Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Hind Rəcəb kimdir?

    23 Noyabr 2025 16:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Hind Rəcəb (3 may 2018 – 29 yanvar 2024) — Qəzza şəhərinin Təll əl-Həva məhəlləsindən olan altı yaşlı fələstinli qızcığaz idi. O, Qəzza zolağına edilən İsrail hücumu zamanı İsrail Ordusu tərəfindən öldürülüb. O, altı qohumu ilə birlikdə qaçdığı avtomobilə İsrail tankları tərəfindən atəş açıldıqdan sonra sağ qalan yeganə şəxs olmuşdu.

    29 yanvar 2024–cü ildə Fələstin Qırmızı Aypara Cəmiyyəti 14 yaşlı Liyan Həmadə tərəfindən edilən telefon zəngi aldı – o, kömək istəyirdi. O, “Təll əl-Həva" bölgəsində "Maliyyə dairəsi" yaxınlığında İsrail tankının onların maşınına atəş açdığını bildirdi. Zəng zamanı Liyanın çığırtıları və intensiv güllə səsləri eşidildi, daha sonra əlaqə qəfil kəsildi.

    Qırmızı Aypara zəngin audio yazısını yayımladı; Liyan orada deyirdi:
    "Əmi, bizə atəş açırlar... Tanka çox yaxınıq... Biz maşındayıq və yanımızda tank var.”
    Bundan dərhal sonra güllə səsləri eşidilir, Liyanın çığırtısı eşidilir və əlaqə tamamilə kəsilir.

    Daha sonra Qırmızı Aypara Hindin hələ də sağ olduğunu müəyyən etdi. Qızın əmisi Sami Həmadə “Əl-ərəbiyə” telekanalına açıqlamasında Hindlə əlaqə saxladığını, onu sakitləşdirməyə çalışdığını və təcili yardım maşınının yolda olduğunu söylədi.

    Bundan sonra təcili şəkildə Qırmızı Ayparaya məxsus xilasedici heyət Fələstin əlaqə mərkəzi ilə koordinasiya edilərək hadisə yerinə yollandı. Lakin bir neçə saat sonra onlarla əlaqə tamamilə itdi.

    12 gün sonra — 10 fevral 2024 tarixində xilasedicilərin cəsədləri tapıldı. Həmçinin Hind Rəcəb (6 yaş), onun qohumları – Bəşar Həmadə, həyat yoldaşı və uşaqları Məhəmməd (11), Liyan (14), Rəğad (13) – hamısı Təll əl-Həva rayonunda mühasirəyə alınmış avtomobilin içində öldürüldükləri yerdə tapıldı.

    Qırmızı Aypara həmçinin bölgədəki öz təcili yardım maşınını da tapdı və bildirdi ki, həmin maşın İsrail tərəfindən hədəfə alınaraq vurulub və xilasedicilər Yusif Zinuv və Əhməd Mədhun şəhid olublar.

    İsrail ordusu hadisə bölgəsində hərbi kontingent olmadığını iddia etsə də, The Washington Post, Sky News və Forensic Architecture tərəfindən aparılan araşdırmalar ərazidə tankların yerləşdiyini, ailənin avtomobilinə və təcili yardım maşınına atəş açıldığını göstərib. Peyk görüntüləri Tel əl-Həva ərazisində ən azı 15 zirehli texnikanın olduğunu təsdiqləyib. Forensic Architecture-nin vizual və audio sübutlara əsaslanan rekonstruksiyası tank ekipajının maşında uşaqları görə biləcək məsafədə olduğunu müəyyən edib.

    Hadisə yerində aşkar edilən M830A1 tipli ABŞ istehsalı mərmi hissələri hücumun tankdan açıldığını göstərib.

    BMT-nin müstəqil ekspertləri Hindin öldürülməsinin müharibə cinayəti ola biləcəyini açıqlayıb. 2025-ci ildə Hind Rəcəb Fondu hadisəyə görə məsuliyyət daşıdığı iddia edilən 401-ci zirehli briqadanın komandiri polkovnik Beni Aharona qarşı Haaqa məhkəməsində şikayət qaldırıb.

    Hadisə qlobal miqyasda rezonans doğurub. ABŞ universitetlərində tələbə aksiyaları zamanı ələ keçirilən binalar qızın adı ilə adlandırılıb: Columbia Universitetində “Hind’s Hall”, UC Berkeley-də “Hind’s House”. CNN də daxil olmaqla Qərb KİV-ləri hadisəni “Hind ölü tapıldı” kimi neytral başlıqlarla təqdim etdiyi üçün ictimaiyyət arasında tənqidə məruz qalıb.

