Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İraq müharibəsinin memarı Bleyer, Qəzzada sülh göyərçini ola bilərmi

    3 Oktyabr 2025 12:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    ABŞ prezidenti Donald Tramp Qəzzaya qarşı müharibəyə son qoymaq üçün plan açıqlayıb. Bu plan elan olunduqdan dərhal sonra BMT Baş Assambleyası çərçivəsində onunla görüşən ərəb və islam ölkələri nümayəndəliklərinin, eləcə də bir sıra Qərb paytaxtlarının dəstəyini qazanıb.

    İsrail daxilində də geniş rezonans doğuran plana dair keçirilən sorğulara görə, israillilərin təxminən 72 faizi onu dəstəkləyib. Onlar bu təşəbbüsü həm müharibəyə son qoymaq, həm də HƏMAS-ın əlində olan girovların azad edilməsi üçün fürsət kimi görürlər.

    Bu yeni siyasi mühit Qəzzada mümkün keçid mexanizmləri barədə dərin müzakirələr üçün qapı açır. ABŞ administrasiyasının dəstəklədiyi təkliflərdən biri də keçmiş Böyük Britaniya baş naziri Toni Bleyerin Qəzzanı idarə edəcək beynəlxalq keçid hakimiyyətinin rəhbəri təyin olunmasıdır.

    Keçid hakimiyyətinin konturları nədir?

    Mətbuata sızan məlumatlara görə, qurum “Qəzza Beynəlxalq Keçid Hakimiyyəti” (GITA) adlanacaq və Kosovoda, Timor-Lestedəki keçid idarəçiliyi təcrübələrinə bənzər şəkildə fəaliyyət göstərəcək.

    Bu hakimiyyət üç-beş il müddətində Qəzzanın siyasi və inzibati idarəsini həyata keçirəcək, sonra isə vahid fələstinli idarənin qurulması üçün şərait yaradacaq. Strukturda nəzarət şurası, icra orqanı, beynəlxalq sülhməramlı qüvvələr və təlim keçmiş yerli polis olacaq.

    Niyə məhz Toni Bleyer?

    Bleyrin seçimi təsadüfi deyil. O, regionda mürəkkəb, amma geniş əlaqələrə sahibdir. Bir zamanlar Yaxın Şərq Dördlüyünün xüsusi elçisi qismində İsrail və fələstinlilər arasında vasitəçilik edib, həm ərəb, həm də Qərb paytaxtlarında möhkəm əlaqələri var.

    Bleyrin 2007-ci ildə baş nazir postunu tərk etməsindən sonra qurduğu Tony Blair Institute for Global Change (TBI) dövlətlərə idarəetmə islahatları, rəqəmsal transformasiya, ekstremizmlə mübarizə, iqtisadi və inkişaf siyasətləri üzrə məsləhət xidmətləri göstərir. Bu institut sayəsində o, çoxsaylı ölkələrin liderləri ilə sıx əlaqələr saxlayır və beynəlxalq forumlarda - Davos, Münhen Təhlükəsizlik Konfransı, Körfəz investisiya sammitləri kimi tədbirlərdə fəal iştirak edir.

    Tərəfdarların fikrincə, bu şəbəkə və təcrübə ona “sabah” mərhələsində çoxşaxəli razılaşmaları idarə etmək imkanı verir. Bundan başqa, beynəlxalq donorlar adətən neytral qurumlara dəstək verməyə üstünlük göstərirlər ki, bu da Bleyerin rəhbərlik edəcəyi müvəqqəti hakimiyyətə maliyyə cəlb etmək baxımından əhəmiyyətlidir.

    Gözləntilər və məqsədlər isə,humanitar və inzibati məsələləri siyasi münaqişədən ayırmaq, Qəzzanın yenidən qurulmasına şərait yaratmaq, eləcə də,peşəkar və partiyasız institutlar qurmadır.

    Yerli, siyasətdən uzaq polis qüvvəsi formalaşdırmaq və beynəlxalq (çox güman, ərəb ölkələrinin rəhbərliyi ilə) sülhməramlı kontingent yerləşdirmək də əsas məsələlərdən biridir.

    Bununla belə, fələstinlilər arasında ciddi ehtiyatlılıq var. Çoxları Toni Bleyeri Qərbin müdaxilə siyasətlərinin simvolu hesab edir və bu seçimin fələstinli suverenliyini sarsıdacağına inanır.

