BAKI,AzerVoice
Türkiyənin Kocaeli şəhərinə bağlı Gebze Bələdiyyəsi yeddi ədəd müxtəlif tipli avtobusun alışı ilə bağlı açıq tender elan edib
Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Müqavilə imzalandıqdan sonra 15 gün ərzində bütün avtobuslar təhvil verilməlidir
Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;
- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.
Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
- Tender təklifləri 23 may 2025-ci il tarixinə qədər "Güzeller Mahallesi, Bahar Caddesi No:1, 41400, Gebze/Kocaeli" ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir