BAKI,AzerVoice
Bu araşdırma məqaləsi SSRİ-nin "qızıl dövrü" haqqında onilliklərdir formalaşmış 33 məşhur mifi tarixi faktlar, arxiv sənədləri və iqtisadi analizlərlə tamamilə alt-üst edir. Mətndə sovet plombirinin əslində Amerika texnologiyası olmasından tutmuş, "pulsuz" mənzil sisteminin pərdəarxasındakı ömürlük gizli ipoteka mexanizminə qədər bir çox şok edici həqiqətlər yer alır. Məqalə totalitar sistemin daxili çürüməsini, xarici texnologiyalardan asılılığını və bəşəri ehtiyaclara qarşı laqeyd münasibətini əks olunub. Burada staxanovçu hərəkatının təbliğat oyunu, tualet kağızı qıtlığı və "Pepsi" müqabilində satılan hərbi donanma kimi rüsvayçı tarixi faktlar ilk dəfə bu qədər detallı şəkildə ifşa olunur. Yazı nostalji hisslərinin yaratdığı illüziyaları dağıdaraq, real sovet həyatının əslində total qıtlıq və məişət təhqirləri üzərində qurulduğunu faktlarla sübuta yetirir. Hər bir bənd sovet dövrünün parıldayan vitrinləri arxasındakı boz və acı həqiqətləri gün işığına çıxarır.
Sovet Plombiri: Amerika "Fastfud"unun nüsxəsi
Hər kəsin öyündüyü o məşhur sovet dondurması əslində Amerika texnologiyasıdır. 1936-cı ildə qida sənayesi komissarı Anastas Mikoyan ABŞ-a səfər edərkən oradakı dondurma sənayesinə heyran qalır. O, hər şeyi: texnologiyanı, resepturanı, dəzgahları və hətta dondurmanın küçədə satılması ideyasını Amerikadan alır. Məşhur sovet "QOST"u (dövlət standartı) 1930-cu illərin Amerika standartlarının hərfi tərcüməsidir.
Pulsuz" Mənzillər: Ömürlük gizli ipoteka
SSRİ-də mənzillər pulsuz verilmirdi. Birincisi, mənzil sizin mülkiyyətiniz deyildi; onu sata, bağışlaya və ya miras qoya bilməzdiniz. Siz sadəcə dövlətin kirayəçisi idiniz. İkincisi, siz onun pulunu ömür boyu ödəyirdiniz. Dövlət işçiyə qazandığı 400 rublun əvəzinə cəmi 150 rubl verir, qalan fərqi mənzil tikintisinə ayırırdı. Bu, ömürlük davam edən və mülkiyyət hüququ verməyən gizli bir ipoteka idi.
Kosmosa və tualet kağızı
SSRİ Qaqarini kosmosa göndərə bilirdi, amma öz xalqı üçün tualet kağızı istehsal edə bilmirdi. İlk tualet kağızı zavodu yalnız 1969-cu ildə - Qaqarinin uçuşundan 8 il sonra açıldı. Zavodun avadanlıqları isə İngiltərədən alındı. O vaxta qədər 250 milyon insan "Pravda" və ya "Trud" qəzetlərindən istifadə edirdi. Qəzet boyasındakı qurğuşun və xrom isə minlərlə insanın sağlamlığına gizli zərbə vururdu.
"Pepsi" və hərbi donanma: Rüsvayçı barter
Sovet rublu xaricdə heç kimə lazım olmayan adi bir kağız parçası idi. 1970-ci illərdə SSRİ "Pepsi-Cola" almaq istəyəndə dolları çatmadığı üçün qəribə bir barter təklif etdi. 1989-cu ildə SSRİ şirin şirənin əvəzini hərbi donanma ilə ödədi: "Pepsi" şirkəti 17 sualtı qayıq, kreyser və freqat aldı. Həmin gün bir qazlı su istehsalçısı dünyanın 6-cı ən böyük donanmasına sahib oldu.
Staxanov Hərəkatı
Mədənçi Aleksey Staxanovun bir növbəyə normaları 14 dəfə keçməsi əslində bir təbliğat oyunu idi. Adi mədənçi hər şeyi tək görürdüsə, Staxanovun rekordu üçün arxada bütöv bir briqada işləyirdi. O, sadəcə mədən qazırdı, digərləri isə bərkidici işləri görürdü. Nəticədə rekord onun adına yazıldı, amma digər mədənçilərin iş norması kəskin artırıldı.
Qazlı su avtomatları: Antisanitariya lotereyası
Hər kəsin nostalji ilə xatırladığı o avtomatlarda bütün rayon üçün cəmi bir stəkan olurdu. Hər cür infeksiya daşıyıcısı olan insanlar eyni stəkandan içirdi. Stəkan isə sabunsuz, qaynar susuz, sadəcə soyuq suyun fəvvarəsi ilə "yuyulurdu". Bu, kütləvi yoluxucu xəstəliklər üçün açıq bir dəvətnamə idi.
Yataq otağında kalkulyator
SSRİ-də 1941-ci ildən dağılana qədər subaylardan və övladı olmayanlardan xüsusi vergi alınırdı. Maaşın 6%-i dövlətə getməli idi. Əgər sağlamlıq imkan vermirdisə, insan bu "alçaldıcı" vəziyyəti sübut etmək üçün tibbi arayışlar yığmalı idi. Dövlət insan bədəninə yeni vətəndaşlar istehsal edən bir dəzgah kimi baxırdı.
Squşonka (Qatılaşdırılmış Süd): Amerika ixtirası idi
Mavi-ağ rəngli qatılaşdırılmış süd bankası əslində amerikalı Qeyl Bordenin ixtirasıdır (1856-cı il). SSRİ bu zavodun lisenziyasını və avadanlıqlarını 1930-cu illərdə Amerikadan alıb. Hətta bankanın dizaynı da qərb nümunələrindən götürülüb.
Kıştım fəlakəti: Gizli radiasiya cəhənnəmi
Çernobıldan 30 il əvvəl, 1957-ci ildə Çelyabinsk yaxınlığında radioaktiv tullantılar partladı. 270 min insan radiasiya buludunun altında qaldı. Rəhbərlik isə hadisəni gizlətdi. İnsanlar radiasiyalı ərazilərdə yaşamağa, su içməyə davam etdilər. Xəstəxanalarda "şüa xəstəliyi" diaqnozu qoymaq qadağan edildi.
"Doktor" Kolbasası: Müalicəvi Həb
Bu kolbasa əslində bir delikates deyil, aclıqdan əziyyət çəkən xalq üçün hazırlanmış kalori bombası idi. Resept 1936-cı ildə qanazlığı və distrofiyadan əziyyət çəkənlər üçün tibbi qida kimi hazırlanıb. Sonralar, 70-ci illərdə tərkibinə nişasta və un qatılaraq keyfiyyəti aşağı salındı.
Fərqli düşünənlər dəlidir
SSRİ-də partiya ilə razılaşmayanlar üçün "ləng gedişli şizofreniya" adlı uydurma diaqnoz ixtira edilmişdi. Əgər kommunizmi sevmirdinsə, deməli dəlisən. Yazıçılar və dissidentlər xüsusi həbsxana tipli xəstəxanalara bağlanır, ağır preparatlarla iradələri sındırılırdı.
Divardakı xalçalar: Səs zolyasiyası vasitəsi
Xalçalar dekorasiya üçün deyil, ehtiyacdan asılırdı. "Xruşşovka"ların divarları karton kimi nazik idi. Qonşunun asqırmasını belə eşitməmək və soyuqdan qorunmaq üçün divara xalça asmaq yeganə çıxış yolu idi.
Tetris: Oğurlanmış intellekt
Dünyanın ən məşhur oyununu sovet proqramçısı Aleksey Pajitnov yaratsa da, SSRİ-də intellektual mülkiyyət olmadığı üçün bütün hüquqları dövlət mənimsədi. Qərb şirkətləri milyardlar qazanarkən, Pajitnov sadəcə 150 rubl maaş alırdı.
Hamı bərabər deyildi
"Hamı bərabərdir" şüarı yalan idi. Diplomatlar və nomenklatura üçün xüsusi mağazalar var idi ki, orada xarici mallar satılırdı. Adi müəllim və ya mühəndis o mağazalara girə belə bilməzdi.
Genetika: Burjua elmidir
Trofim Lısenko Stalini inandırdı ki, genetika yalan elmdir. Bu səbəbdən SSRİ-nin ən böyük alimləri, o cümlədən Nikolay Vavilov həbsxanalarda aclıqdan öldü. SSRİ biotexnologiya sahəsində dünyadan 50 il geri qaldı.
28 Panfilovçu: Jurnalist ydurması
Bu məşhur hərbi qəhrəmanlıq dastanı əslində "Krasnaya Zvezda" qəzetinin müxbiri tərəfindən uydurulub. 1948-ci ildə hərbi prokurorluq araşdırdı ki, belə bir döyüş olmayıb, hətta "qəhrəman" elan edilənlərdən biri sağ qalıb və almanlara xidmət edib. Lakin dövlət bu yalanı yaşatmağa davam etdi.
Balıq günü: Ət qıtlığının maskalanması
Hər cümə axşamı yeməkxanalarda balıq verilməsi xalqın sağlamlığı üçün deyil, ölkədə ət qurtardığı üçün idi. Kənd təsərrüfatı çökdüyü üçün insanları məcburi şəkildə ucuz balıqlara alışdırırdılar.
Çıxış vizaları: Böyük həbsxana
SSRİ-dən xaricə getmək qeyri-mümkün idi. Hətta Bolqarıstana getmək üçün partiya komitəsində imtahan verməli idiniz. Qonşu ölkənin kommunist liderinin adını bilmirdinizsə, sizi ölkədən buraxmırdılar.
"Avoşka" (Tor): Kasıblıq rəmzi cib səbəti
İnsanlar toru cibində ona görə gəzdirirdilər ki, birdən dükanlara nə isə satışa çıxarılsa ala b ildinlər. Sellofan paketlər isə o qədər qıt idi ki, onları yuyub iplərdən asırdılar.
101-ci Kilometr: Şəhərlərin "Təmizlənməsi"
Böyük bayramlar və Olimpiada ərəfəsində "arzuolunmaz" şəxslər (evsizlər, alkoqoliklər) tutulub böyük şəhərlərdən 100 km kənara atılırdılar. Sovet şəhərlərinin vizual təmizliyi deportasiyalar hesabına başa gəlirdi.
Keyfiyyət Nişanı: Mənası olmayan möhür
Malların üzərinə vurulan beşbucaqlı keyfiyyət nişanı sadəcə planı doldurmaq üçün idi. Bu nişanlı televizorlar və maşınlar tez-tez alışır və ya xarab olurdu.
Pavlik Morozov əslində atasını satan xain idi
Atasını satması ilə məşhurlaşan bu uşağın hekayəsi əslində ailədaxili intiqam idi. Atası anasını atdığı üçün Pavlik məhkəmədə onun əleyhinə danışmışdı. Təbliğat isə bunu "partiya ailədən üstündür" prinsipinə çevirdi.
Sovet Şampanı: Sürətli surroqat
Klassik şampan illərlə hazırlansa da, SSRİ-də bunu 25 günə, nəhəng sisternlərdə hazırlayırdılar. Nəticədə əsl şampan deyil, sadəcə qazlı bir içki alınırdı.
Avaralıq Maddəsi: Məcburi əmək
SSRİ-də işsizlik yox idi, çünki işləməmək cinayət idi. 4 aydan çox işsiz qalanlar həbs edilirdi. Hətta İosif Brodski kimi şairlər də "avara" damğası ilə sürgünə göndərilmişdi.
Şüşə şpris: Tibbi işgəncə
Birdəfəlik şprislər yox idi. Şüşə şprislər və qalın iynələr hər dəfə qaynadılırdı, bu da iynələrin ucunda zərrəciklərin yaranmasına və inyeksiyanın dözülməz ağrılı olmasına səbəb olurdu.
Dollar 67 Qəpik: Kağız üzərində illüziya
Dolların rəsmi qiyməti ucuz olsa da, onu almaq qadağan idi. Valyuta satanları güllələnmə və ya 15 il həbs gözləyirdi. Qara bazarda isə dollar 10 rubla qədər qalxırdı.
"Göy Quş" – toyuq istehsalının adı var idi
Sovet dükanlarındakı toyuqlar o qədər arıq və göyümtül idi ki, onları "göy quş" adlandırırdılar. Onları bişirmək üçün saatlarla qaynatmaq lazım idi, əks halda rezin kimi qalırdılar.
Subbotniklər: Həftəsonu qul əməyi
İnsanlar 6 gün işlədikdən sonra istirahət günlərində pulsuz işləməyə məcbur edilirdi. Dövlət bu yolla kommunal xidmətlərə qənaət edir, ziyalıları küçə süpürməyə çıxarırdı.
Dadlı və sağlam qida kitabı: Qastronomik fantastika
Bu kitabdakı şəkillərdə kürülər, ekzotik meyvələr olsa da, real dükanlarda yalnız dəniz kələmi və marqarin tapılırdı. Kitab sadəcə "elit" təbəqənin necə yaşadığını göstərən bir kataloq idi.
Paketlərin yuyulması: Yoxsulluq simvolu
Sellofan paketlər bir status rəmzi idi. Cırılan paketləri atmır, ütü ilə yapışdırıb yenidən istifadə edirdilər. Bu, xalqın fərqində olmadığı total yoxsulluğun göstəricisi idi.
Məktəbli forması: Qulluqçu geyimi
Qızların sovet forması əslində çar Rusiyasındakı qulluqçu geyimlərinin eynisi idi. "İnqilab" etmiş ölkə öz uşaqlarını keçmişin nökər paltarlarında gəzdirirdi.
Qıtlıq və növbələr: Həyatın yarısı növbədə keçirdi
Orta statistik sovet qadını gündə 2-4 saatını növbələrdə keçirirdi. Regionlardan Moskvaya "kolbas qatarları" ilə gəlib sosiska və portağal alırdılar, çünki yerlərdə dükanlar boş idi.
Sabit qiymətlər: Ən böyük yalan
Qiymət kağız üzərində eyni qalsa da, mal yox idi. Bu, "gizli inflyasiya" idi. Qiymət eyni olsa da, malı ya növbədə, ya da "tanışlıqla" 3 qat baha almalı idiniz.
SSRİ insanları bir material kimi görən nəhəng bir sosial eksperiment idi.