Əsas səhifə » Tramp administrasiyası Şimali Koreya ilə dialoqun bərpasını müzakirə edir

Tramp administrasiyası Şimali Koreya ilə dialoqun bərpasını müzakirə edir

BAKI, AzerVoice

ABŞ Prezidenti Donald Trampın administrasiyası Şimali Koreya ilə dialoqun bərpa olunmasını müzakirə edir.

AzerVoice xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, rəsmilər xarici ekspertlərlə məsləhətləşmələr aparır və Şimali Koreya lideri Kim Çen In ilə əlaqələrin bərpası variantlarını nəzərdən keçirirlər.

"Son dörd ildə çox şey dəyişib. Biz vəziyyəti qiymətləndiririk və qarşılıqlı fəaliyyət daxil olmaqla mümkün yolları müzakirə edirik" – deyə, ABŞ rəsmisi bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice