Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Təhlil

    Mahir Əsəd, YPG və İnqilab Keşikçiləri Korpusunu nə birləşdirir

    17 Dekabr 2024 01:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice, Arab.AZ

    Suriyanın ikinci adamı və ən nüfüzlu şəxs olan Mahir Əsəd, devrilmiş prezident Bəşşar Əsədin gizli kölgəsi idi. Mahir böyük hərbi gücə və pula sahib idi.

    Mahir və Bəşşar ataları və əmiləri Hafiz və Rifat Əsədin tarixini təkrarladılar . Onlardan birincisi ölkədə siyasi və hərbi məsələlərə cavabdeh olan prezident, ikincisi isə rejimin kölgədə olan qoruyucusu idi.Mahir müxalifıtin və sünniliyin Suriyada məhvi üçün hər şeyi etmişdi.

    Mahir Dördüncü Diviziyanı quran əmisi Rifatın bənzəri idi, lakin onun rəhbərliyi ondan sonra qardaşı oğluna keçdi və o, inqilab zamanı Suriyalıları əzmək və məhv etmək üçün karyerasını “uğurla” davam etdirdi. Mahir kaptagon narkotik ticarətinə nəzarət edirdi və bu ticarətin illik mənfəətinin 50 milyard dollar həddində olduğu təxmin edilir.

    Bəşşar və Mahir Əsəd

    Mahir Əsəd 8 dekabr 1967-ci ildə anadan olub və Suriyanın keçmiş prezidenti Hafiz Əsədin (Buşra, Basil, Bəşər, Məcd və Maher) kiçik oğludur.

    O, diqqət mərkəzindən kənarda qaldı və orta təhsilini Azadlıq Akademiyasında davam etdirərək Dəməşq Universitetində biznes idarəçiliyi üzrə təhsilini davam etdirib, təhsilini bitirdikdən sonra Suriya ordusuna qatılaraq qardaşı Basil əl-Əsədin yolunu davam etdirib. O, hərbi karyerasına burada başlayıb ki, bu da onu Suriya dövlətinin mərkəzi fiqurlarından birinə çevirib.

    1994-cü ildə qardaşı Basilin həyatına son qoyan yol qəzası baş verdikdə, Mahirin adı namizədlərdən biri kimi ortaya çıxdı. Lakin daha sonra ata Əsəd fikrini dəyişdi və sevimli oğlu Bəşşarı varis olaraq seçdi.

    Mahirin şəxsiyyəti, qan və zorakılığa həddindən artıq meyli olması onu qardaşı Bəşşardan fərqli olaraq siyasi dairələrdən uzaq edən amillərdən biri idi.Siyasətdən uzaq qalacağını anlayan Mahir Respublika Qvardiyasında bir taborun komandanlığını öz üzərinə götürərək hərbi qurumda öz mövqeyini möhkəmləndirməyə başladı və bu, ona hərbi kafedra daxilində böyük nüfuz qazandırdı.

    2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Mahir tez bir zamanda hərbi rütbələrə yüksəldi, burada o, mayor rütbəsindən polkovnik rütbəsinə yüksəldi, daha sonra təxminən 10.000 əsgərdən ibarət olan Respublika Qvardiyasının komandiri oldu.

    Qardaşı Bəşşarın hakimiyyəti ələ aldığı ildə Mahir BAAS Partiyasının Mərkəzi Komitəsinə üzv seçildi, burada o, qardaşı Bəşşara təsir etmək üçün öz nüfuzundan istifadə etdi.

    Onun təsiri günlər keçdikcə bəzi münaqişələri həll edərək artdı, bunlardan biri qaynı və Hərbi Kəşfiyyat Şöbəsinin rəhbəri Asif Şövkətlə idi. Asif bacısı Büşranın gələcəkdə kaptaqon kralı olacaq Mahir ilə evlənməsinə qarşı çıxmışdı və bu da aralarında ciddi gərginliyə səbəb olmuşdu. .

    Mahirin mübahisə zamanı Asifi vurması ilə bağlı şayiələr yayılanda da mübahisə pik həddə çatdı və bu, sonuncunun ağır yaralanmasına səbəb oldu, lakin sonradan aralarındakı münasibətlər yaxşılaşdığı. Bəşşar, Mahir və Asif rejimin “müqəddəs üçülüyü” hesab olunurdu.

    2005 – ci ildə Livanın keçmiş baş naziri Rafik Həririnin öldürülməsində Mahir və Asifin adı hallanırdı. Bu iki şəxs həqiqətən də, Suriya qüvvələrinin Livandan çıxarılmasını tələb edən Təhlükəsizlik Şurasının 1559 saylı qətnaməsinin verilməsindən həftələr sonra Həririnin öldürülməsi qərarını verən şəxslər idi. Qeyd edək ki, Hizbullah hələ də bu cinayətin araşdırılmasına maneçilik tördədir.

    2008-ci ildə Maher Saydnaya həbsxanasında iğtişaşların yatırılmasında mühüm rol oynadı , burada məhbuslar vəziyyəti nəzarətə götürdülər və bu kampaniya zamanı həbsxanada saxlanılan 10.000 məhbusdan 25-i öldürüldü, məhbuslar 30 əsgəri girov götürdülər.

    2016-2017-ci illər arasında onun hərbi rütbəsi ilə bağlı ziddiyyətli məlumatlar ortaya çıxdı, çünki onun briqada generalı rütbəsi daşıdığı, digər mənbələr isə general-mayor rütbəsi aldığını iddia edirdilər.

    Suriya inqilabı

    2011-ci il martın 15-də Suriya inqilabının başlanmasından bəri Mahir Əsədə bağlı qüvvələr Dəra, Baniyas, Hums və İdlib kimi bölgələrdə həddindən artıq güc tətbiq edərək etirazların yatırılmasında rol oynayıblar.

    Bu qüvvələr dinc etirazların qanlı qarşıdurmalara çevrilməsinə birbaşa təsir göstəriblər. Los Angeles Times tərəfindən dərc edilənlər də daxil olmaqla, çoxsaylı hesabatlarda Mahir Əsəd olduğu güman edilən şəxsin silahsız nümayişçilərə atəş açdığını göstərən videoçarxların mövcudluğu göstərilirdi.

    Mahirin komandanlığı altında olan əsgərlər də nümayişçilərə qarşı öldürücü güc tətbiq etmək üçün açıq əmr aldıqlarını deyirdilər. Ordu sıralarını tərk edən snayperlərdən biri Dəraa etirazları zamanı insanları baş nahiyəsindən nişan almaq əmrini aldıqlarını söyləyib.Ölənlərin sayına heç bir məhdudiyyət qoyulmadan, nəyin bahasına olursa olsun nümayişləri basdırmaq üçün lazım olan, mümkün qədər çox adamı öldürməkdir ordu mənsusblarına verilən əmr idi.

    Mahir Əsədin təsiri 2012-ci il iyulun 18-də Suriya Milli Təhlükəsizlik binasının bombalanması, müdafiə naziri Daoud Rajha, onun müavini Asif Şövkət, Böhran İdarəetmə İdarəsinin rəhbəri, yüksək səviyyəli rejim liderlərinin həyatına son qoyan hücumdan sonra daha da güclənib.

    2013-cü ilin iyulunda rejimyönlü internet saytlarında Mahir Əsədin Hələb və Hums bölgələrində hərbi əməliyyatlara rəhbərlik etdiyi xəbəri verildi. Daha sonra yayılan xəbərlərdə isə, onu pldürüldüyü iddia edildi.

    Lakin 2014-cü ilin iyununda Livanlı bir jurnalist Mahir Əsədin müğənni Corc Vasufla fotosunu dərc etdikdən sonra onun haqqında olan şübhələr aradan qalxdı və bu, Mahirin hələ də sağ təsdiqləmiş oldu.
    Mahir növbəti on il ərzində Suriya xalqına zülm etmək və kaptaqon ticarətinə birbaşa nəzarət etmək kimi qanlı işini davam etdirdi.

    Kaptaqon İmperatoru Mahir
    Kaptagon ilk dəfə 1961-ci ildə yorğunluq və davranış pozğunluğunu müalicə etmək üçün bir dərman olaraq istifadə edildi , daha sonra güc və aktivliyin artmasına səbəb olmaq üçün əsgərlərə verildi. Daha sonra güclü asılılıq yaradan bu dırman istesaldan 1986-cı ildə çxıxarıldı.

