Əsas səhifə » Ukrayna böhranının həlli qarşılıqlı zəmanətlərə əsaslanmalıdır - Rubio

Ukrayna böhranının həlli qarşılıqlı zəmanətlərə əsaslanmalıdır - Rubio

BAKI, AzerVoice

Ukrayna böhranının həllinə dair sülh sazişi tərəflərin bir-birinə olan etimadına deyil, qarşılıqlı zəmanətlərə əsaslanmalıdır.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "NBC News"a müsahibəsində bildirib.

"Sülh sazişləri etimada əsaslanır. Düşünürəm ki, sülh sazişləri faktlara, hərəkətlərə və reallığa əsaslanmalıdır" – deyə, o bildirib.

"Bu, etimad məsələsi deyil. Bu, yoxlama, təhlükəsizlik və zəmanət kimi məsələlərin yaradılmasıdır ki, bu da əvvəllər də müzakirə olunmuşdu. Bütün bu məsələlər burada (Ukrayna üzrə aparılan məsləhətləşmələrdə red.) müzakirə olunur" – deyə, dövlət katibi əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice