Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    AzerVoice təhlil mərkəzi

    İsraildən kütləvi köç: “Bu artıq dalğa deyil, miqrasiya sunamisidir”

    25 Oktyabr 2025 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

    İsraili tərk edən və geri dönməyi planlaşdırmayan vətəndaşların sayı ölkəyə qayıdan israillilərin sayını üstələyib. Bu barədə İsrail parlamentinin (Knesset) Araşdırma və İnformasiya Mərkəzinin xüsusi hesabatında bildirilib.Hesabata əsasən, ölkədən çıxan israillilərin sayı 2020-ci ildən bəri ardıcıl şəkildə artır. 2020-ci ildə 34 min, 2021-ci ildə 43,4 min, 2022-ci ildə 59,4 min, 2023-cü ildə isə 82,8 min nəfər İsraildən uzunmüddətli olaraq köçüb. Bu, əvvəlki illərlə müqayisədə 39–44 faiz artım deməkdir.

    Məlumata görə, xüsusilə 2023-cü ilin oktyabrında, müharibənin başlamasından sonra ölkəni tərk edənlərin sayında ciddi artım qeydə alınıb. Tendensiya 2024-cü ildə də davam edir - ilin ilk səkkiz ayında təxminən 50 min israilli ölkəni tərk edib.

    Eyni dövrdə yalnız 12,100 nəfər İsrailə geri dönüb. 2022-ci ildə bu rəqəm 29,600, 2023-cü ildə isə 24,200 nəfər olub.

    Ən çox köç verən şəhərlər

    Miqrasiya göstəricilərinə görə, Tel-Əviv 2024-cü ildə ölkəni tərk edənlərin ən çox olduğu şəhərdir — şəhər əhalisinin 14%-i miqrasiya edib. Ardınca Hayfa (7,7%), Netanya (6,9%) və Qüds (6,3%) gəlir.

    Eyni dövrdə İsraili tərk edənlər arasında kişilərin sayı qadınlardan çox olub — 42,605 kişi və 40,160 qadın.
    Yaş qruplarına görə:

    30–49 yaş: 28,915 nəfər
    0–19 yaş: 22,183 nəfər
    20–29 yaş: 16,095 nəfər
    50 və yuxarı yaş: 15,581 nəfər

    Knessetdə Miqrasiya və Absorbsiya Komitəsinin sədri, Leyboristlər Partiyasının deputatı Gilad Kariv vəziyyəti belə şərh edib: “Bu, artıq sadəcə bir miqrasiya dalğası deyil - İsraildən getməyi seçənlərin sunamisidir. Çox sayda israilli gələcəyini xaricdə qurur, geri dönənlərin sayı isə azalır.”

    Kariv bildirib ki, bu vəziyyət taleyin deyil, hökumətin yanlış siyasətinin nəticəsidir.

    “Hökumətin prioritetləri tamamilə fərqlidir. O, İsrail cəmiyyətini parçalayır və sivil sahəni diqqətdən kənarda qoyur. Bu, sionist dəyərlərin və İsrailin gələcəyinin tapdanması deməkdir.”-deyə o bildirib.

    İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, son yəhudi yeni ili Roş Ha-Şana ilə indiki dövr arasında 79 min israilli ölkəni tərk edib. Yedioth Ahronoth qəzeti yazır ki, İsrail hazırda mənfi miqrasiya balansı yaşayır və hökumətin bu təhlükəli tendensiyanın qarşısını almaq üçün heç bir planı yoxdur.

    #Tel-Əviv #Hayfa #Knesset #hayfa hücumu #Knesset səsverməsi #İsraildən kütləvi köç #Knesset Araşdırma və İnformasiya Mərkəzi #Netanya #İsrailin Mərkəzi Statistika Bürosu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    25 Oktyabr 2025 16:23

    İsrail bölgənin sabitliyini və təhlükəsizliyini pozur - Fars Körfəzi Əməkdaşlıq Şurası

    23 Oktyabr 2025 12:40

    Türkiyə İsrailin İordan çayının qərb sahilini ilhaqı qərarına sərt reaksiya verib

    22 Oktyabr 2025 23:11

    Knesset İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib

    22 Oktyabr 2025 20:54

    İsrail Qəzzada hücumlarını davam etdirir

    20 Oktyabr 2025 12:50

    Yunanıstan İsraildən yeni hava müdafiə sistemləri alır

    17 Oktyabr 2025 17:56

    Tel-Əvivdə Trampa alqışlar, Netanyahuya isə etiraz səsləri - ABŞ elçisinin çıxışı gərginlik yaratdı

    12 Oktyabr 2025 10:04

    Düşmən yenidən hücum edərsə “atəşkəs üçün yalvarmalı olacaq” - İranın vitse-prezidenti

    9 Oktyabr 2025 14:31

    Fələstin Trampın Qəzza planını alqışlayıb

    30 Sentyabr 2025 09:30

    Yəmən Tel-Əvivə raket zərbələri endirib

    29 Sentyabr 2025 14:29

    İsrail ordusu Azadlıq Flotiliyasına müdaxilə planı hazırlayır

    29 Sentyabr 2025 10:15

    İsrail NATO və ABŞ dəstəyi olmadan müharibə apara bilməz - İran

    24 Sentyabr 2025 17:42
    Demo
    XƏBƏR LENTİ

    Qədim Misirdə yemək və içkilər

    Çin prezidenti ilə görüşümüz məhsuldar olacaq - Tramp

    Gürcüstanın və Azərbaycanın təhlükəsizlik orqanlarının rəhbərləri arasında əməkdaşlıq münasibətləri müzakirə edilib

    Tufan Erhürman kimdir?

    Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlaqədar MEDİA və RİİB könüllüləri Zərdab şəhərinə səfər ediblər

    İsraildən kütləvi köç: “Bu artıq dalğa deyil, miqrasiya sunamisidir”

    HƏMAS VƏ Fəth Misirdə Trampın Qəzza planını müzakirə edib

    İran Mifologiyasında Agaş Div nədir?

    Türkiyədən Rusiyaya dəri ixracı 59 milyon dolları keçib (ÖZƏL)

    Qəzzanın gələcək həyatında HƏMAS-ın rolu olmayacaq - Rufiz Hafizoğlu

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.