Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    Sudanda inqilabın 7-ci ildönümü: BƏƏ humanitar yardım və sülh çağırışını təkrar etdi

    30 Dekabr 2025 12:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email


    BAKI, AzerVoice

    Dekabrın 19-da Sudanda və onun xaricində yaşayan Sudan xalqı 2018-ci ilin dekabr inqilabının 7-ci ildönümünü qeyd etdilər. İnqilab pisləşən iqtisadi və siyasi şərtlərə qarşı etiraz kimi başlamış və Sudan xalqının inqilabın məqsədlərinə nail olmaq istiqamətində dayanıqlığını və qətiyyətini təcəssüm etdirmişdir.

    AzerVoice xəbər verir ki, təxminən 3 il davam edən faciəvi vətəndaş müharibəsindən və mülki keçid hökumətinin devrilməsindən 5 il keçməsindən sonra Sudanlıların əsas arzuları müharibənin dərhal dayandırılması və ekstremizm, terrorizm və əvvəlki rejimlərin dağıdıcı siyasətlərindən azad, demokratik mülki dövlətin qurulmasına yönəlmişdir.

    Birləşmiş Ərəb Əmirlikləri sarsılmaz mövqeyini bir daha təsdiqləyir:
    1. Dərhal və qeyd-şərtsiz atəşkəsin elan edilməsi;
    2. Humanitar yardımın təcili, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasının təmin edilməsi;
    3. Müharibə aparan tərəflərin heç biri tərəfindən nəzarət olunmayan, Sudanlıların təhlükəsizlik, sabitlik və sülhə dair arzularını reallaşdıracaq mülki rəhbərlik tərəfindən müstəqil siyasi keçidin həyata keçirilməsi;
    4. Sudan xalqının maraqlarını ali prioritet hesab edən və ABŞ-ın rəhbərlik etdiyi Kvartetlə (Quad) birgə işləmək öhdəliyi.

    Qeyd edilməlidir ki, Afrika İttifaqı Port Sudan Administrasiyasının (PSA) legitimliyini tanımır. PSA-nın son dövrlərdə yayınma və təbliğat xarakterli fəaliyyəti müəyyən ekstremist aktorların və şəbəkələrin əsas milli institutlara təsir göstərmək cəhdləri ilə bağlı narahatlıqlar yaradır.

    Həmçinin, aşağıdakı keçidə müraciət edilməsi tövsiyə olunur. Bu, CNN və Lighthouse Reports tərəfindən hazırlanmış birgə araşdırma hesabatıdır və PSA tərəfindən Sudanın Əl-Cəzirə ştatı üzrə mülki əhalini hədəf alan, etnik motivli kampaniyanı sənədləşdirilmiş sübutlarla ifşa edir.

    BƏƏ-nin səyləri hər zaman ilk növbədə humanitar xarakter daşıyıb (2015–2025-ci illərdə BƏƏ Sudan Respublikasına 4,24 milyard ABŞ dolları həcmində yardım göstərmiş, 2023–2025-ci illərdə isə 784 milyon ABŞ dolları məbləğində humanitar yardım töfhə vermişdir ki, münaqişə başlayandan bəri BƏƏ ABŞ-dan sonra Sudana ən böyük ikinci donor olmuşdur).

    BƏƏ bu dağıdıcı vətəndaş müharibəsi dövründə Sudan xalqına qarşı hər iki vuruşan tərəfi- həm PSA-nın, həm də Sürətli Dəstək Qüvvələrinin (Rapid Support Forces) hərəkətlərini qətiyyətlə pisləməyə davam edir.

    BƏƏ mülki şəxslərə qarşı törədilən zorakılığın və vəhşiliklərin dayandırılması üçün birləşmiş regional və beynəlxalq səylərin vacibliyini vurğulayır.

    #BƏƏ #ABŞ #Sudan #Afrika İttifaqı #Sürətli Dəstək Qüvvələri (RSF) #Port Sudan Administrasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ-Belçika münasibətlərində yeni mübahisə

    18 Fevral 2026 16:26

    Ankara Vaşinqton və Tehranla intensiv təmasdadır - Ərdoğan

    18 Fevral 2026 14:13

    Klinton Orbanı Trampın siyasi təsiri altında olmaqda ittiham etdi

    18 Fevral 2026 13:31

    Türkiyə limanlarına BƏƏ-dən tranzit yük daşınması artıb (ÖZƏL)

    17 Fevral 2026 16:08

    BƏƏ ilə qida sektoru və aqrar sahədə əməkdaşlıq müzakirə olunub

    17 Fevral 2026 15:50

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15

    Tramp Səudiyyə Ərəbistanı ilə BƏƏ arasındakı gərginliyə münasibət bildirib

    17 Fevral 2026 11:47

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42
    XƏBƏR LENTİ

    "Mir" Stansiyası və Türkmənistanın Bayramı: 19 Fevral Dosyesi

    Təravih namazı haqqında hər şey: Hökmü, rükət sayı və qılınma vaxtı

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…

    İranın uran ehtiyatlarını Rusiyaya verməsi küncə sıxışdırılma əlamətidir - Rufiz Hafizoğlu

    Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

    Evlərin sökülməsi ilhaq planının tərkib hissəsidir - HƏMAS

    Naxçıvanda avtobus marşrutları "BakuBus"a həvalə edildi

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.