Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Kimdir

    Tomas Edvard Lourens kimdir?

    17 Sentyabr 2024 13:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    16 avqust 1888-ci ildə anadan olan Lourens qeyri-qanuni uşaq olaraq dünyaya gəlib. Lourensin atası Baron Edvard Robert Çapman ilk arvadını hamilə olduğu halda tərk edərək qızlarının dayəsi Sare ilə evlənir.  Daha sonra yeni ailəsi ilə birlikdə Dublində məskunlaşır. Birinci arvadı boşanma prosesində çətinlik yaratdığı üçün Baron Çapman soyadını dəyişdirərək Lourens soyadını götürür. Edvard Lourens də Robert Lourensin ikinci arvadı Saredən dünyaya gəlib.

    Atasının qarışıq həyatı Lourensin gələcək həyatına ciddi təsir edib. Lourens atası ilə yaşadığı problemlərə görə uzun illər psixoloji problemlərdən əziyyət çəkib. Bu problem onun ərəb coğrafiyasına olan marağı ilə zaman-zaman özünü büruzə verirdi.

    Lourens üzərində anası Sarenin böyük təsiri olub. Söylədiyi tarixi hekayələr Laurensdə tarixə maraq  yaratmışdı. Anası xristian Kalvinist olduğu üçün tarixi yaxşı bilirdi. Gənc Lourens xüsusilə Səlib yürüşlərinə, cəngavərlərə, Yaxın Şərqə “Müqəddəs Torpaqlar”-a heyran idi. Bu heyranlıq onun üçün tamamilə fərqli dünyaların qapısını açacaqdı.

    Lourens David Corc Hoqartla universitet illərində tanış olub. Ashmolean Muzeyinin direktoru vəzifəsində çalışan Hoqart təkcə tarixçi deyildi həm də Britaniya Məxfi Xidməti üçün Yaxın Şərqdə kəşfiyyat işləri aparırdı. O, Osmanlı torpaqlarında apardığı bir çox tədqiqata gənc arxeoloq Tomas Lourensi də cəlb etmişdi.

    Lourens tədqiqat fəaliyyətləri zamanı, cəsusluq sənətini öyrənərkən ona müəllimlik edəcək olan Gertrude Bell ilə tanış olur.

    Lourens müəllimi Belldən yerli xalqla  necə ünsiyyət quracağı barədə,  həmçinin səhra həyatı haqqında dərslər aldı.

    Ərəb dilinə marağı artan Lourens İngiltərəyə qayıtdıqdan sonra bu dil biliklərini təkmilləşdirdi.

    Birinci Dünya Müharibəsi başlayandan sonra Britaniya siyasətçisi Çörçillin himayəsi altında Osmanlı coğrafiyasında kəşfiyyat işləri aparmaq üçün Qahirə ofisi yaradıldı.

    Ofisin mühüm əməkdaşlarından biri də Gertrude Bell idi. Bell, Osmanlı torpaqlarında arxeoloji tədqiqatlar adı altında həyata keçirdiyi fəaliyyətlər sayəsində İngilis Kəşfiyyatının etibarını qazanmışdı.

    Xüsusilə çəkdiyi fotoşəkillər kəşfiyyatın işinə yarayırdı.

    Bellin Britaniya kəşfiyyatına etdiyi ən önəmli xidmətlərdən biri Lourensin Qahirə ofisinə təyin olunmasını təmin etmək idi.

    Lourens ofisə əməkdaş kimi təyin olunduqdan sonra Haşimilər sülaləsi ilə sıx əlaqələr qurmağa başladı. Lourens, qurduğu bu yaxın əlaqələr sayəsində daha sonra ərəb qəbilələrini Osmanlıya üsyana qaldıracaqdı.

    Haşimilər sülaləsi və Lourens

    Şərif Hüseyn 1853-cü ildə anadan olub. O, uzun müddət İstanbulda ailəsi ilə birlikdə nəzarətdə saxlanılıb. Sultan Əbdülhəmid Şərif Hüseyni Dövlət Şurasına üzv etmişdi, ancaq bölgədə güclənməsinə icazə vermirdi. Sultanın məqsədi ondan digər tayfalara qarşı istifadə etmək idi.

    1908-ci ildə 31 Mart Hadisəsindən sonra İstanbula nəzarəti ələ keçirən Hərəkat Ordusu Sultan Əbdülhəmidi taxtdan salır.

    Əbdülhəmidin taxtdan endirilməsi Yaxın Şərqdə siyasi vəziyyəti dəyişdi.

    Osmanlıda hakimiyyət İttihad və Tərəqqi təşkilatının əlinə keçdi.

    (Soldan sağa) Nuri Paşa, Auda Abu Tayi, Əmir Feysal və Louell Tomas ilə şam yeməyi.

    İttihad və Tərəqqi Komitəsi Yaxın Şərq ilə bağlı verdiyi qərarlarda bir-birinin ardınca üç kritik səhvə yol verdi: Birinci səhv, bölgə üçün yanlış millət vəkilləri seçmək oldu. Üstəlik, radikal ərəb deputatları parlamentdə yer tapdıqları halda, onların məhdud sayda olması və ittihadçıların türkçü ideaları ərəb deputatların qruplaşmasına səbəb oldu. İkinci səhv Şərif Hüseyn Hicaz bölgəsinə əmir təyin edildikdən sonra Mədinə administrasiyasının Haşimi idarəsindən ayrılması oldu. Üçüncü və ən mühüm səhv isə təcrübəsiz və bacarıqsız dövlət adamlarının bölgəyə idarəçi göndərilməsi idi.

    Mədinənin birbaşa hökumətə tabe olması zəvvarların təhlükəsizliyini təmin edən Haşimi ailəsi üçün iqtisadi cəhətdən böyük itki idi. Üstəlik, mərkəzi hökuməti zəif olan Osmanlı İmperiyası ilə digər tayfalara qarşı birgə mübarizə aparmaq maddi cəhətdən sərf edən deyildi. Oğlu Abdullah bu ittifaqa müstəqil dövlət arzusu ilə qatılmışdı. Şərif Hüseyn bu ittifaqa qoşulmaqla ingilis toplarına sahib ola biləəcəyini düşünürdü.

    Bütün bu qarışıqlıq bölgəni yaxından tanıyan Lourensin Şərif Hüseynin oğlu Abdullahla yaxın münasibət qurmasına şərait yaratdı.

    Şərif Hüseyn ilk vaxtlar açıq şəkildə Osmanlı əleyhdarı deyildi lakin Lourens və oğlu Abdullahın təklifləri ilə fikrini dəyişdi.

    Oğlu Abdullahın və Lourensin təşviqi ilə Şərif Hüseyn də Osmanlıya qarşı mübarizəyə qoşuldu. Şərif Hüseynin təşkil etdiyi milis qrupları Osmanlı əsgərlərinə qarşı bombalı hücumlar, su quyularını dağıtmaq, qatar yollarını yararsız hala salmaq kimi aktiv fəaliyyətlərə başladılar.

    İngilislər ərəbləri Osmanlıya qarşı üsyana qaldırmaqla həm ərəblərə Osmanlı düşmənçiliyi aşılayacaqdılar, həm də ərəblər Osmanlıya üsyan etdi deyərək Osmanlıda ərəb düşmənçiliyini təbliğ edəcəkdilər.

    Bu fəaliyyətlər bütün ərəblərin Osmanlıya xəyanət etməsi kimi qələmə verilsədə Lourens və Kral Abdullanın qoşunlarının ümumi sayı 25 minə çatmırdı.

    Osmanlı ordusunda isə Çanaqqala, Qafqaz və İraq cəbhələrində döyüşən təxminən 350 min ərəb əsgəri var idi. Britaniya mərkəzi hökuməti Lourensin qoşunlarını ibtidai tayfalar kimi görürdü.

    Lourens tərəfindən Akabenin Osmanlılardan alınması ilə İngilislərin Lourensə marağı artdı. Məşhur İngilis komandiri Allenbin Lourensi dəstəkləməyə başladı.

    İraq Cəbhəsinin komandanı Sakallı Nurəddin Paşanın məhdud qüvvələrlə nizami ingilis qoşunlarına qarşı əldə etdiyi qələbələr və Mədinədə Fəxrəddin Paşanın göstərdiyi müqavimət, Lourensdə türklərə qarşınifrət hissi yaratmışdı.

    Lourens 1918-ci ilin sentyabrında Dəməşqin mühasirəsində təslim olan  minlərlə türk əsgərini “Əsir olmasın” əmri ilə öldürtmüşdü. Lourensin muzdlular və bədəvilərdən ibarət olan qoşunu təslim olan 10 min Osmanlı əsgərini başlarını kəsərək şəhid etmişdi.

    Etdiyi bu qətliam daha sonra Lourensin həyatından bəhs edən filmdə Lourensin türk zabiti tərəfindən təcavüz edildiyi iddiaları ilə ört basdır edilməyə çalışılmışdı.

    Ceyms Barr İngiltərənin Ərəbistandakı fəaliyyətləri, həmçinin Lourensdən bəhs etdiyi kitabında bu iddiaların yalan olduğunu isbat edir.

    Lourens təcavüz edildiyini iddia etdiyi məktubda hadisənin 15-21 noyabr tarixləri arasında Dərada olduğunu bildirmişdi. Ceyms Barr isə kitabında Lourensin o tarixlərdə Dərada olmadığını sübut edir.

    Lourens sonrakı illərdə söylədiyi iddiada təkid etmədi.

    İllər sonra yazdığı “Yeddi hikmət sütunu” adlı əsərində də bu iddiadan bəhs etmədi.

    Lourens kitabında qətliam haqqında danışarkən, qətliama razılıq vermədiyini, törədilən qətliamın “ərəblərin vəhşiliyi” olduğunu deyib.

    Müharibədən sonra Lourens adını dəyişərək Britaniya Hərbi Hava Qüvvələrinə qoşulur.

    İllər sonra xatirələrini yazıb çap etmək istəsə də çap xərclərini qarşılayacaq pulu olmur. Maliyyə dəstəyi tapmaq üçün hazırladığı əsərin ilk nəşri də müəmmalı şəkildə yoxa çıxır.

    Sonralar o, xatirələrini yenidən yazaraq “Yeddi hikmət sütunu” adı ilə çap etdirir.

    Lourens 1935-ci il mayın 13-də motosiklet sürərkən yolda qəzaya düşür. Xəstəxanaya aparılan Lourens başından aldığı travma nəticəsində ölür.

    Bəziləriləri  Lourensin yolda qara rəngli avtomobillə toqquşduğunu bəziləri isə önünə balaca uşaq çıxdığı üçün qəza keçirdiyini iddia  edir.

    Bəzilərinə görə, Lourens başqa bir missiya üçün ölmüş kimi göstərilib, bəziləri isə Britaniya Təhlükəsizlik Xidmətinin Lourensi öldürdüyünü iddia ediblər.

    Tomas Edvard Lourens kimdir?
    Tomas Edvard Lourens kimdir?
    Tomas Edvard Lourens kimdir?
    #Tomas Edvard Lourens kimdir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ən islahatçı ABŞ prezidenti - Teodor Ruzvelt kimdir?

    2 Noyabr 2025 10:00

    Teflon Don - Mafiya başçısı Con Qotti kimdir?

    1 Noyabr 2025 20:00

    Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

    1 Noyabr 2025 19:33

    Sudanda ölümün siması - Əbu Lülü kimdir?

    30 Oktyabr 2025 18:00

    XX əsr sənətinin simvolu - Pablo Pikasso

    26 Oktyabr 2025 19:53

    Tufan Erhürman kimdir?

    25 Oktyabr 2025 20:00

    Baydenin süfrəsində vegetarian qonaq - çayçı oğlu Modi kimdir?

    19 Oktyabr 2025 12:57

    BMT baş katibliyinə namizəd - Diplomatik səmimiyyətin zirvəsindəki Rafael Qrossi kimdir?

    18 Oktyabr 2025 12:32

    UNESCO-ya rəhbərlik edən ilk ərəb Xalid əl-Ənani kimdir?

    15 Oktyabr 2025 11:50

    Marqaret Tetçer – baqqal qızı – Dəmir Ledi

    12 Oktyabr 2025 20:00

    İraq müharibəsinin memarı - Qəzzada sülh göyərçini - Toni Bleyer

    11 Oktyabr 2025 19:10

    Fələstin əsilli Nobel laureatı alim Ömər Yaği kimdir?

    8 Oktyabr 2025 21:00
    Demo
    XƏBƏR LENTİ

    Qətərdə U17 dünya kuboku start götürüb

    Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

    İslam dünyası bir-birinə bağlı bina kimi olmalıdır - Ərdoğan

    Türkiyənin təşəbbüsü ilə Qəzza üzrə beynəlxalq toplantı başlayıb

    Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri müzakirə edilib

    Ermənistan vətəndaşlarının məhkəməsində prokurorlar ittiham çıxışına başladı: Təqsirləri sübutlarla təsdiqlənib

    Aİ və Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

    İsrail hərəkətliliyindən sonra Livan ordusu sərhəddə yüksək hazırlığa gətirildi

    Prezident İlham Əliyev: Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır

    Prezident İlham Əliyev: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.