Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

    14 Yanvar 2026 20:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    Fransa hakimiyyəti miqrantların La-Manşı keçərək Böyük Britaniyaya çatmasının qarşısını almağa cəhd edən 10 britaniyalı ifrat sağçı fəalın ölkəyə girişini qadağan edib.

    AzerVoice xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qərar özünü “Raise the Colours” adlandıran qrupla əlaqəli şəxslərin şimal sahillərində miqrant qayıqlarını axtarması, məhv etməyə cəhd göstərməsi və təbliğat fəaliyyəti aparması ilə bağlı məlumatlardan sonra verilib.

    Nazirlik bildirib ki, sözügedən 10 nəfər barəsində Fransa ərazisinə giriş və ölkədə qalmağı qadağan edən inzibati qərar çərşənbə axşamı qüvvəyə minib.

    Fransanın daxili işlər naziri Loran Nüne sosial şəbəkədə paylaşımında “Bizim hüquqi dövlət prinsiplərimiz müzakirə mövzusu deyil. Zorakılıq və nifrət doğuran fəaliyyətlərin Fransa ərazisində yeri yoxdur”-bildirib.

    Fransa rəsmiləri qadağa tətbiq edilən şəxslərin adlarını açıqlamayıb. Bununla yanaşı, sentyabr ayında miqrantlara qarşı törədildiyi iddia olunan “ağırlaşdırılmış hücum” faktı üzrə ayrıca istintaq başladılıb.

    AFP-nin məlumatına görə, sentyabrın 9-dan 10-na keçən gecə Dünkirk yaxınlığındakı Grand-Fort-Filipp bölgəsində Britaniya və İngiltərə bayraqları daşıyan dörd nəfər miqrantlara sözlü və fiziki hücum edib. Hücum zamanı onlara İngiltərədə “xoş qarşılanmadıqları” bildirilib.

    “Raise the Colours” qrupu isə X sosial şəbəkəsində yaydığı açıqlamada Fransa hakimiyyətindən rəsmi bildiriş almadıqlarını iddia edib və zorakılığı dəstəkləmədiklərini bəyan edib.

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu. La-Manş böhranı fonunda Paris sərt addımlar atır.

    #Fransa #Paris #Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçılara qadağa qoydu #Paris miqrantlara qarşı aksiyalar planlaşdıran 10 britaniyalını ölkədən uzaqlaşdırdı #Fransa La-Manş böhranı fonunda britaniyalı radikallara sərt addım atdı #Miqrantlara hücum iddiası: Fransa 10 britaniyalı fəalı qara siyahıya saldı #Fransa sahillərində miqrant ovuna çıxan qruplara qarşı tədbirlər gücləndirildi #göçmen teknelerini hedef alan İngiliz aşırı sağcılara yasak getirdi #İngiliz göçmen karşıtı aktivistleri ülkeye almayacak #Fransa’dan göçmenlere yönelik saldırılara sert tepki #İngiliz aşırı sağcılar Fransa’dan men edildi #Manş kıyısında göçmen güvenliğini artırıyor
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Livan hökuməti qeyri-qanuni silahların müsadirə edilməsi planının ikinci mərhələsinə başlayır

    13 Yanvar 2026 11:47

    Keçən il Türkiyədən Fransaya hazır geyim ixracı 895 milyon dolları keçib (ÖZƏL)

    11 Yanvar 2026 11:00

    Paris NATO-dan kənar Ukraynaya qoşun göndərilməsini müzakirə edir

    10 Yanvar 2026 21:18

    Keçən il Türkiyədən Fransaya kimyəvi maddə ixracı 770 milyon dolları keçib (ÖZƏL)

    10 Yanvar 2026 17:27

    Böyük Britaniya və Fransa İŞİD-in yeraltı silah anbarlarına zərbələr endirib

    4 Yanvar 2026 10:30

    Zelenski və Tramp yenidən görüşəcəklər

    4 Yanvar 2026 10:00

    Paris klubu "Beşiktaş"a təklif göndərib

    3 Yanvar 2026 17:54

    Kanada Baş naziri Ukrayna ilə bağlı danışıqlar üçün Parisə gedəcək

    2 Yanvar 2026 21:23

    Türkiyədən Fransaya polad ixracı 202 milyon dolları keçib (ÖZƏL)

    30 Dekabr 2025 12:22

    “Liverpul” PSJ-nin hücumçusunu icarəyə götürmək istəyir

    27 Dekabr 2025 11:59

    Fransadan Türkiyə limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

    25 Dekabr 2025 11:02

    Türkiyədən Fransaya avtomobil ixracı artıb (ÖZƏL)

    21 Dekabr 2025 12:00
    Demo
    XƏBƏR LENTİ

    Venezuelada buraxılan məhbusların sayında ziddiyyətlər var

    Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir

    Fransa miqrant qayıqlarını hədəfləyən britaniyalı ifrat sağçı fəallara qadağa qoydu

    Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

    Starlink İranda ödənişsiz elan edildi

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    Geo-iqtisadi qarşıdurma dünyanın əsas təhlükəsinə çevrilib

    XİN: TRIPP marşrutu ticarət və bağlantıların şaxələndirilməsi baxımından vacibdir

    Türkiyədə texniki təmir xidməti satın alınacaq

    İran ABŞ bazalarını hədəfə alacağı ilə bağlı xəbərdarlıq edib

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.