Bakı. AzerVoice
Böyük Britaniya Yaxın Şərqdəki şəxsi heyətini müdafiə etməyə hazırlaşır.
AzerVoice xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri David Lammy deyib.
O bildirib ki, ölkə bu ayın əvvəlində ehtiyatlı olaraq aktivlərini bölgəyə köçürdükdən sonra Yaxın Şərqdəki şəxsi heyətini və aktivlərini, eləcə də müttəfiqlərini müdafiə etməyə hazırdır.
“Şübhəsiz ki, biz öz şəxsi heyətimizi, aktivlərimizi və müttəfiqlərimizin və tərəfdaşlarımızın mülklərini müdafiə etməyə hazırıq," - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün axşam saatlarında İran ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazalarına doğru altı raket zərbəsi endirib. Məlumata görə, Dohada bir neçə partlayış səsi eşidilib. Bu səslərin, ehtimal ki, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi nəticəsində baş verdiyi bildirilir. Şəhərin səmasında bir neçə hava obyektinin göründüyü də qeyd olunur.