Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Digər Dövlətlər

    İranın uran ehtiyatlarını Rusiyaya verməsi küncə sıxışdırılma əlamətidir - Rufiz Hafizoğlu

    18 Fevral 2026 21:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Artıq bir müddətdən çoxdur ki, İran ətrafında cəriyan edən proseslər beynəlxalq ictimaiyyətin önəmli gündəm mövzusuna çevrilib.

    ABŞ-İran hərbi qarşıdurması ehtimalı ilə bağlı dolaşan söz-söhbətlər nəinki ABŞ-nin Avropadakı müttəfiqlərini, hətta Yaxın Şərqin aparıcı ölkələri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliləri və Türkiyəni ciddi şəkildə narahat edir.

    ABŞ və İran bir-birinə qarşı sərt ritorikalar səsləndirsə də, nə Vaşinqton, nə də Tehran qarşıdurmaya getməkdə maraqlı görünmür. Buna görə də hər iki tərəf üçüncü bir ölkənin vasitəçiliyi əsnasında və ya üçüncü bir ölkədə danışıqlar aparmaq qərarına gəlib.

    2026-ci ilin fevralından başlayaraq Omanda danışıqların ilk raundu baş tutdu. Danışıqlar prosesində əsas müzakirələr məhz nüvə məsələsi ətrafında aparılır. Qeyd edək ki, fevralın 17-də isə Cenevredə ABŞ-İran danışıqlar prosesinin növbəti raundu keçirilib.

    İran KİV-lərinin məlumatına görə, ABŞ və İran rəsmiləri arasında əsas prinsiplər üzrə razılıq əldə olunub. İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib ki, tərəflər ilkin çərçivə məsələlərində ortaq mövqeyə gəliblər və danışıqlar növbəti mərhələdə daha detallı müzakirələrlə davam etdiriləcək.

    Nazir vurğulayıb ki, əldə olunan razılıq yekun saziş demək deyil, lakin prosesin irəliləməsi baxımından mühüm addım hesab olunur. Eyni zamanda, KİV-lərdə belə bir məlumat yayılıb ki, İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda uran zənginləşdirməsini dayandırmağa, ehtiyatlarının bir hissəsini Rusiya da daxil olmaqla başqa bir ölkəyə köçürməyə və Amerika tərəfi ilə işgüzar münasibətlərə başlamağa hazır olduğunu açıqlayıb.

    İran rəsmilər Tehranın uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmağa hazır olduğunu da bildirib. Danışıqlar prosesinin getdiyi bir zamanda ABŞ Yaxın Şərq regionunda hərbi mövqelərini möhkəmləndirməyə davam etdirir – Vaşinqton son 24 saat ərzində bölgədə “F-35”, “F-22” və “F-16” da daxil olmaqla 50-dən çox qırıcı təyyarə yerləşdirib.

    ABŞ-İran danışıqlarında tərəflərin tam ortaq mövqeyə gəlib-gəlməyəcəyi, xüsusilə də yekun nəticənin əldə olunması ehtimalı və Yaxın Şərqin bundan sonrakı vəziyyəti ilə bağlı Yaxın Şərq üzrə siyasi ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az”-a müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik:

    - Rufiz müəllim, ümumiyyətlə, hər iki tərəf bu danışıqlarda müəyyən güzəştlərə getməklə öz maraqları çərçivəsində istədiklərinə nail ola biləcək?

    - İlk növbədə qeyd edim ki, biz bu kimi məsələlərə sadəcə görünən tərəfdən yanaşırıq. ABŞ-İran danışıqları, nüvə məsələsi ətrafındakı müzakirələr və s. Bəli, müəyyən fasilədən sonra ABŞ ilə İran arasından görüşlər yenidən başlayıb. Amma bu görüşlərdə hansı qərarın qəbul ediləcəyi və ya tərəflərin hansı nəticəyə gələcəyi tam olaraq bəlli deyil.

    Tərəflərin güzəştə getmək məsələsinə gəlincə, qeyd edim ki, Vaşinqton heç bir halda Tehrana güzəştə getməyəcək. Çünki İran hakimiyyətinin danışıqlar masası arxasına oturması və Tehranın öz uran ehtiyatlarını qismən olsa da, Rusiyaya təhvil verməyə razı olması ABŞ-nin, daha doğrusunu desək, Tramp administrasiyasının təzyiq siyasətinin nəticəsidir.

    Bu İranın küncə sıxışdırılması deməkdir. İranın ABŞ-a qarşı hər hansı təzyiq mexanizmi demək olar ki, yoxdur. Necə ki, Ərəb ölkələri İsrailə təzyiq etmək imkanlarına malik deyilsə, İran da bu imkanlara malik deyil. Burada xüsusi bir məqamı da vurğulamaq lazımdır.