    Xatırladaq ki, Bleyer 2003-cü ildə ABŞ-ın İraqa hücumunu dəstəkləyən əsas fiqurlardan biri idi. Daha sonra yayılan Çilkot Hesabatı (2016) onun təqdim etdiyi kütləvi qırğın silahları ilə bağlı məlumatların saxta olduğunu sübut etmişdi. Bu səbəbdən Bleyer bölgədə çoxları üçün qərəzsiz vasitəçi obrazından uzaqdır.

    Uğurlu keçid hakimiyyəti isə yalnız beynəlxalq və regional konsensus, eləcə də güclü fələstinli fraksiyaların etiraz etməməsi ilə mümkündür. Əks halda, həm təhlükəsizlik baxımından, həm də legitimlik baxımından böyük risklər ortaya çıxacaq.

    Ərəb dövlətləri də çətin vəziyyətdədir. Belə ki,bir tərəfdən, Qəzzada sabitliyin bərpasında maraqlıdırlar və sülhməramlı missiyalara, maliyyə dəstəyinə qoşula bilərlər.

    Digər tərəfdən, “xarici qəyyumluq” görüntüsündən çəkinirlər. Bu səbəbdən onların mövqeyi planın taleyində həlledici olacaq.

    Trampın Qəzza planında Toni Bleyerin adının önə çəkilməsi təsadüfi deyil. Bu, “sabah” ssenarisinə dair beynəlxalq gündəmin yönləndirilməsinə xidmət edir. Lakin sual açıq qalır: Qeyri-qanuni Qərb müharibələri ilə assosiasiya olunan bir fiqur necə olur ki, Qəzzada kövrək bir sülhün simasına çevrilə bilər?

    #HƏMAS #Donald Tramp və Qəzza planı #İraq müharibəsi #BMT Baş Assambleyası #İran İraq müharibəsi #İran-İraq müharibəsi #ABŞ prezidenti Donald Tramp #Qəzza Beynəlxalq Keçid Hakimiyyəti #Toni Bleyer #Kosovo #Tony Blair Institute for Global Change (TBI)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Netanyahu Trampdan İrana hücumu təxirə salmasını xahiş edib

    15 Yanvar 2026 22:54

    HƏMAS Qəzzanın idarə edilməsi üçün texnokratik komitənin yaradılmasını dəstəkləyib

    15 Yanvar 2026 16:45

    Qəzza zolağının idarəsi ilə bağlı razılaşma əldə edildi - Misir XİN

    14 Yanvar 2026 19:57

    HƏMAS Siyasi Şura rəhbərinin seçilməsini qeyri-müəyyən müddətə təxirə salıb

    12 Yanvar 2026 13:59

    Səudiyyə Ərəbistan Qəzzaya yeni humanitar yardım göndərib

    10 Yanvar 2026 14:50

    Qəzza zolağında ölənlərin sayı 71 min 409-a yüksəlib

    9 Yanvar 2026 16:12

    Biz Qəzzanın bölünməsini qəbul etmirik, İsrailin Qəzzada heç bir legitimliyi yoxdur - Mahmud Abbas

    9 Yanvar 2026 09:26

    Misirdə HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsin ikinci mərhələsi üzrə danışıqlar keçiriləcək

    7 Yanvar 2026 17:26

    İsrail hökuməti Qəzzaya media girişini qadağan etməyə davam edir

    6 Yanvar 2026 13:00

    Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq - Tramp

    3 Yanvar 2026 21:30

    ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat həyata keçirib - Tramp

    3 Yanvar 2026 21:11

    Tramp Maduronun əli qandallı fotosunu paylaşıb

    3 Yanvar 2026 20:46
    Demo
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 16 yanvar

    Netanyahu Trampdan İrana hücumu təxirə salmasını xahiş edib

    ABŞ İrana qarşı “Tomahawk” raketlərindən istifadə imkanını nəzərdən keçirir

    İranda ölüm statistikalarını təqdim edən ABŞ-əsaslı HRANA haqqında nə bilirik?

    Quba müəllimlərindən ibarət YURD komandası ilə rəsmi görüş keçirilib

    Putin beynəlxalq nizamın yenidən qurulmasına çağırış etdi

    ABŞ məhkəməsinin Mahmud Xəlil üçün verdiyi qərar Tramp administrasiyasının mövqeyini gücləndirdi

    PKK kürdlərin təhlükəsizliyinin təminatçısı ola bilməz - Suriya Prezidenti

    İsrailin Türkiyəyə qarşı hərbi üstünlük lobbiçiliyi absurddur - ABŞ-ın keçmiş rəsmisi

    Uqandada internet məhdudiyyətləri fonunda seçki keçirildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.