    2024-cü ilin sentyabrında Əl-Cəzirə-nin 360 platformasında nümayiş olunan Əl-Muhatare proqramı araşdırma hesabatında Əsəd ailəsinin Kaptagon dərmanının istehsalı, ticarəti və yayılmasında iştirakını ortaya qoydu.

    Araşdırma nəticəsində məlum olub ki, Mahir, Bəşər Əsəd və onların əmisi oğlu Mudar Rifat əl-Əsəd Suriyanın müxtəlif bölgələrində bu maddənin istehsalına, eləcə də onun yayılması üsullarına cavabdeh olan ən mühüm üçlük və birbaşa məsul şəxslərdir.

    Bir çox hesabatlar göstərir ki, Mahir Əsəd 2011-ci ildən bəri bəzi ölkələri Kaptagon ilə doldurur. Karnegi Yaxın Şərq Araşdırmaları Mərkəzi 2024-cü ilin iyulunda onun məqsədlərindən birinin müharibənin davam etdirmək üçün lazımi vəsait əldə etmək olduğunu açıqladı.

    Əldə olan gəlirdən, İrana “xüms” və “zəkat” verildikdən sonra, Bəşşar və Mahir əsgərlərin maaşlarını ödəyir, Əsəd ailəsini maliyyələşdirir, əlavə olaraq bu ticarətdən Əsəd rejimini dəstəkləyən siyasi mövqelər əldə etmək üçün bəzi ölkələri şantaj edirdilər.

    Suriyalılar Bəşər Əsəd və qardaşı Mahirin qaçmasından sonra Duma başda olmaq üzrə Dəməşq və onun çöllərində bir çox kaptagon istehsal laboratoriyası aşkar edildi.

    Əsədin devrilməsi ilə Mahirin İraq ərazisinə qaçaraq, paytaxt Bağdad yaxınlığında İran İnqilab Keşikçiləri Korpusuna bağlı zabitlərin birbaşa nəzarəti altında yaşadığı üzə çıxdı.

    Mahir 8 dekabr 2024-cü il bazar günü sübh çağı, PKK-nın Suriya qolu olan YPG nəzarətində olan ərazilərdən, İran İnqilab Keşikçiləri Korpusu dəstəyi ilə İraqa qaçıb.

    #Suriya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzza sazişi – Ankaranın Suriyada diplomatik qələbəsi

    18 Oktyabr 2025 10:19

    Sərhəddəki Gərginlik: Pakistan, Əfqanıstan və Yeni Regional Dizayn

    17 Oktyabr 2025 15:29

    Suriya Prezidenti Əhməd əş-Şəraa Kremlində Vladimir Putinlə görüşüb

    15 Oktyabr 2025 16:09

    Əsəd hökuməti kütləvi qətliamların izlərini gizlətmək üçün gizli məzarlığı köçürüb

    15 Oktyabr 2025 10:18

    Şeybani Livana qapıdan daxil olur

    14 Oktyabr 2025 09:00

    İsrail PUA-sı Dəməşq yaxınlığındakı hərbi mövqelərə zərbələr endirib

    13 Oktyabr 2025 05:56

    Ankarada Türkiyə-Suriya arasında təhlükəsizlik mövzusunda görüş keçiriləcək

    11 Oktyabr 2025 17:05

    Suriya hökuməti milli valyutanı modernləşdirəcək

    9 Oktyabr 2025 17:26

    Suriya Xarici İşlər Naziri bu gün Türkiyəyə səfər edəcək

    8 Oktyabr 2025 12:46

    Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasında Qəzzə və Suriya ilə bağlı çağırış edib

    7 Oktyabr 2025 12:56

    Suriya Türkmənləri tarix yazdı - Mehid Seyfəttin İsa parlamentə seçildi

    6 Oktyabr 2025 19:00

    Hələb ətrafında mülkilərə hücum edilməyib - Suriya

    6 Oktyabr 2025 15:57
    Demo
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər

    Şimali Kipr Türkiyəyə birləşməlidir - Bahçelidən çağırış

    Prezident İlham Əliyev: TRIPP layihəsi mütləq reallaşdırılacaq

    Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub

    Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər

    Prezident İlham Əliyev: Bakı və Astananın aktiv qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır

    Cenevrədə Azərbaycan və Ermənistan spikerlərinin görüşü olub

    Prezident İlham Əliyev: Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir

    Astanada Prezident İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib

    Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.