    İranın hərbi-siyasi və dini rəhbərliyi Amerikanı “böyük şeytan” adlandırır. İslam inqılabından bəri bu, İran İslam Respublikasının idelogiyasının əsas qayəsi hesab olunur. Belə olan halda Tehranın öz dizini qatlayıb “böyük şeytan” adlandırdığı ABŞ-la dialoq və danışıqlar aparması İslam Respublikasının adına və nüfuzuna bir təhqirdir.

    ABŞ-la nüvə danışıqlarının olması belə, İranın himayə etdiyi islamçı cəbhələrdə çox ciddi fikir ayrılıqlarına gətirib çıxaracaq. Hətta uranın Rusiyaya təhvil verilməsi başqa bir fikir ayrılığına yol açacaq. Prezident Məsud Pezeşkian bu yaxınlarda çıxışında bəyan edib ki, İsrailin İrana on iki günlük hücumu zamanı müttəfiqlər Tehrana dəstək vermədilər və onu yalnız buraxdılar.

    Bu on iki günlük müddətdə Moskva İrana heç bir real dəstək vermədi. Digər tərəfdən İran hakimiyyətinin ABŞ-la danışıqlarda razılığa gəlməsi İranın özü daxil olmaqla şiə coğrafiyasında – İraq, Livan və Yəməndə Tehrana inamsızlığın yaranmasına səbəb ola bilər.

    İran hakimiyyətinə bağlı olan şiə müsəlmanlarında belə bir sual yarana bilər ki, necə olur ki, sən İran şiə müsəlmanlarının zəkatından və sədəqəsindən istifadə etməklə öz maraqlarını genişləndirməyə, mövqelərini möhkəmləndirməyə və nüvə dövlətə olmağa çalışırdın, amma o biri tərəfdən “böyük şeytan” adlandırdığın ABŞ-la danışıqlar aparıb razılığa gəlirsən. Bunun özü İranın həm öz daxilində, həm də digər şiə coğrafiyalarında nüfuzuna ağır və sarsıdıcı zərbə vura bilər.

    - Əgər İran ABŞ qarşısında belə gücsüzdürsə, onda nəyə göyə Tramp administrasiyası İranla danışıqlar aparır? Məgər, Vaşinqton güc taktikasından istifadə edə bilməz?

    - Körfəz ölkələrində ABŞ-nin hərbi bazaları mövcuddur. Bu, bölgə üçün çox ciddi risklər yaradır. Bəli, Vaşinqton güc taktikasından istifadə edə bilərdi. Amma Tramp administrasiyası hələ ki, İranla danışıqlar aparmağı üstünlük verir və Prezident Donald Tramp bəyan edib ki, Vaşinqton Tehranla nüvə məsələsini həll etmək üçün danışıqlar aparmağa hazırdır.

    Qeyd edim ki, ABŞ İrana hərbi müdaxilə məsələsində regiondakı müttəfiqləri – Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən dəstək ala bilmədi. Bu ölkələr açıq şəkildə İrana hərbi müdaxiləyə qarşı olduqlarını bəyan etdilər. Bu, çox önəmli bir amildir. Eyni zamanda, İran da regionda öz proksi qüvvələrindən ABŞ-a qarşı istifadə edə bilmədi. Son proseslər sadəcə olaraq, diplomatik-siyasi oyun idi və bu oyun ABŞ-nin xeyrinə idi.

    - Rusiyanın ABŞ-İran razılaşması çərçivəsində nüvənin məhdudlaşdırılması prosesində iştirak edəcəyi iddia edilir. Maraqlıdır, ABŞ ilə Rusiya arasında qarşılıqlı münasibətlərin olmadığı müddətdə Vaşinqton Moskvaya necə etibar edə bilər?

    - Heç bir zaman dövlətlərin bir-birinə tam etibarı olmayıb. Ümumiyyətlə, dövlətlərarası münasibətlərdə dostluq və qardaşlıq anlayışları dayanıqlı deyil. Dövlətlərin maraqları var və hər bir dövlət öz maraqları çərçivəsində hərəkət edir. Bu, inkar olunmayan bir reallıqdır. O ki qaldı Vaşinqtonun bu məsələdə Moskvaya güvənməsinə, hesab edirəm ki, İranla danışıqlarda konkret nəticə əldə olunmadan, İranın öz uran ehtiyatlarını Rusiyaya təhvil vermək məsələsi sual altındadır.

    Xüsusilə bildirim ki, İranın ABŞ-dan yeganə istəyi bu ola bilər ki, Vaşinqton zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya təhvil verilməsinə razı olsun. Burada daha bir məqamı da nəzərə almaq lazımdır. Bildiyimiz kimi, Rusiya nüvə təcrübəsinə malik olan ölkədir. Bəlkə də, Vaşinqton İrandakı zənginləşdirilmiş uran ehtiyatlarının Rusiyaya verilməsinə razı ola bilər. Ancaq Vaşinqton bu ehtiyatların Çinə ötürülməsinə əsla razı ola bilməz.

