Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Cəmiyyət

    1800-dən çox sənətçi Qəzza səbəbilə İsrail kino institutlarını boykot edəcək

    9 Sentyabr 2025 10:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    1 800-dən çox aktyor, prodüser və sənətçi, o cümlədən bir sıra Hollivud ulduzları İsrailin kino institutları ilə əməkdaşlıq etməməyə dair sənədi imzalayıb. AzerVoice xəbər verir ki, onlar bu qurumları fələstinlilərə qarşı həyata keçirilən hüquq pozuntularında və soyqırım siyasətində iştirak etməkdə ittiham edirlər.

    “Apartheyd dövründə filmlərini Cənubi Afrikada nümayiş etdirməkdən imtina edən rejissorların mövqeyindən ilhamlanaraq, biz də filmlərimizi İsraildə nümayiş etdirməyəcəyik, İsrail kino institutları ilə işləməyəcəyik. Bu, festivallar, kinoteatrlar, yayım qurumları və istehsal şirkətlərini əhatə edir.”-deyə, sənəddə qeyd olunur.

    Bəyanatda vurğulanır ki, çağırış israillilərlə əməkdaşlığın dayandırılması deyil, məhz “insan haqlarını pozan İsrail institutları ilə əməkdaşlığın rədd edilməsi”dir.

    Hüquq müdafiəçiləri bildirirlər ki, İsrailin kino institutları Fələstinlilərə qarşı zorakılıqları “ört-basdır etmə” və ya “haqlı göstərmə” prosesində rol oynayıb. Onlar həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin Fələstin torpaqlarındakı işğalını qeyri-qanuni sayan qərarına, eləcə də ekspertlərin Qəzzadakı hərbi əməliyyatları “soyqırımı səviyyəsində” qiymətləndirməsinə istinad ediblər.

    Boykot sənədinə imza atanlar arasında Oliviya Kolman, Emma Stoun, Mark Ruffalo, Tilda Swinton, Riz Ahmed, Xavyer Bardem və Sintiya Niksan kimi məşhur adlar da var.

    İsrail hökuməti isə bu cür boykot çağırışlarını “diskriminasiya” adlandıraraq rədd edib. Rəsmi Tel-Əviv Qəzzada həyata keçirilən əməliyyatların 2023-cü ilin oktyabrında Həmasın hücumuna cavab olaraq “özünümüdafiə” xarakteri daşıdığını bildirir. Həmin hücum nəticəsində İsrailin məlumatına görə, 1 200 nəfər öldürülmüş, 250-dən çox insan girov götürülmüşdü.

    İsrailin ardınca başladığı hərbi əməliyyatlar on minlərlə insanın ölümünə, bütün Qəzza əhalisinin köçkün düşməsinə və aclıq böhranına səbəb olub.

    Ötən həftə Venesiya Film Festivalında İsrail ordusunun ötən il Qəzzada qətlə yetirdiyi 5 yaşlı fələstinli qız haqqında çəkilən “Hind Rəcəbin səsi” filmi böyük maraqla qarşılanıb. Filmin icraçı prodüserləri arasında Brad Pitt və Xoakin Feniks də yer alır.

    #Beynəlxalq Ədalət Məhkəməsi #Cənubi Afrika #Beynəlxalq Cinayət Məhkəməsi #Hollivud #Hind Rəcəbin Səsi #Venesiya Film Festivalı #Apartheyd #Sintiya Niksan #Oliviya Kolman #Emma Stoun #Mark Ruffalo #Tilda Swinton #Riz Ahmed #Xavyer Bardem #Hind Rəcəb #Brad Pitt #Xoakin Feniks
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Britaniyada açıqlanan sənədlər Toni Bleyerin İraq müharibəsində iştirak etmiş britaniyalı hərbçilərin məhkəməsinə təsir göstərdiyi iddialarını gündəmə gətirib

    2 Yanvar 2026 20:39

    Belçika Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı soyqırımı işi üzrə prosesə qoşulub

    23 Dekabr 2025 22:15

    “Boşluğa xütbə” filminin Bakı premyerası böyük maraqla qarşılandı

    7 Dekabr 2025 15:55

    "Boşluğa Xütbə" filminin premyerası olacaq

    6 Dekabr 2025 10:46

    Türkiyə-Afrika əməkdaşlığı bütün sahələrdə inkişaf edəcək - Ərdoğan

    24 Noyabr 2025 14:16

    Hind Rəcəb kimdir?

    23 Noyabr 2025 16:20

    Cənubi Afrikada G20 Zirvəsi başlayıb

    22 Noyabr 2025 12:40

    Ərdoğan G20 Liderlər Zirvəsi üçün Cənubi Afrikaya ziyarət edəcək

    20 Noyabr 2025 15:09

    Qəzza Məhkəməsi İsrailin Qəzzədəki cinayətlərini “Soyqırım” olaraq tanıdı

    26 Oktyabr 2025 19:06

    Əlcəzair hərbi büdəcisini artırtdı

    12 Oktyabr 2025 14:15

    Jurnalist Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb

    9 Oktyabr 2025 13:36

    Meloni Qəzzada soyqırımda əlbirlik” ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsinə verildi

    7 Oktyabr 2025 23:23
    XƏBƏR LENTİ

    Bu gün Azərbaycan Hərbi Hava Qüvvələri Günüdür

    Ankarada cinayətkar qruplaşmaya qarşı əməliyyat: 23 nəfər həbs olunub

    Özbəkistan bazarında Türkiyə poladı geriləmə göstərib (ÖZƏL)

    ABŞ aralıq seçkilərə hazırlaşır

    "Müqavimət Oxu"nun süqutu: Vaşinqton niyə İranın zəiflədiyini düşünür?

    Bu gün SSRİ və ÇXR arasında qarşılıqlı müdafiə müqaviləsi imzalanıb

    Prezident İlham Əliyev: Bizə hər hansı ölkə, o cümlədən Fransa ilə heç bir problem lazım deyil

    Prezident İlham Əliyev “France 24”ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışdı

    Prezident İlham Əliyev: Normallaşma prosesi uğurla irəliləyir

    Prezident İlham Əliyev: Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.