Əsas səhifə » X platformasında nasazlıq yaranıb

X platformasında nasazlıq yaranıb

BAKI, AzerVoice

Bir sıra ölkələrdə istifadəçilər X sosial şəbəkəsinin (keçmiş Twitter) fəaliyyətində problemlərlə üzləşdiklərini bildirirlər.

AzerVoice xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, nasazlıqla bağlı şikayət edənlərin 52 faizi mobil tətbiqin işləmədiyini, 42 faizi saytın nasazlığını, 6 faizi isə serverlərə qoşulma problemi yaşadıqlarını qeyd edib.

ABŞ-da X platformasının işləməsi ilə bağlı təxminən 16 min istifadəçi problem yaşadığını bildirib. Bundan başqa, ciddi nasazlıqlar Braziliya, Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Polşa, Fransa və Yaponiyada da qeydə alınıb.

Şikayətlərin sayı Böyük Britaniyada 5 mini, Yaponiyada isə 4,2 mini keçib.

Digər Kateqoriyalar

2025 © Azervoice