Əsas səhifə » Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin imzalanmasında qətiyyətlidir - Uolts

Tramp Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin imzalanmasında qətiyyətlidir - Uolts

Foto: Vikipediya

BAKI, AzerVoice

Ağ Ev ABŞ və Ukraynanın yaxın zamanda faydalı qazıntılar üzrə bir saziş imzalayacağına əmindir. ABŞ prezidenti Donald Tramp bu məsələdə qətiyyətlidir.

AzerVoice xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts səsləndirib.

Həmçinin oxuyun: Bu həftə Ukrayna üçün çox kritikdir - Rubio

"Saziş Ukrayna ilə imzalanacaq. İştirakçılar həftəsonu ərzində danışıqlar üzərində ciddi şəkildə hazırlaşıblar, ələlxüsus da maliyyə naziri Skott Bessent və Donald Tramp bu işdə fəal rol oynayıblar" – deyə, Uolts bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice