Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Xəbərlər

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    17 Fevral 2026 14:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Nailə Babazadə

    ABŞ Cənubi Çin dənizində mümkün təhdidlərin qarşısını almaq məqsədilə Filippinlərə daha çox müasir raket sistemləri yerləşdirməyi nəzərdən keçirir. Vaşinqton və Manila Çin tərəfindən həyata keçirildiyini bildirdikləri “qanunsuz, məcburedici və aqressiv fəaliyyətləri” kəskin şəkildə pisləyiblər.

    AzerVoice xəbər verir ki, ABŞ və Filippin rəsmiləri Manilada keçirilən illik danışıqlarda təhlükəsizlik, siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Tərəflər bu il üçün birgə hərbi təlimlərin artırılması, Filippin ordusunun modernləşdirilməsi və ölkəyə əlavə yüksək texnologiyalı raket və pilotsuz sistemlərin yerləşdirilməsi barədə razılığa gəliblər.

    Birgə bəyanatda naviqasiya azadlığının, hava məkanından sərbəst istifadə hüququnun və beynəlxalq dəniz ticarətinin qorunmasının vacibliyi vurğulanıb. Həmçinin Çinin Cənubi Çin dənizindəki addımlarının regional sabitliyə və Hind-Sakit okean iqtisadiyyatına mənfi təsir göstərdiyi qeyd olunub.

    Çin isə Filippinin şimalında ABŞ-a məxsus “Typhon” orta mənzilli raket sisteminin və gəmi əleyhinə raket qurğularının yerləşdirilməsinə etiraz edir. Pekin bu addımları özünün yüksəlişinə qarşı yönəlmiş siyasət kimi qiymətləndirir və onların regional sabitliyə təhdid olduğunu bildirir.

    Filippin tərəfi isə raket sistemlərinin sırf çəkindirici məqsəd daşıdığını bəyan edib. ABŞ-ın yerləşdirdiyi “Typhon” qurğuları “Standard Missile-6” və “Tomahawk” tipli raketləri buraxa bilir. “Tomahawk” raketlərinin 1600 kilometrdən artıq mənzili var ki, bu da Luzon bölgəsindən Çinin bəzi ərazilərini hədəf radiusuna daxil edir.

    Son illərdə Çin və Filippin sahil mühafizə qüvvələri arasında mübahisəli sularda qarşıdurmalar artıb. Ərazi iddialarında Vyetnam, Malayziya, Bruney və Tayvan da iştirak edir. ABŞ və Filippin rəsmiləri bildirirlər ki, planlaşdırılan yeni sistemlər regionda balansı qorumaq və mümkün aqressiyanı önləmək məqsədi daşıyır.

    #ABŞ #Filippin #hərbi təlim #hərbi təlimlər #hərbi təlim uçuşu #Çin Tayvan hərbi təlimləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hindistan İranla əlaqəli üç tankeri ələ keçirib

    17 Fevral 2026 11:45

    Tramp Kuba ilə danışıqların başlandığını açıqlayıb

    17 Fevral 2026 10:19

    Zelenski ABŞ-ın şərtlərinə etiraz etdi

    16 Fevral 2026 17:21

    Özbəkistan prezidenti ABŞ-a səfər edəcək

    16 Fevral 2026 16:26

    Tehran ədalətli nüvə danışıqlarına hazırdır - Laricani

    16 Fevral 2026 12:42

    Rusiya Finlandiya sərhədi boyunca yeni hərbi obyektlər qurur - Helsinki

    16 Fevral 2026 11:53

    Əraqçi Cenevrəyə gedib: İran–ABŞ dolayı danışıqlarının növbəti raundu keçiriləcək

    16 Fevral 2026 10:57

    Zelenski Trampın ultimatumuna cavab verib - Kifayət qədər kompromis edilib

    14 Fevral 2026 16:36

    ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır

    14 Fevral 2026 15:50

    ABŞ aralıq seçkilərə hazırlaşır

    14 Fevral 2026 09:14

    BMT maliyyə böhranı təhlükəsi ilə üz-üzə qalıb

    13 Fevral 2026 12:43

    Parlamentdə ABŞ-nin Vitse-prezidentinin Azərbaycana səfəri müzakirə olunub

    13 Fevral 2026 11:58
    XƏBƏR LENTİ

    Suriyada mina partlayışı: jurnalist də daxil olmaqla 3 nəfər yaralandı

    BƏƏ ilə qida sektoru və aqrar sahədə əməkdaşlıq müzakirə olunub

    Fənərbaxça–Nottinqem Forest oyununu isveçrəli hakim idarə edəcək

    Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

    Adil Əliyevə buna görə töhmət verilib

    Türkiyədə SCADA sistemlərinin satın alınması üzrə tender elan edilib

    Avropa İttifaqı iş cihazlarında süni intellekt funksiyalarını deaktiv edib

    Əlilliyin qiymətləndirilməsində süni intellektin tətbiqi genişlənir

    ABŞ Filippinə əlavə raket sistemləri yerləşdirməyi planlaşdırır

    Keçən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.