budur:

    Dünya ümumiyyətlə və ABŞ administrasiyası xüsusilə, fələstinli humanitar böhranın dərininə, səbəblərinə və köklərinə ədalətli birnəzərlə baxmaq üçün nəyi gözləyir?
    Onlar nə vaxt ciddi şəkildə işğalı sona çatdırmaq və Fələstin dövlətini qurmağa çalışacaqlar? Çünki ən azı 6 milyon fələstinlini öçürmək, onları öz torpaqlarından qovmaq və qonşu ölkələrə yaymaq layihəsi sülh və sabitlik üçün bütün imkanları məhv edəcək və bölgəni tamamilə partlada biləcək bir barıt çəlləyinə bənzəyəcəkdir.

    #Təhlil
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    14 Noyabr 2025 15:00

    İsrail ordusu Hizbullaha qarşı qabaqlayıcı zərbə strategiyasını işə salır

    14 Noyabr 2025 00:24

    Suriya terrorla mübarizə koalisiyasına rəsmi olaraq qatıldı

    13 Noyabr 2025 22:00

    Məhəmməd bin Salmanın Vaşinqton səfəri regional münasibətlər üçün yeni imkan yaradır

    10 Noyabr 2025 12:00

    Səudiyyə, Qətər və BƏƏ regionun yeni mərkəzinə çevrilir

    7 Noyabr 2025 10:03

    İraqlılar Rusiya ordusuna necə cəlb olunur?

    6 Noyabr 2025 20:17

    İsrail hücumlarından ehtiyat edən Tehran İraq şiələrinə təzyiqi artırır

    3 Noyabr 2025 09:00

    Münqaişə husilərin varlıq mexanizmidir

    1 Noyabr 2025 07:02

    Ehtimal olunan Suriya – Hizbullah müharibəsində İsrail kimi dəstəkləyəcək?

    14 Sentyabr 2025 09:00

    Azərbaycan və İran: mürəkkəb qonşuluğun anatomiyası və əməkdaşlıq imperativi

    8 Sentyabr 2025 11:09

    Misir Ordusunun Tarixi Silahları: Əfsanələr və Həqiqətlər

    6 Avqust 2025 20:52

    Silahı yerə qoyan namərddir – İraq Hizbullahı

    9 Aprel 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Tbilisidə Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığının inkişafı müzakirə olunub

    Netanyahu yenidən Suriyada şərt irəli sürdü – silahsız zona tələbi gündəmdədir

    Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib, yaralanan yoxdur

    Bəzi destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına hər vəchlə maneçilik törətməyə çalışır – Əli Nağıyev

    Türkiyənin İskenderun limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    Mədəniyyət naziri Daşkənddə keçirilən “Mərkəzi Asiyada mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqresdə iştirak edir

    İngiltərə Futbol Federasiyası turnir formatının yenilənməsini tələb edib

    Növbəti köç karvanları Xocalının Şuşakənd və Xanyurdu kəndlərinə çatıb

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

    İran və Türkiyə regional sülh və əməkdaşlığı müzakirə edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.