    Hind Rəcəb barədə bir neçə film çəkilib. Niderlandlı Amir Zazanın “Close Your Eyes, Hind” filmi 2025-ci ildə Niderland Film Festivalında “Qızıl Buzağı” mükafatını qazanıb. Tunisli Kauser Ben Heniya tərəfindən çəkilən “The Voice of Hind Rajab” filmi 82-ci Venesiya Film Festivalında Böyük Münsiflər Mükafatına layiq görülüb. Naci Salamehin “Hind Under Siege” filmi Qəzza Beynəlxalq Qadın Kinosu Festivalında Ən Yaxşı Qısa Film seçilib.

    Hind Rəcəb müharibədə öldürülən uşaqdan daha çox, Qəzzada mühasirə, tibbi yardımın qarşısının alınması və mülki şəxslərə qarşı ağır silahların istifadəsi ilə bağlı qlobal simvollaşmış insanlıq faciəsi kimi yadda qalıb.

    #Qəzza müharibə cinayətləri #Hind Rəcəb #Qəzza müharibəsi uşaqlar #İsrail ordusunun hücumu #Fələstin mülki qurbanlar #İsrail tank hücumu #Haaqa məhkəməsi İsrail #401-ci zirehli briqada #Hind Rajab Gaza #Israeli tank strike Gaza #Gaza war crimes children #Palestinian civilian casualties #Forensic Architecture Gaza report #Israeli army war crimes evidence #Хинд Раджаб Газa #Военные преступления Израиля #Qəzzada Hind Rəcəb hadisəsi: İddiaya görə İsrail tankı məqsədli atəş açıb #Hind Rəcəb faciəsi ilə bağlı Haaqa Məhkəməsinə rəsmi şikayət verildi #Qırmızı Aypara: Xilasedicilər qəsdən hədəfə alınıb #Altı yaşlı Hind Rəcəb necə öldürüldü? Yeni sübutlar #Hind Rəcəb dünya etirazlarının simvoluna çevrildi #Трагедия Хинд Раджаб: что произошло на самом деле #GazaWarCrimes
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Orta əsrlərin ensiklopedik dahisi - Əbu Reyhan Biruni kimdir?

    18 Yanvar 2026 20:00

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    16 Yanvar 2026 11:31

    Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri

    11 Yanvar 2026 22:00

    Vaşinqtona sərt müxalif mövqeyi ilə tanınan Venesuela daxili işlər naziri kimdir?

    11 Yanvar 2026 04:00

    Ordu rəhbərindən dövlət başçısına - Cozef Aun kimdir?

    10 Yanvar 2026 15:18

    Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges kimdir?

    7 Yanvar 2026 04:00

    Venesuelada “ilk döyüşçü” : Siliya Qavidiya Flores kimdir?

    6 Yanvar 2026 15:44

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?...Bu gün onun ölüm günüdür

    6 Yanvar 2026 10:00

    İraq parlamentinin yeni sədri Heybət əl-Hələbusi kimdir?

    4 Yanvar 2026 15:30

    Suriyanı bölməyə çağıran ələvi şeyxi Qəzal Qəzal kimdir?

    3 Yanvar 2026 19:32

    1800-dən çox sənətçi Qəzza səbəbilə İsrail kino institutlarını boykot edəcək

    9 Sentyabr 2025 10:50

    HƏMAS beynəlxalq ictimaiyyəti İsrailə təzyiq göstərməyə çağırıb

    24 İyul 2025 21:12
    Demo
    XƏBƏR LENTİ

    İsrail Suriyadakı proseslərlə bağlı mövqeyini açıqlayıb: “Amerikalı dostlarımızı dinləyirik”

    Bu gün Madlen Olbrayt ABŞ-ın ilk qadın dövlət katibi oldu

    Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edib

    Kuşner “Yeni Qəzza” planını Sülh Şurasına təqdim edib

    Tarixdə bu gün - 23 yanvar

    “Hind Rəcəbin səsi” filmi Oskar yarışına qoşulub

    Türkiyə və ABŞ Baş Qərargah rəisləri arasında görüş keçirilib

    Ukrayna müharibəsi başa çatmalıdır - Tramp

    Suriya rəsmisi YPG/SDQ-nin İŞİD məhbuslarını azad etməsi barədə xəbərdarlıq edib

    Prezident İlham Əliyevin sosial media səhifələrində "Sülh Şurası Nizamnaməsi"nin imzalanması mərasimində iştirakının və ABŞ Prezidenti ilə görüşünün görüntüləri dərc olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.