    ABŞ-Rusiya və ABŞ-Çin münasibətlərini müqayisə etsək, Rusiya Çinə nisbətən ABŞ üçün güvənilə bilən bir ölkədir. ABŞ və İsrailin əsas məqsədi uran ehtiyatlarının İrandan çıxarılmasıdır. Uran ehtiyatlarının Rusiyaya və Belarusiyaya təhvil verilməsi ABŞ və İsrail üçün heç bir əhəmiyyət kəsb etmir. Onu da qeyd edim ki, bu proses başlanılsa belə, bu, yarımçıq qalacaq.

    - İran ballistik raket imkanlarını məhdudlaşdırmaq istəmir. Vaşinqtonun bu məsələdə Tehrana güzəştə getməsi İranın regionda mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxara bilər?

    - İran hakimiyyəti bəyan edir ki, o, ballistik raket imkanlarının məhdudlaşdırılmasına razı olmayacaq və bu, onun qırmızı xəttidir. Amma yaxın tarixdə elə bir hallar olub ki, İranın özü öz qırmızı xətlərini tapdalayıb. İranın dövlət olaraq başlıca məqsədi özünü ayaqda saxlamaqdır. Təbii ki, ABŞ İranın ballistik raket imkanlarını artırmasına səssiz qala bilməz və Vaşinqtonun İrana burada güzəştə getməsi qeyri-realdır. Bu gün ABŞ-nin İranla bağlı əsas və başlıca hədəfi İranı diz çökdürməkdir.

    Əgər İran ABŞ qarşısında əyilib hər hansı önəmli məsələdə güzəştə gedərsə, bu güzəştlərin ardı gələcək. İran çox bəyanat verə bilər, çox təhdid edə bilər, amma bu bəyanatların və təhdidlərin arxasında durmaq bu, tamam ayrı bir məsələdir.

    İqtisadi güclü olmayan bir ölkə, kim olursa olsun, digər ölkələyə diktə edə bilməz. İran çox ciddi iqtisadi böhran içərisindədir və bu ölkənin daxildə problemlər kifayət qədər çoxdur. İranın şiə coğrafiyasında siyasi nüfuzu belə zəifləməyə doğru gedir.

    - Qarşılıqlı razılaşama çərçivəsində ABŞ-nin İrana qarşı sanksiyaları yumşaltması nə dərəcədə realdır?

    - İrana qarşı sanksiyaların yumşaldılması qismən olsa da ehtimal olunur. Bundan öncə də müəyyən sanksiyalar yumşaldılmışdı. Amma İran üzərində indiyə qədər tətbiq olunan bütün sanksiyaların aradan qaldırılması qeyri-mümkündür.

    Yunis Abdullayev
    “Cebheinfo.az”

    [AZ] ABŞ, İran, Tehran, nüvə, danışıqlar, Rufiz Hafizoğlu, Tramp, Rusiya, uran, xəbər [TR] ABD, İran, Tahran, nükleer, müzakere, Rufiz Hafizoğlu, Trump, Rusya, uranyum [EN] USA, Iran, Tehran, nuclear, talks, Rufiz Hafizoglu, Trump, Russia, uranium [RU] США, Иран, Тегеран, ядерная программа, переговоры, Руфиз Хафизоглу, Трамп [DE] USA, Iran, Teheran, Atomverhandlungen, Rufiz Hafizoglu, Trump, Russland [FR] USA, Iran, Téhéran, nucléaire, négociations, Rufiz Hafizoglu, Trump, Russie [ES] EE.UU., Irán, Teherán, nuclear, negociaciones, Rufiz Hafizoglu, Trump, Rusia [IT] USA, Iran, Teheran, nucleare, negoziati, Rufiz Hafizoglu, Trump, Russia [PT] EUA, Irã, Teerã, nuclear, negociações, Rufiz Hafizoglu, Trump, Rússia [NL] VS, Iran, Teheran, nucleair, onderhandelingen, Rufiz Hafizoglu, Trump, Rusland [PL] USA, Iran, Teheran, nuklearne, negocjacje, Rufiz Hafizoglu, Trump, Rosja [UK] США, Іран, Тегеран, ядерна програма, переговори, Руфіз Хафізоглу, Трамп [AR] الولايات المتحدة, إيران, طهران, نووي, مفاوضات, ترامب, روسيا, يورانيوم [FA] آمریکا, ایران, تهران, هسته ای, مذاکرات, ترامپ, روسیه, اورانیوم [ZH] 美国, 伊朗, 德黑兰, 核谈判, 特朗普, 俄罗斯, 浓缩铀, 2026 [JP] アメリカ, イラン, テヘラン, 核交渉, トランプ, ロシア, ウラン, 2026 [KO] 미국, 이란, 테헤란, 핵 협상, 트럼프, 러시아, 우라늄, 2026 [HI] अमेरिका, ईरान, तेहरान, परमाणु वार्ता, ट्रम्प, रूस, यूरेनियम [EL] ΗΠΑ, Ιράν, Τεχεράνη, πυρηνικά, διαπραγματεύσεις, Τραμπ, Ρωσία [HE] ארה"ב, איראן, טהרן, גרעין, משא ומתן, טראמפ, רוסיה, אורניום [ID] AS, Iran, Teheran, nuklir, negosiasi, Rufiz Hafizoglu, Trump, Rusia [VI] Mỹ, Iran, Tehran, hạt nhân, đàm phán, Rufiz Hafizoglu, Trump, Nga [TH] สหรัฐฯ, อิหร่าน, เตหะราน, นิวเคลียร์, การเจรจา, ทรัมป์, รัสเซีย [SV] USA, Iran, Teheran, kärnenergi, förhandlingar, Rufiz Hafizoglu, Trump, Ryssland [NO] USA, Iran, Teheran, atomforhandlinger, Rufiz Hafizoglu, Trump, Russland [FI] USA, Iran, Teheran, ydinkeskustelut, Rufiz Hafizoglu, Trump, Venäjä [CS] USA, Írán, Teherán, jaderná jednání, Rufiz Hafizoglu, Trump, Rusko [HU] USA, Irán, Teherán, nukleáris tárgyalások, Rufiz Hafizoglu, Trump, Oroszország [RO] SUA, Iran, Teheran, negocieri nucleare, Rufiz Hafizoglu, Trump, Rusia [BG] САЩ, Иран, Техеран, ядрени преговори, Руфиз Хафизоглу, Тръмп, Русия

    #Bakı #Rufiz Hafizoğlu: İranın 'böyük şeytan'la danışıqlara getməsi öz nüfuzuna ağır zərbədir #ABŞ-İran danışıqları: Vaşinqton Tehranı diz çökdürmək strategiyasını davam etdirir #Ekspert rəyi: İranın uran ehtiyatlarını Rusiyaya verməsi küncə sıxışdırılma əlamətidir #Trampın təzyiq siyasəti bəhrəsini verir: ABŞ Tehrana güzəştə getməyəcək #AzerVoice: Rufiz Hafizoğlundan ABŞ-İran münasibətləri barədə sensasion müsahibə #Şiə coğrafiyasında inamsızlıq: İranın ABŞ-la gizli və aşkar razılaşmaları nələrə yol açır?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    18 Fevral 2026 22:17

    Evlərin sökülməsi ilhaq planının tərkib hissəsidir - HƏMAS

    18 Fevral 2026 20:14

    Azərbaycan və Misir dini sahədə əməkdaşlığı genişləndirir

    18 Fevral 2026 18:35

    Bakıda böyük Forum: İnteryer, inşaat, memarlıq və mebel sahələri bir araya gəlir

    18 Fevral 2026 18:21

    Aeroport şosesində gecə saatlarında hərəkət məhdudlaşdırılacaq

    18 Fevral 2026 15:09

    Mədinədə "Hicrət: Peyğəmbərin izi ilə" sərgisinin açılışı olub

    18 Fevral 2026 04:00

    Qəzza aclıq və bahalıq fonunda üçüncü Ramazana daxil olur

    17 Fevral 2026 22:13

    Kral Salman dünya müsəlmanlarını Ramazan ayı münasibətilə təbrik edib

    17 Fevral 2026 21:26

    İran ABŞ arasında Cenevrədə kritik nüvə danışıqları baş tutub

    17 Fevral 2026 20:14

    Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də sabah Ramazan ayı başlayır

    17 Fevral 2026 20:02

    Azərbaycan və BƏƏ iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər

    17 Fevral 2026 19:49

    Bakıda texnoloji yenilik: "Crescent Mall"da ilk "RoboCafe" açıldı

    17 Fevral 2026 18:51
    XƏBƏR LENTİ

    Kollegiya iclasında dövlət borcunun idarə olunması və hüquqi aktların hazırlanması və icrası müzakirə olunub

    Sahur etmədən oruc tutmaq olar? Ramazan ayının ən çox verilən sualı

    Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…

    İranın uran ehtiyatlarını Rusiyaya verməsi küncə sıxışdırılma əlamətidir - Rufiz Hafizoğlu

    Prezident İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

    Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə paylaşım edib

    Evlərin sökülməsi ilhaq planının tərkib hissəsidir - HƏMAS

    Naxçıvanda avtobus marşrutları "BakuBus"a həvalə edildi

    BOKT "International"ın istiqrazları üzrə hərracın vaxtı açıqlanıb

    Azərbaycan və Misir dini sahədə əməkdaşlığı genişləndirir

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.